Gündəm


MUMtv.az: - "Hamı soruşur ki, niyə Şuşaya girəndə deyil, məhz Cıdır düzündə əyilib, torpağı öpdüm. Çünki orada şəhidlərimizin izləri, qanı var. Ona görə də Cıdır düzündə torpağa əyildim, onun daşını, torpağını öpdüm”.

Bu sözləri Xalq artisti, aktrisa Firəngiz Mütəllimova Şuşa ilə bağlı təəssüratlarını Musavat.com-a bölüşərkən bildirib. Firəngiz Mütəllimova 30 ildən sonra gördüyü Şuşanı bu cür təsvir edib:

"Şuşanın hər daşı, torpağı, əzizdir.

Bildiyiniz kimi, beyin əməliyyatı keçirmişəm. Buna görə elə bilirdim ki, 29-30 ildən sonra Şuşanı görəndə halım pisləşəcək. Hətta buna görə evdə də narahat idilər. Lakin Şuşanı gəzdikcə uşaq kimi sevinirdim, sakitcə öz-özümə "can Şuşam, nəfəsim, hər daşına qurban olaram” deyib, o yolları qalxdıqca gözümdən yaş gedirdi. Amma bu sevinc göz yaşları idi...

30 il hər gün, gecə-gündüz Allaha yalvarırdım. Dualarımın əvvəli də, axırı da Qarabağ Şuşa idi. Anamın doğum günündə, mayın 12-də Şuşaya ayaq basdım. Ayın 13-də, Ramazan bayramında artıq Cıdır düzündə gəzirdim. Təsəvvür edin, bir ayağım əməliyyat olunduğu üçün yeriyəndə çətinlik çəkirəm, amma orada qaçırdım. Sevinirdim, heç bir yerim ağrımırdı. Elə bilirdim ki, həmənki gənc qızam, o zaman Şuşadan necə çıxmışdımsa, o cürəm. Hamı mənə deyirdi ki, "bu gün necə gözəlsən, üzünüzün rəngi də sanki dəyişib”. Çünki Şuşada hava təmizdir. Onun mehi insanın üzünə dəyəndə insan gözəlləşir. Hamı deyir ki, səndən Şuşanın qoxusu gəlir. İndi Şuşada yasəmənlər açıb. Şuşanın yasəməni cır olsa da ətri daha çox olur”.

Xalq artisti Şuşanın abadlaşmasından da söz açıb:

"Şuşa indi çox gözəl şəkildə abadlaşır. Bundan böyük qürur duydum. Allah Prezidentimizə can sağlığı versin. 5 mərtəbəli "Xarıbülbül” otelində qaldıq. Hansı ki, əvvəllər ora biz "56-lar” deyirdik. Otelin də mebelləri ağıllı mebellərdir, yəni, barmağını vursan, özü açılır. Bir sözlə, Şuşa bağ-baxçaya çevrilir”.

Firəngiz Mütəllimova Şuşada keçirilən möhtəşəm "Xarıbülbül” festivalının həm dünyaya, həm də mənfur ermənilərə bir mesaj olduğunu bildirdi:

"Festival çox möhtəşəm şəkildə təşkil olunmuşdu. Bu həm dünya, həm də ermənilər üçün çox gözəl bir mesaj oldu. Şuşaya girəndə ermənilər kənardan bizə baxır, çəkirdilər. Qayıdanda hamısı başlarını aşağı dikmişdilər, üzümüzə də baxa bilmirdilər. Çünki o cür atəşfəşanlıq oldu. Festivalı təşkil edən Heydər Əliyev Fondunun hər bir işçisində öz təşəkkürümü bildirirəm. Festival hər bir detalları ilə ölçülüb-biçilmişdi. Yəni, elə bir şey olmadı deyək ki, bu niyə belədir. Biz dənə bir şey olmadı ki, deyək ki, bu niyə belədir”.

Son xəbərlər

`Canişin`in də ÖZ `CANİŞİN`İ var imiş... - Qara-qura işləri o görür...

Aydın Talıbov niyə deputat olmaq istəyir? – Qorxunun siyasətə atdığı biznesmen

Arxitektura Komitəsində “təmizləmə“ - Sədr Ramin Abdullayevdən qurtulur?

Sülh müqaviləsində konstitusiyaya istinad edilməyəcək

Azərbaycanda taksi sayına məhdudiyyət qoyula bilər

Bakının məşhur bazarı sökülür? — RƏSMİ AÇIQLAMA

Şəhidimiz Xaçmazda dəfn olundu — FOTO

Polşa hökumətinin iclasının planlaşdırıldığı otaqda dinləmə qurğusu aşkarlandı

Novruz Məmmədov işdən çıxarıldı

Qırmızı və çox işlənmiş ət xərçəng riskini artırır

Yoxlama aparıldı, direktor müavini işdən çıxarıldı

Zakir İbrahimov 3-cü “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb - FOTO

Paşinyan İlham Əliyevin bu ideyası ilə razı olduğunu AÇIQLADI

"Azərbaycan təbii qazını Avropaya etibarlı yollarla nəql edir" - Prezident

600-dən çox sürücüyə taksi fəaliyyəti üçün icazə verildi

Bu məsələyə görə inzibati məsuliyyət müəyyənləşir

Azərbaycanda bu şəxslər 12 min manat cərimə ediləcək

Azərbaycan-Slovakiya sənədləri imzalandı

Prezidentlər mətbuata bəyanatla çıxış edirlər

Bu işçilərə kirayə üçün kompensasiya veriləcək

Bu şəxslərin təhsil haqqını dövlət ödəyəcək

"Sahib nəslimizin ən kiçiyi idi, indi hamımızın ən böyüyüdür" - Şəhidlər unudulmur // FOTO + VİDEO

Mədəni sərvətlərin təhlükəsiz yerlərə köçürülməsi qaydası müəyyənləşib

Xəzərin Azərbaycan sektorunda süni torpaq sahələri yaradılır

Hərbi qulluqçuların vəzifələri artırılır

Sabah 4 rayonda qaz olmayacaq

Vətəndaşlarımız hazırda 40-a yaxın ölkəyə səfər edə bilər - VİDEO

Demokratik Birlik Partiyasının təbriki

15 mindən çox şəxsə əlillik təyin olundu

İlham Əliyevin Fitso ilə təkbətək görüşü başladı

Bu qidalar mədə yanmasının qarşısını alır - SİYAHI

Azərbaycanı Naxçıvanla birləşdirəcək yoldan görüntülər - VİDEO

Bütün xəbərlər