Gündəm

Şuşaya gedən ilk tibb bacısı: "Yoldaşım deyirdi ki..." - FOTO
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
 

Şuşaya ilk ayaq basan, əslən Laçın rayonundan olan tibb bacısı Nəcibə Fərmanova cəbhədə keçirdiyi 20 gün ərzində qarşılaşdığı hadisələri, xatirələri Sonxeber.az ilə bölüşüb.

Qanın iyindən dayanmaq olmurdu

 

Könülllü tibb bacısı kimi döyüş bölgəsinə getdim.
Gedən zaman həqiqətən də bizə ehtiyac olduğunu və bizi gözlədiklərini gördük. Füzulidə bunkerin alınması çox çətin oldu. Yaralı əsgərlər gətirmişdilər. Qanın iyindən dayanmaq olmurdu.
Bizim ambulans yaralı gətirmək üçün Hadruta gedirdi. Biz Hadruta çatanda zəng gəldi ki, Şuşada yaralılar var, onları götürmək lazımdır. Biz gözləməli idik ki, gedib yaralılar gətirilsin, sonra tibbi müdaxilə edək. Dedik ki, boş gözləməkdənsə, gedək bəlkə köməyimiz gələr, vaxtımız getməsin.
Şuşa qalasından içəri girmədik. Həmin vaxt Şuşada gərgin döyüşlər gedirdi. Ora çatar- çatmaz dayandıq, yaralıları zirehli maşından düşürüb tibbi müdaxilə üçün bizə təhvil verdilər".

Dağlara baxdıqca utanırdım...

İnanırsınız, o hisslər o qədər qəribə, qarışıq hisslər idi ki... Yaralı gətirməyə, döyüş bölgəsinə getməyinə rəğmən insanın içində elə bir sevinc var idi ki, onu mən dillə təsvir edə, sözlə çatdıra bilmərəm. Qarışıq duyğuların hamısını bir arada yaşadım. Həm sevinirdim, həm gözəlliyə baxıb heyran qalmışdım, həm də dağlara baxdıqca utanırdım. Elə bilirdim ki, dağlar üzümə baxmaq istəmir. Necə ki, ana uşağını atıb gedər, illər sonra qayıdıb gələr ki, o mənim uşağımdır istəyirəm, başın qaldırıb o uşağın üzünə baxmağa üzü olmaz. Həmin hisslər buna bənzər hisslər idi. Çox qəribə idi ki, o hisslərin içərisində qorxu hissi yox idi".

Hamı deyir ki, yoldaşınla tanış olmaq istəyirik

Yoldaşım mənim xarakterimi bilir. O, bilir ki, bir şeyə daxilimdə qərar verdimsə, onun arxasınca gedəcəm. Dedim ki, bizi işdən çağırıblar. Qapıdan çıxanda yoldaşım "bilirəm ki, bunu özün düzüb-qoşmusan, get yolun açıq olsun" dedi. Həyat yoldaşım həmişə məni dəstəkləyib. Onun sayəsində mən hərbidə xidmət etdim, fikrim, gözüm arxada qalmadı. Qayıdandan sonra yoldaşıma təşəkkür etdim. Məndən narazı, küskün olmağımı soruşdum. O, özü də vətənpərvər insandır deyə məni anladı.

Mənim üç övladım var. Çoxları mənə sual verir ki, sən uşaqlarını qoyub necə ora gedə bildin?

Cavabımda dedim ki, özlərinə bir qazan yemək bişirməkdir problemləri? Başlarına bomba yağmır, üzərlərinə raket düşmür, evsiz qalmayıblar. Bir az qoy əziyyət çəksinlər, paltarlarını özləri yusunlar, müharibədən onların payına düşən bu olsun. Anam tez- tez zəng edirdi, deyirdi ki, səni göndərmirlər hələ? Anama dedim ki, mənə görə narahatsan, bəs şəhid olanların uşaqları yoxdur? Bundan sonra anam mənə nəsə demədi. Hər gün bir dəfə zəngləşirdik, salamat olmağımı öyrənirdilər.

Elə əsgərlər var idi ki, çəkmədə corabları ayaqlarına yapışmışdı

Əsgərlərin əhval- ruhiyyəsini həqiqətən də görmək lazım idi. Bu insana qürur verirdi. Bir yaralı əsgər deyirdi ki, yaramı bağlayın gedirəm döyüşə. Ona yarasının dərin olduğunu, gedə bilməyəcəyini deyirdik. Əsgər həkimlərə deyirdi ki, yaramı bağlayırsız bağlayın, bağlamırsız döyüşə gedirəm.

Elə əsgərlər var idi ki, çəkmədə corabları ayaqlarına yapışmışdı. Əsgərlər gələn kimi bütün paltarları dəyişilməli idi. Qoymurdular yaralı halda ayaqqabılarını çıxardaq. Deyirdilər ki, ayağımız neçə gündür eyni ayaqqabıdadır, iy gələr. Deyirdim ki, gəlsin, xoşdur. Əsgərlərin çoxu övladlarının şəkillərini özləri ilə gəzdirirdilər. Bu məni üzürdü. İki qardaş var idi, ikisi də şəhid olmuşdu. Dostu özünə gələ bilmirdi, yarasını sarımağa da qoymadı, elə hey "mənə dəyməyin" deyirdi".

Şuşaya gedən ilk tibb bacısı: "Yoldaşım deyirdi ki..." - FOTO
Şuşaya gedən ilk tibb bacısı: "Yoldaşım deyirdi ki..." - FOTO
Şuşaya gedən ilk tibb bacısı: "Yoldaşım deyirdi ki..." - FOTO
Şuşaya gedən ilk tibb bacısı: "Yoldaşım deyirdi ki..." - FOTO
Şuşaya gedən ilk tibb bacısı: "Yoldaşım deyirdi ki..." - FOTO
Şuşaya gedən ilk tibb bacısı: "Yoldaşım deyirdi ki..." - FOTO
Şuşaya gedən ilk tibb bacısı: "Yoldaşım deyirdi ki..." - FOTO

Son xəbərlər

İmişlidə İcra başçısı qəbula gələn kənd sakinlərini “dama soxdurub” - RƏZALƏT

İcra Hakimiyyəti sabiq nazirdən 133 minə “BMW 520i” alır – Bazardakı qiymətdən 17,5 min bahadır

Beş ayda 67 milyon manat dövlət sifarişi verilmiş müəmmalı MMC-nin arxasında kimlər durur?

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

"Putin" filmi böyük reaksiyalara səbəb olub

"Paşinyan üzərinə götürdüyü öhdəliyi pozur" - Elçin Əmirbəyov

Xadimə direktoru niyə bıçaqlayıb? - "Dedilər məktəbdə açıq-saçıq geyinmisən..."

Bakı Sağlamlıq Mərkəzində maşınqayırma texnikumunu bitirən şəxs anju edir? - İDDİA // VİDEO

“AzerGold” QSC-də keniyalı iş adamları ilə görüş keçirilib - FOTO

Prezidentlər sabah Ağdam və Füzuliyə səfər edəcəklər

Bakıda tarixi hamam narkomanların yuvasına çevrilib - VİDEO

Bakıda taksilərin gediş haqqı qalxdı - VİDEO

Bakıda təhlükəli vəziyyət: 130-dan çox yaşı olan bina hər an uça bilər - VİDEO

DİN: Həmin ərazi bir müddət əvvəl tam nəzarətə götürülüb

Bakıda keçmiş məcburi köçkünlərin evləri ucuz qiymətə satışa çıxarılır - QİYMƏTLƏR

Ələsgər Məmmədli vəsatətini geri götürdü

Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər — CANLI

Prezident Allahverən İsmayılovu təltif etdi

Mülki Prosessual Məcəlləyə dəyişiklik edildi

Bu gün Əfv Məsələləri Komissiyasının iclası keçiriləcək

Azərbaycanda “Konsul leqallaşdırılması” informasiya sistemi yaradılacaq

Azərbaycanda ilkin səhiyyə xidmətinin təkmilləşdirilməsi ilə bağlı koordinasiya qrupu yaradılıb

Müsavat Partiyası qurultay KEÇİRƏCƏK

Bayılın göz muncuğu olan parkda yaşıllıq məhv olur - İlham Məmmədov Qafur Məmmədov adına parkda yaşıllıqlara divan tutur - VİDEO

Azərbaycan nefti bahalaşıb

Bu gün Şəki və Qəbələdə qaz olmayacaq

Bu ölkə ABŞ-yə etiraz notası göndərdi

"Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, gözləyə bilmərik" - İlham Əliyev

Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir

Dizləri bükülən Zaqatalanın Mübariz Əhmədzadə adlı QOCAMAN PROBLEMİ - NƏ ZAMANA QƏDƏR?

Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırıldı

Azərbaycan bayrağı Əskipara kəndi üzərində qaldırıldı - VİDEO

Bütün xəbərlər