Gündəm

80 yaşlı Sadıq Hüseynov: "Prezidentə, dövlət qanunlarına, Konstitusiyaya məhəl qoyan yoxdur”

"Sizin verdiyiniz fərmanlar, Konstitusiya və digər qanunlar kağız üzərində qalır, idarələrdə işləyən işçilər mənə deyir ki, o prezident, o da sən, get hara istəyirsən de”.

Bu fikrilər Nəsimi rayonu 3-cü Alatava, ev 283-də tənha yaşayan, II qrup 20 yanvar əlili, 80 yaşlı Hüseynov Sadıq Yusif oğlunun ölkə başçısına müraciətində yer alıb.

"Mənə təkrar 100 manat cərimə yazıblar”

S. Hüseynov müraciətində xatırladıb ki, Heydər Əliyev prezident seçiləndə vətəndaşların böyük məbləğdə kommunal borcları ləğv edilib: "Həmin vaxt mənə qərəzli şəkildə 1500 manat işıq pulu yazdılar. Məhkəməyə verdim. Sağ olsun, məhkəmə, bunu ləğv etdi. Mənə qərəzli şəkildə pul yazan şəxsi məhkəmə qərarı ilə işdən çıxartdılar, bircə orada rəis qaldı. Sonra təkrar köhnə idarə işçiləri hamısı ora gəldi. O cümlədən, mənə 1500 manat cərimə yazan adam da yenidən işə qəbul edildi. Bu, adam indi də orada xəzinədar işləyir.

Cənab prezident, indi də mənə təkrar qərəzli şəkildə 100 manat cərimə yazıblar. Mən bu yaşıma qədər cinayət etməmişəm, dövlətin borcunu da vaxtı-vaxtında ödəmişəm. Xahiş edirəm, bu ədalətsizliyə son qoyasınız.

Rəhmətlik Heydər Əliyev deyirdi ki, 20 yanvar əlilləri dövlət nəzarətində yaşayıb, dövlət qayğısında olmalıdır. İndi bunlar hamısı kağız üzərində qalıb, buna məhəl qoyan yoxdur”.

"Prezidentə, dövlət qanunlarına, Konstitusiyaya məhəl qoyan yoxdur”

"Cənab prezident, mən heç bir yerdə işləmirəm. Sizin verdiyiniz pensiya ilə yaşayıram. İş qabiliyyətimi də də tamam itirmişəm, çəliklə gedib-gəlirəm. Sizin 2012-ci ildə qərarınız var ki, işləməyən, tək yaşayan əlillər üçün dövlət güzəşti var. Ancaq mən bu dövlət güzəştini görmürəm, hara gedirəm, məni qovurlar. Prezidentə, dövlət qanunlarına, Konstitusiyaya məhəl qoyan yoxdur. Xahiş edirəm, şikayətləri qəbul edən şöbə mənim ərizəmi Sizə versin, verməsə bunu təkrarən Avropa Məhkəməsinə yazacam. Mənim işığımı kəsirlər, işıqsız qalıram. Onların işığı, suyu, qazı kəsməyə ixtiyarları yoxdur. Mənə dövlət yardımı verin ki, heç olmasa 5-6  il yaşayım. Ona görə ki, cənab prezident, idarədə oturanlar qanun bilmirlər, bilsəydilər, deməzdilər ki, "get o sən, o da prezident”. Xahiş edirəm, onların yerinə idarələrə savadlı adamlar götürəsiniz”,- deyə müraciətdə qeyd olunur.

20 yanvar əlili 2015-ci ildən "Oka” maşını növbəsində olduğunu və lakin ala bilmədiyini də diqqətə çatdırıb.

"2007-ci ildən mənim yazmadığım yer, idarə qalmayıb, məhəl qoyan yoxdur”

H.Sadıqov ölkə başıçısına müraciətində qonşusu Kazımov İlqar Qəzənfər oğlunun və onun ailəsinin onu yaşamağa qoymamasını da nəzərə çatdırıb: "Gündə mənim üstümə hücum edirlər. 2007-ci ildən bu günə qədər məndən əl çəkmirlər. Prezidentin fərmanlarına hörmət etmirlər. Başından yekə sözlər danışırlar. Mənim işığımın ana xəttini, 25 metr kabelimi kəsiblər. 2007-ci ildən mənim yazmadığım yer, idarə qalmayıb, məhəl qoyan yoxdur. Hətta qonşunun xəttini gətirib mənim sayğacıma birləşdiriblər. Mənim sayğacım yazır, onunku yazmır. Mən Sizdən buna son qoyulması üçün əmr vermənizi xahiş edirəm. Bu ailə məni yaşamağa qoymur.  Prezidentin qərarı var, qanunsuz tikililər sökülməlidir. Onun ev 4 dəfə alınıb, satılıb, ancaq  ondan pul alıb, evi sökmürlər. Mən məcburiyyət qarşısında qalmışam, əgər mənə kömək etməsəniz, Sizdən çox xahiş edirəm, mənim evim neçə kvadratdır, mənə pul verin, buradan köçüm, əks halda onun evini sökün. Sizdən xahiş edirəm, bir tədbir görəsiniz”.

Hürriyyət.org

Son xəbərlər

`Canişin`in də ÖZ `CANİŞİN`İ var imiş... - Qara-qura işləri o görür...

Aydın Talıbov niyə deputat olmaq istəyir? – Qorxunun siyasətə atdığı biznesmen

Arxitektura Komitəsində “təmizləmə“ - Sədr Ramin Abdullayevdən qurtulur?

Sülh müqaviləsində konstitusiyaya istinad edilməyəcək

Azərbaycanda taksi sayına məhdudiyyət qoyula bilər

Bakının məşhur bazarı sökülür? — RƏSMİ AÇIQLAMA

Şəhidimiz Xaçmazda dəfn olundu — FOTO

Polşa hökumətinin iclasının planlaşdırıldığı otaqda dinləmə qurğusu aşkarlandı

Novruz Məmmədov işdən çıxarıldı

Qırmızı və çox işlənmiş ət xərçəng riskini artırır

Yoxlama aparıldı, direktor müavini işdən çıxarıldı

Zakir İbrahimov 3-cü “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb - FOTO

Paşinyan İlham Əliyevin bu ideyası ilə razı olduğunu AÇIQLADI

"Azərbaycan təbii qazını Avropaya etibarlı yollarla nəql edir" - Prezident

600-dən çox sürücüyə taksi fəaliyyəti üçün icazə verildi

Bu məsələyə görə inzibati məsuliyyət müəyyənləşir

Azərbaycanda bu şəxslər 12 min manat cərimə ediləcək

Azərbaycan-Slovakiya sənədləri imzalandı

Prezidentlər mətbuata bəyanatla çıxış edirlər

Bu işçilərə kirayə üçün kompensasiya veriləcək

Bu şəxslərin təhsil haqqını dövlət ödəyəcək

"Sahib nəslimizin ən kiçiyi idi, indi hamımızın ən böyüyüdür" - Şəhidlər unudulmur // FOTO + VİDEO

Mədəni sərvətlərin təhlükəsiz yerlərə köçürülməsi qaydası müəyyənləşib

Xəzərin Azərbaycan sektorunda süni torpaq sahələri yaradılır

Hərbi qulluqçuların vəzifələri artırılır

Sabah 4 rayonda qaz olmayacaq

Vətəndaşlarımız hazırda 40-a yaxın ölkəyə səfər edə bilər - VİDEO

Demokratik Birlik Partiyasının təbriki

15 mindən çox şəxsə əlillik təyin olundu

İlham Əliyevin Fitso ilə təkbətək görüşü başladı

Bu qidalar mədə yanmasının qarşısını alır - SİYAHI

Azərbaycanı Naxçıvanla birləşdirəcək yoldan görüntülər - VİDEO

Bütün xəbərlər