Gündəm


"Çox şükür ki, yaxşıyam, xəstəxanadan evə buraxılmışam. Hələ ki, karantindəyəm, bilirsiz də, 14 gün evdə karantin şəraitində yaşamalıyam. Dərmanlarımı qəbul edib, özümə immunitet toplayıram. Düzdür, bir az zəifliyim var, bu xəstəlik həqiqətən də çox ağırdır. Deyirlər ki, adi qrip kimidir, xeyr, qripdən çox-çox ağırdır. Ona görə də mən arzu edirəm ki, hamı özünü koronovirusdan qorusun. Mən özüm də qorundum, heç yerə getmədim, hardan tutdum, heç özüm də bilmirəm. Ola bilər ki, yaşla əlaqədardır”

Bunu Moderator.az-a açıqlamasında bir müddət əvvəl koronovirusa yoluxaraq xəstəxanaya yerləşdirilən Xalq artisti, Akademik Milli Dram Teatrının aktrisası Bəsti Cəfərova deyib. Aktrisa daha sonra əlavə edib.

"Biz aktyorlar hər zaman işdə-gücdə olmuşuq. İndi birdən-birə evə qapanmışıq, bu bir az bizim üçün çətindir. Amma digər tərəfdən düşünəndə, xəstəxanada həkimlərin fədakarlıq göstərdiyini görəndə fikirləşdim ki, əvvəl sağlamlıqdır, daha sonra sənət və digər şeylər. İndi vaksinasiya prossesi də sürətlə aparılır. Deyirlər ki, sentyabr ayında hər şey yaxşı olacaq, həyat öz axarına qayıdacaq. Bizim də istəyimiz budur. Biz sənətçilər də tamaşaçılarımız üçün darıxmışıq. Mən pandemiyada da pedaqoji fəaliyyətimi davam etdirirəm, kursumla onlayn tamaşalar hazırlayıram. Bir əsər götürmüşdük, onun məşqini etdik, artıq o mərhələdəyik ki, həmin əsəri yekunlaşdırırıq” deyə Bəsti Cəfərova bildirib.

Xalq artisti daha sonra İctimai TV-də aparıcı çalışan qızı Fidan Cəfərovadan da danışıb.

"Fidan Mədəniyyət və İncəsənət Universitetinin televiziya və kinorejissorluğu fakültəsini bitirib. O ixtisasca rejissordur. İsrafil İsrafilov Akademik Milli Dram Teatrında direktor olduğu illərdə, yəni 2014-1015 ci illərdə studiya açmışdı. Universitetimizin tələbələri də bu studiyada iştirak edirdilər. İsrafil müəllim özü məsləhət gördü ki, Fidan bu studiyada çalışsın. Dedim axı o aktrisa deyil! Studiyada hazırlanan bir neçə tamaşada həm rejissor, həm də aktrisa kimi iştirak etdi. Rejissor Mərahim Fərzəlibəyov 2018-ci ildə "Qətibə İnanc” tamaşasını hazırlayanda təklif etdi ki, Qətibə İnancın cavan vaxtını Fidan oynasın. Daha sonra qızım televiziyaya rejissor kimi getdi. Ona aparıcılıq təklifi gəldi və Fidan da qəbul etdi. 3 ilə yaxındır ki, "Yeraltı” verilişinin aparıcısıdır. Qızım gözünü açandan görür ki, anası həm teatrda, həm də universitetdə işləyir, bir dəqiqə boş vaxtı yoxdur. Mənim qızıma da bu keçib, işləməyi sevir, işindən zövq alır. Çalışır ki, imza atdığı verilişləri adına layiq etsin” deyə aktrisa bildirib.

Son xəbərlər

Bu şəxslərin təhsil haqlarından azad edilməsi ilə bağlı yaş həddi dəyişdirilə bilər

"Azərbaycan Prezidentinin aparatı ilə əlaqə davam edir" - Paşinyanın ofisi

Əlilliyi olan şəxslərlə bağlı ayrıca hesabat hazırlansın - TƏKLİF

Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır

Nazirlərin və komitə sədrlərinin qəbul günləri - CƏDVƏL

Daşqınlar insan təlafatına səbəb olub

İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə hücum edib

Bu şəhərə bir günlük gələnlər pul ödəyəcəklər

Füzuliyə növbəti köç karvanı yola düşdü

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Ayaq üstə işləmək faydalıdır?

"Biz heç nə etmədikdə qorxduğumuz baş verir" - Paşinyan

Elmira Süleymanova vəfat etdi

"Sudan sərvət çıxaran" məmurlar - VİDEO

Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar

Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundu

Rusiya niyə nüvə silahının kosmosda yayılmamasına veto qoyur? - Ağ Evdən reaksiya

Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi

Şuşada 450 mənzilli kompleks tikilir - VİDEO

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq edəcək

Nazir direktoru işdən çıxardı

Azərbaycan nefti cüzi bahalaşıb

Bitki apokalipsisi: Bakteriya ağacları və məhsulları məhv edir

Bütün xəbərlər