Gündəm
“Paşinyan təcili istefa verməlidir” - Tsarukyan
Ermənistanın baş naziri Nikol Paşinyan təcili olaraq istefa verməli və dərhal erkən seçkilər keçirilməlidir.
Azvision.az xəbər verir ki, bunu "Çiçəklənən Ermənistan” partiyasının və eyni adlı parlament fraksiyasının rəhbəri Qaqik Tsarukyan deyib.
Onun sözlərinə görə, Ermənistandakı vəziyyət fəlakətlidir və dərhal tədbirlər görülməsə, ölkə çökəcək.
"Bu hökumət tamamilə nəsə etmək gücündə deyil, ölkəni xilas etmək üçün yeni bir hökumət qurulmalıdır".
Tsarukyan mövqeyində və Paşinyanın fəaliyyəti ilə bağlı vəziyyətin qiymətləndirilməsində heç bir dəyişiklik olmadığını vurğulayıb.
"Paşinyan istefaya getməli və erkən seçkilər təşkil olunmalıdır. Paşinyanla görüş yalnız bu məsələni müzakirə etmək üçün mümkündür", - deyən partiya sədri müxalifətin prezidentlə görüşün formatını və şərtlərini təqdim etdiyini diqqətə çatdırıb.