Gündəm

"Bilmirəm mənə qarşı niyə bu münasibəti bəsləyirlər?!" - ETİRAZ

MUMtv.az: - "Mən 1978-ci ildə partiya üzvü idim, bizi aktyorlar evinə çağırmışdılar, hesabat gedirdi, biz də nəsə yazırdıq. Çox keçmədi ki, gəlib bizi seçkilərə apardılar. Ulu öndər Heydər Əliyev də orada idi. İnsanlar da çox idi, bir qadın gətirib ona məktub verdi, hamı bir-bir yaxınlaşıb ona problemlərini deyirdi. Hamını da böyük səbrlə dinləyirdi. Mən tərəfdə adam az idi, ulu öndər mənə doğru yaxınlaşdı. Həqiqətən də onun gözlərinə dik baxmaq olmurdu. O vaxtı da bizim Gənc Tamaşaçılar Teatrının özülü qoyulmasına baxmayaraq iş getmirdi. Ulu öndərə dedim ki, bir 10 illik gənclər bilməyəcək ki, Gənc Tamaşaçılar Teatrı hardadır?. Biz tamaşaçılarımızı itiririk. O da sual verdi ki, bəs indi neynirsiniz? Dedim ki, rayonlara, şəhərlərə qastrol səfərlərinə gedirik, boş qalmırıq. Partiya üzvləri və rəhbərləri mənə ulu öndərlə danışmayım deyə göz-qaş edirdilər. Mən onlara məhəl qoymadım və danışdım. Heydər Əliyev mənim bu sözümdən sonra yanında duran səlahiyyətli insanlara teatrla bağlı göstəriş verdi. Bu görüşdən sonra mənim başım çox ağrıdı, müxtəlif yerlərə çağırıb dedilər ki, biz bu problemi bilirdik, sən niyə açıb Heydər Əliyevə dedin?! Mən də dedim ki, ona pis söz deməmişəm ki! Mənim cavanlığım gedir, sadəcə teatrın tikilməyini istəmişəm.O anda özüm üçün hər şey istəyə bilərdim, yaranmış fürsətdən istifadə edib deyə bilərdim ki, uzaqda yaşayıram, evim yoxdur, əmək haqqım aşağıdır! Mən heç nə istəmədim, demədim. O ildən binanın tikintisini davam etdirdilər. 1988-ci ildə teatrın açılışı oldu”

Bunu Moderator.az-a açıqlamasında tanınmış aktrisa Məsumə Babayeva deyib.

Aktrisa daha sonra əlavə edib:

"Mən hələ tələbə ikən Akademik Milli Dram Teatrda işləmişəm, orada 4 tamaşada uşaq rollarında oynamışam. Dahi rejissor Mehdi Məmmədov məni görüb demişdi ki, o yeniyetmələrin içində aktrisa olsa bir bu qız olacaq. Daha sonra Mehdi Məmmədov mənə kitab da bağışlamışdı, xətrimi çox istəyirdi. Sonra mənim təqdimatımı Ağdam Dövlət Dram Teatrına verdilər, lakin atam ağır xəstə olduğu üçün gedə bilmədim. Məni Gənc Tamaşaçılar Teatrına göndərdilər. Bu teatrda o qədər rollar oynamışam ki. Teatrda həm də oğlan rollarında çıxış edirdim. Bir gündə 3-4 tamaşada oynayırdım, bütün günüm teatrda keçirdi. Hər zaman da məni aldadırdılar ki, adını fəxri ad üçün siyahıya əlavə etmişik. Amma bizə Nahidə xanım İsmayılzadə direktor gələndən sonra teatrın 90 illiyində adımı göndərdi, mənə fəxri ad yox, "Tərəqqi” medalı verdilər. 2014-cü il martın 10-da "Fəxri Mədəniyyət işçisi” döş nişanı ilə təltif edilmişəm. Bir də Teatr Xadimləri İttifaqı mənə "Sənətkar” medalını təqdim edib. Başqa heç nə. O vaxt prezident mükafatı olanda dedilər ki, ildə bir aktyor alacaq. Hər il də eyni aktyorlar aldı. Bu dəfə də adımı siyahıda görmədim. Bilmirəm mənə qarşı niyə bu münasibəti bəsləyirlər?! Sonra bir vəzifəli adamın qəbulunda oldum. Mənə dedi ki, Kamal (o vaxtkı direktorumuz) yaxşı adam idi ki, ona yaxınlaşıb, pulunuzu verib alardınız da! Dedim ki, mən uzun illərdir, bu teatrın repertuar yükünü çiyinlərimdə daşıyıram. Həmkarlarım bir pilləkən çıxanda mən ikisini birdən çıxmışam. Mənə niyə münasibət belə olmalıdır ki!?

50 ildir ki, teatrda çalışıram, düzdü, indi rəsmən teatrdan çıxmışam. Hal-hazırda 400 manat pensiya ilə dolanıram, bilmirəm yeməyə çatdırım, iynə-dərmana, yoxsa kommunal xərclərə?! Teatrda müqavilə ilə işləyirəm, nə tamaşa oynayıramsa, onun pulunu alıram. Bir ildən çoxdur ki, pandemiyaya görə teatr fəaliyyətsizdir, ona görə də teatrdan qonorar almıram. Nə film çəkilişləri var, nə də ki, serial. Oturmuşam evdə, çətinliklə dolanıram. Heç kimə də ağız açmıram, nə deyim?! 15 il bundan öncə qəzetdə kimlər fəxri ad almışdı, hamısının siyahısı çıxmışdı. Bu dəfə də adım siyahıda çıxmadığı üçün donub qalmışdım. Gəlib metroya girdim, artıq özümü saxlaya bilmədim, gözümdən yaş sel kimi çantamın üstünə tökülürdü. Çıxıb gəldim evə, qapını açıb içəri girən kimi hönkür-hönkür ağlamağa başladım. Oğlum da həyətdə işləyirdi, uşaq qorxdu. Dedi ki, ana nə olub? Heç nə də deyə bilmirdim, haçandan-haçana hönkürtüm dayandı. Dedim ki, bu dəfə də fəxri ad ala bilmədim. Uşaq məni sakitləşdirib dedi ki, ana, öləndə səni mən dəfn edəcəyəm?! Düzdü? Dedim ki, hə! Dedi ki, sən fikir eləmə, qəbir daşına "Xalq artisti” yazdıracam. Fəxri ad verməsələr də fikir etmə. Bu sözə o qədər güldüm ki, bu dəfə gözüm gülüşdən yaşardı. Yaddaşımda bu hadisə o vaxtdan iz qoydu. Allah heç ona da nəsib etmədi ki, məni dəfn etsin. 2009-cu ildə oğlum rəhmətə getdi”.

Son xəbərlər

“Kitab köşkü” – “AzerGold” QSC-dən daha bir maarifləndirici layihə - FOTO

Təhsil Nazirliyinin DƏRSLİK BİABIRÇILIĞI...

Şuşada Bayraq Meydanının açılışı olub

Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyinin bərpadan sonra açılışı oldu

ABŞ Özbəkistana anti-Rusiya sanksiyalarına əməl etməyə kömək edəcək

Müharibə veteranlarının müavinəti artırıla bilər

Azərbaycanda yeni telekanal açılır

DGK türk şirkətindən 6,3 milyonluq narko detektor alır

Nə vaxt öləcəyinizi söyləyən PROQRAM

Əsas yeyinti bulvar ərazisində parkinqlərlə bağlıdır

Təhsil İdarəsinin müdiri qəbul etmədi, səs-küy saldı - Cərimə edildi

Günorta yorğunluğunu necə aradan qaldıraq?

Əziz Orucovun həbs müddəti uzadılıb

Prokuror "Tərtər işi" ilə bağlı ittiham olunan 5 nəfərə cəza istədi

İlham Əliyev İmarət Kompleksinin açılışını etdi

Bəzi meyarlara uyğun olmayan “Unidez Center” MMC-ni kim qalib çıxarıb, Qaradağ MKTİB, yoxsa Antiinhisar Xidməti

Rüşvətə göz yummaq qanunlara qarşı çıxmaq deyilmi ?!

Ağdamda Dam örtükləri istehsalı zavodu açıldı

İlham Əliyev daha bir zavodun açılışını etdi

Səhiyyə Nazirliyindən özəl tibb müəssisələrinə XƏBƏRDARLIQ

Tənhalıq ölümlə nəticələnən xəstəliklərə səbəb olur?

"Qarabağın Azərbaycanın bir hissəsi kimi tanınması Ermənistanın qələbəsi hesab edilir" - Şahramanyan

400 minlik tender: Dövlət Agentliyi aftafa, çəkic, dırmıq alacaq - Vergi reyestrində adı yoxdur...

Elm Naziri Alimi Blok Etdi!- VİDEO

Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi - SƏRƏNCAM

Paşinyanı devirməyə çalışanlardan biri hərbi birləşmə lideri imiş

Sahib Məmmədov daha bir sanatoriyanın baş həkimini İŞDƏN ÇIXARDI - FOTO

Bu insanların infarkt və insult keçirmə riski daha azdır

Payızın sağlamlıq deposu qidaları

Qızıl ucuzlaşdı, gümüş bahalaşdı

Pentaqon İsraildən qorxur - KİV

Arzu Əliyeva çəkiliş meydançasında - FOTO

Bütün xəbərlər