Gündəm

Paşinyanın gizli Zəngəzur səfəri barədə iki versiya
MUMtv.AZ: - "Sünikə edilən bu səfər yeni həyəcan yaradıb: insanlar narahatdır, bir-birlərinə zəng edir, bu gözlənilməz səfərin səbəblərini müzakirə edirlər...”

Xəbər verildiyi kimi, Ermənistan baş naziri Nikol Paşinyan dünən axşam saatlarında gözlənilmədən Sünik mərzinə (Azərbaycanın Zəngəzur mahalının əsas hissəsi-red.) gizli səfər edib.

Maraqlıdır ki, Paşinyandan bir az öncə ABŞ-ın Ermənistandakı səfiri Linn Treysi də təxminən eyni əraziyə yollanıb. Ondan bir gün öncə gələn Ermənistanın prezidenti Armen Sarkisyan isə həmin vaxt hələ də Sünikdə olub.

Moderator.az xəbər verir ki, qəsbkar ölkə mediasının yaydığı məlumata görə, erməni hökumət başçısı gecə saatlarındakı Qubadlı rayonu ilə sərhəddəki Şurnuxi kəndində bir neçə evi ziyarət edib və sonra Qafana yollanıb.

Ermənistanda hazırda baş nazirin bu gözlənilməz səfərinin məqsədi üzərində baş sındırırlar.

"Sünikdə sakinlər belə hesab edirlər ki, Ermənistan rəhbərləri ilə ABŞ səfirinin eyni vaxtda bu həssas bölgədə peyda olması təsadüfi deyil. Onların bu ərazilərə gözlənilməz səfərlərinin arxasında hansısa arzuolunmaz maraqlar dayanır"-bir sıra erməni nəşrləri belə yazıb.

"Hraparak” qəzeti isə Paşinyanın məxfi Zəngəzur səfəri haqda iki versiya irəli sürüb.

"Sünikdə bu ziyarət barədə heç kimə məlumat verilməyib. İnsanlar burada təşviş içindədir və müxtəlif fərziyyələr irəli sürürlər. Onlardan biri də Paşinyanın sərhəddə gecə saatlarında Azərbaycan tərəfi ilə görüş keçirməyə hazırlaşmasıdır.
Sünikə edilən bu səfər yeni həyəcan yaradıb: insanlar narahatdır, bir-birlərinə zəng edir, bu gözlənilməz səfərin səbəblərini müzakirə edirlər.
Sünikə bu məxfi səfərlə əlaqəli bir neçə versiya dolaşır: ya Paşinyan Mehri dəhlizi məsələsini müzakirə etmək üçün gecə sərhəddə Azərbaycan nümayəndələri ilə gizli görüşmək üçün gəlib. Yaxud baş nazir bir neçə selfi çəkdirməyə, mitinqlər, görüşlər imitasiyası yaratmağa, bunları seçki kampaniyası çərçivəsində Süniklə əlaqəli dövlət proqramlarını hazırlayırmış kimi təqdim etməyə və gizlicə gəldiyi kimi də bölgədən gizlicə qaçmaq üçün gəlib” – erməni qəzeti belə yazır.

Paşinyanın gizli Zəngəzur səfəri barədə iki versiya

Son xəbərlər

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Ayaq üstə işləmək faydalıdır?

"Biz heç nə etmədikdə qorxduğumuz baş verir" - Paşinyan

Elmira Süleymanova vəfat etdi

"Sudan sərvət çıxaran" məmurlar - VİDEO

Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar

Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundu

Rusiya niyə nüvə silahının kosmosda yayılmamasına veto qoyur? - Ağ Evdən reaksiya

Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi

Şuşada 450 mənzilli kompleks tikilir - VİDEO

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq edəcək

Nazir direktoru işdən çıxardı

Azərbaycan nefti cüzi bahalaşıb

Bitki apokalipsisi: Bakteriya ağacları və məhsulları məhv edir

İmişlidə İcra başçısı qəbula gələn kənd sakinlərini “dama soxdurub” - RƏZALƏT

İcra Hakimiyyəti sabiq nazirdən 133 minə “BMW 520i” alır – Bazardakı qiymətdən 17,5 min bahadır

Beş ayda 67 milyon manat dövlət sifarişi verilmiş müəmmalı MMC-nin arxasında kimlər durur?

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

"Putin" filmi böyük reaksiyalara səbəb olub

"Paşinyan üzərinə götürdüyü öhdəliyi pozur" - Elçin Əmirbəyov

Xadimə direktoru niyə bıçaqlayıb? - "Dedilər məktəbdə açıq-saçıq geyinmisən..."

Bakı Sağlamlıq Mərkəzində maşınqayırma texnikumunu bitirən şəxs anju edir? - İDDİA // VİDEO

“AzerGold” QSC-də keniyalı iş adamları ilə görüş keçirilib - FOTO

Bütün xəbərlər