Gündəm

 Kremlə təcili ZƏNG: - “Putin Paşinyanı itaətkar hala salır”
 
 
 
 
 

 
 
 
Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın Baş naziri Nikol Paşinyanın telefon danışığı olub.
Bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. Telefon danışığı Ermənistan tərəfinin təşəbbüsü ilə baş tutub.
"Danışıqlar zamanı Ermənistandakı vəziyyət müzakirə olundu. Putin Ermənistanda asayişin və əmin-amanlığın qorunması, vəziyyətin qanun çərçivəsində həll edilməsi lehinə danışdı. Dövlət başçısı, həmçinin, bütün tərəfləri təmkinli olmağa çağırdı”, – deyə Peskov bildirib.

Görünür, Paşinyan köhnə adətindən əl çəkmir. Yenə telefonu əlindən yerə düşmür. Bu isə "quyruğunun qapı arasında qalmasının” göstəricisidir...

"Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Ermənistan baş nazirinin Putinə zəngi barədə "Sherg.az”a danışdı:

"Paşinyan bu zənglə rəqiblərinə göstərmək istəyirdi ki, Kreml qanuni hökuməti tanıyır. Onun bu günlərdə Vaşinqtonla, Parislə təmasa girəcəyini də istisna etmirəm. Bildiyiniz kimi, Rusiya dövlət başçısı ümumi sözlər deməklə, sabitlikdə maraqlı olduğunu bildirməklə kifayətləndi. Əslində, həqiqətən, belədir. Putinin Paşinyandan xoşu gəlməsə də, vətəndaş qarşıdurmasının başlanmasında maraqlı deyil. O, Ermənistan baş nazirini cəzalandırır. Məqsədi isə Paşinyanı tamamilə itaətkar etməkdir”.

E.Şahinoğlunun fikrincə, Ermənista iqtidarının vəziyyəti getdikcə çətinləşəcək:

"Paşinyan məğlub ölkənin baş naziri olsa da, reytinqi az deyil. Dünənki mitinqdə müxalifətin 5 min, Paşinyanın isə 10 min tərəfdarının olması dediyimiz fikrin təsdiqidir. Deməli, baş nazirə dəstək var. Amma o, hakimiyyətdə qalmağı bacarsa da, vəziyyəti getdikcə çətinləşəcək. Çünki ölkədə iqtisadi vəziyyət pisləşir. Erməni generalların iqtidara qarşı itaətsizliyi də ciddi məsələdir. Bunun Moskvanın razılığı ilə reallaşdığı qənaətindəyəm”.

Son xəbərlər

Ermənistan və Azərbaycan sərhədçiləri qarşılıqlı əlaqə ilə sərhədi mühafizə edəcək - Paşinyan

Bu marşrut xətti “BakuBus”a verildi

Talıstan kəndinin yenilənən qaz xətləri

Ukrayna parlamentinin nümayəndə heyəti Azərbaycana gəlir

İçərişəhərdə restorandan oğurluq edən şəxs həbs edildi

Azərbaycanda bu şəxslər gəlir vergisindən azad edilir

Cavanşir Məmmədov dünyasını dəyişdi

Əməkdar artist 49 yaşında dünyasını dəyişdi

Məktəb direktoru icra başçısına müavin təyin olundu

Bu universitet publik hüquqi şəxsə çevrildi - Baş nazirdən qərar

"Qarabağ" "Qəbələ"yə, "Zirə" "Neftçi"yə qarşı

"Qazaxlı Alik"in oğlunun məhkəməsi başlayır

BMT-nin Baş katibi Azərbaycan və Ermənistana çağırış edib

Baxımsız Mədəniyyət Mərkəzi – Direktor istirahət parkını sakinlərin üzünə niyə QAPADIB?

Uşaqlara peyvənd vurulacaq — Nazir əmr imzaladı

İpotekaya xitam verilən hallar genişləndi

Kişilərin 5 il erkən pensiya hüququ tanınacaq

Bu şəxslər 1500 manat cərimələnəcək

Yalnız bu qadınlar pensiyaya tez çıxa biləcək

Azərbaycanda bu işçilərin maaşları artırılacaq

Hesablama Palatasının audit yoxlamalarının sayının artırılması təklif olunur

Kəmaləddin Heydərovdan yüksək vəzifəyə təyinat - FOTO

Azərbaycanda tikinti sahəsində agentliyin və ya komitənin yaradılması təklif olunur

Milli Məclisdə Hesablama Palatasının hesabatı müzakirə edilir

Dövlət Su Ehtiyatları Agentliyi, yoxsa ŞƏBƏKƏ BİZNESİ ? - Dövlət qurumunda "Dostluq birliyi" // VİDEO

“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

Lüks avtomobillərə sahib oğlun atasının rəhbər olduğu Gəncənin Şəhidlər Xiyabanı zibillik içindədir: milyonlar talanır – VİDEO/FOTO

“Yaponski” səfirin BDU-da dekan müavini olan bacısının “kitayski” əməlləri – Bir İsmayılzadə DOSYESİ

"İşi ürək ağrısı ilə oxumuşuq, hamımız sarsılmışıq" - Hakim

İran İsrailə hücumda köhnəlmiş raketlərdən istifadə edib

Kəmaləddin Heydərovun şirkəti ölkədən valyuta çıxarmaqda ittiham olunur

Bütün xəbərlər