Gündəm


Türkiyənin milli müdafiə naziri Hulusi Akar və Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Qarsda Türkiyə və Azərbaycan hərbçilərinin iştirakı ilə keçirilən "Qış təlimi-2021” birgə təliminin yekun mərhələsini izləyiblər.
Türkiyə Milli Müdafiə Nazirliyinin verdiyi xəbərə görə, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Yaşar Güler, Türkiyə Quru Qoşunlarının Komandanı Ümit Dündar, Türkiyə Hərbi Dəniz Qüvvələrinin Komandanı Adnan Özbal və Türkiyə Hərbi Hava Qüvvələrinin Komandanı Hasan Küçükakyüz da təlimlərin gedişini izləyiblər. İlk olaraq komanda məntəqəsinə baş çəkən H. Akar və Z. Həsənova təlimin gedişi barədə məlumat verilib. Bundan sonra müdafiə nazirləri yeni nəsil konteynerlərə baxış keçiriblər.

Burada səhra mətbəxinə də baş çəkən müdafiə nazirləri Türkiyə istehsalı olan zirehli ambulansa, habelə sərt soyuqlardan qorunmaq üçün yaradılan təsisatlara baxış keçiriblər. Daha sonra müdafiə nazirləri havada icra edilən manevrləri izləyiblər.

Qeyd edək ki, "Qış təlimi-2021” Türkiyə Silahlı Qüvvələrinin və Əlahiddə Ümumqoşun Ordunun bölmələrinin iştirakı ilə keçirilir.

Əlbəttə, bu, iki qardaş ölkə arasındakı əlaqələri, əməkdaşlığın növbəti bariz nümunəsidir.

Ehtiyatda olan polkovnik Şair Ramaldanov Zakir Həsənovun Türkiyəyə səfərini "Sherg.az”a şərh edib: "Qarsda keçirilən təlimlər hazırlanan tədbirlər planına uyğundur:

"Bildiyiniz kimi, Azərbaycan bölmələri də həmin hazırlıqlar da iştirak edirlər. Bu isə təlimi izləməyi bizim üçün maraqlı edir. Ümumiyyətlə, müharibədən əvvəl də Zakir Həsənov dəfələrlə Türkiyəyə gedib. Hulusi Akar da Bakıda çox olub. Ona görə belə səfərləri dostluq səfərləri hesab edirəm. Fikrimcə, dünya bizim dostluğumuzdan dərs götürməlidir. Biz digər ölkələrə də qardaşlıq, dostluq mesajı veririk”.

Ş.Ramaldovun fikrincə, bu təlimlərin və Z.Həsənovun Türkiyəyə səfərinin simvolik əhəmiyyəti də var:

"Türkiyə ilə bizim maraqlarımız birdir- Cənubi Qafqazda sabitliyi təmin etmək. Azərbaycanın işğalçı niyyəti yoxdur. Lakin Ermənistan işğalçı siyasətini davam etdirərsə, rəsmi Ankaranın yanımızda olacağını bilməlidir.

Bunun üçün hüquqi baza da var. Artıq Türkiyə Ali Məclisində müvafiq qərar da qəbul edilib. Türkiyə regionda minaların təmizlənməsi işində iştirakı, Monitorinq Mərkəzinin tərkibində olması ilə Azərbaycana qardaş dəstəyini bir daha göstərdi.

Zənnimcə, Qarabağda ruslar müvəqqətidir. Azərbaycanın haqq işinin davam etməsi üçün Türkiyə bizimlə birlikdədir.Təlimlər də dediyimiz məqama işarədir”.

Son xəbərlər

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

Lüks avtomobillərə sahib oğlun atasının rəhbər olduğu Gəncənin Şəhidlər Xiyabanı zibillik içindədir: milyonlar talanır – VİDEO/FOTO

“Yaponski” səfirin BDU-da dekan müavini olan bacısının “kitayski” əməlləri – Bir İsmayılzadə DOSYESİ

"İşi ürək ağrısı ilə oxumuşuq, hamımız sarsılmışıq" - Hakim

İran İsrailə hücumda köhnəlmiş raketlərdən istifadə edib

Kəmaləddin Heydərovun şirkəti ölkədən valyuta çıxarmaqda ittiham olunur

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qubad İbadoğluya yekun ittiham elan edildi

Prezident yeni nazir müavini təyin etdi - FOTO

Ermənistanın baş naziri: Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığı təşviş yaratmamalı, sakinlərimizi sevindirməlidir

Yenidən qurulan Qarabağdan son görüntülər - VİDEO

ABŞ-dən sülhməramlıların Qarabağdan çıxarılması ilə bağlı AÇIQLAMA

"30 ildir regionda “bespredel” şəraitində yaşayırıq" - Paşinyan

Rusiya sülhməramlıların Qarabağdan çıxarılmasında Paşinyanı günahlandırdı

Qapıçılara görə futbol qaydaları dəyişə bilər

"Azərbaycanla sərhədlərin delimitasiyasına qədər seçki olmayacaq" - Paşinyan

Başlıbel faciəsindən 31 il ötür

110 min pul BELƏ YEYİLİB... - FOTOFAKT

Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirildi

Gürcüstan Prezidenti bu qanuna veto qoyacağını AÇIQLADI

Prezidentdən Şuşa ilə bağlı SƏRƏNCAM

Şahmar Mövsümov yeni sədri kollektivə təqdim etdi

Daha bir sabiq deputat vəfat etdi (FOTO)

Şimal Tacı bürcündə yeni ulduz alışması gözlənilir

Çovdarovun 30 milyonluq əmlakı əlindən çıxdı - Son qərar

Hikmət Hacıyev sülhməramlıların Qarabağdan çıxarılmasını belə ŞƏRH ETDİ

İş adamı Manaf Ağayevə ev bağışlayıb?

Jurnalist Cəmil Məmmədliyə hökm oxundu

Sülhməramlılar Qarabağdan çıxarılır - VİDEO

Prezident Kayrat Sarıbayı qəbul etdi

Paşinyan yenidən Qazaxla sərhədə getdi

Alimlər Yerin yaxınlığında nəhəng qara dəlik kəşf etdi

Bütün xəbərlər