Şou

"Hazırda ailəmlə birgə evdəyəm. İşim üçün çox darıxıram. Çalışdığım "Space" televiziyasından da iki aya yaxındır ki, səhhətimlə bağlı ayrılmalı oldum. Kimya terapiyası qəbul edirəm. Çünki böyrək damarlarımda xərçəng aşkarlanıb".

Bu sözləri Oxu.Az-ın əməkdaşı ilə söhbətində "Toppuş bacı" ləqəbi ilə məşhurlaşan Əməkdar artist Tünzalə Əliyeva səhhətində yenidən yaranan problemlərdən danışarkən deyib.

Aktrisa karantin günlərindən bəhs edib, səhhəti ilə bağlı işindən ayrıldığını bildirib:

"Mart ayının 16-dan "Space" televiziyasından ayrıldım. Özüm aparıcısı olduğum verilişdə çəkilişlərə gedirdim. Həm ölkədə karantin elan edildi, həm də səhhətimdə ciddi problemlər yarandı. Qərara gəldim ki, işdən ayrılıb evdə oturum".

Əməkdar artist koronavirus pandemiyası ilə əlaqədar kimya terapiyasını dayandırmaq məcburiyyətində qaldığını, yalnız həblər qəbul etdiyini söyləyib:

"Koronavirus pandemiyası səbəbindən bütün dünyada xərçəng xəstələrinin müalicəsi dayandırılıb. Kimya terapiyası zamanı immun sistemi zəifləyir. Bu zaman koronavirusa yoluxmaq riski artır. Dünyada olduğu kimi, Azərbaycanda da kimya terapiyası dayandırılıb. Milli Onkologiya Mərkəzində xərçəngi müalicə edib sağalda bilirlər, bundan öncə də məni sağaltmışdılar. Amma koronavirusun dərmanı hələ də tapılmadığına görə, mualicəmi tam şəkildə apara bilmirəm. Həkimlərin rəyinə əsasən qərara gəldik ki, bu ərəfədə eyni tərkibli həblər qəbul edim. Birinci kursu artıq bitirmişəm. Bir həftə fasilə verib, yenidən başlamışam".

Tünzalə həkimlər tərəfindən onda yenidən xərçəng aşkar edildiyini açıqlayıb:

"Yenidən xərçəng xəstəsiyəm. Şiş indi də böyrək yollarımdadır. Qanım aşağıdır, qalxmır. Bundan bir neçə il öncə uşaqlıq yolunun xərçəngindən əməliyyat olundum. Limfa vəzilərinə qədər sıçramışdı. Onun da müalicəsini apardım. İndi isə limfada deyil. MRT-nin cavabına əsasən, böyrək yollarında törəmələr aşkarlanıb. Öz həkimlərimə həddən çox güvənib və inanıram. Yaxşı ki, başqa qərar qəbul edib, xaricə getmədim.

Vətənimdə Mili Onkologiya Mərkəzində həm əməliyyat, həm də müalicə olundum. Orada mənə yüksək səviyyədə kömək oldular. Təmənnasız, bir qəpik pul almadan əməliyyatlarımı, kimya terapiyasını etdilər. İki ildən çoxdur ki, həkimlər məni sağaltmağa çalışırlar. Məni ayaqda saxlamaq üçün əllərindən gələni əsirgəmirlər. Xəstələr var ki, onlar hər üç aydan bir müayinəyə gedirlər, mən isə hər ay. Bütün bunlara görə, onlara sonsuz dərəcədə minnətdaram".

"Özümə qulluq etmirəm", - deyən T.Əliyeva müsahibəsini bu sözlərlə yekunlaşdırıb:

"Həkimlər mənə deyirlər ki, sən işləməməlisən, dincəlməyin bu xəstəliyin üçün çox önəmlidir. Amma mən onların dediklərinə əməl etmirəm, işləyirəm. Doqquz ay "Space TV"də dayanmadan çalışdım. Sənət adamıyam, evdə otura bilmirəm. Gərək hər zaman çalışım. Yaxın aylarda yalnız müalicə olunacağam. Gələn mövsümdən isə yəqin ki, artıq efırə çıxaram"./ Sonxeber.az

Son xəbərlər

Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –ÖZÜ GÖRÜNMƏSƏ DƏ, YERİ GÖRÜNÜR!

Giriş məlumatlarınız oğurlana bilər – DVX vətəndaşlara XƏBƏRDARLIQ etdi

Sürücülərə MÜRACİƏT

“Daşkəsən və Göygöl rayonlarında aqrar inkişafa dəstək” layihəsinin icrasına başlanılıb

Tikinti materialları yenidən bahalaşdı

Bu küçədə hərəkət məhdudlaşdırılacaq

AAYDA-nın “əziz-xələf”i Dilqəm Qəniyev: Böyük pullar, bahalı avtomobillər, xaricdə biznes…-FOTOLAR/SİYAHI

Qələndər Muxtarli kollecdə "yanğın olmayıb" deyənləri faktlarla susdurdu - Kollecdə belə yararsız yoxlmanı kimlər keçirdib? FOTOFAKT

"Eldar Mahmudovun əlaltısı həyatıma ciddi təhlükə yaradıb" - Qənirə Ataşova

Gürcüstan Azərbaycandan kömək istədi

"85 min dollarımı qaytarmır" - Şərurlu İsfəndiyardan şikayət

Qalmaqallı direktorun səs yazısı yayıldı - Məhkəməyə verildi -FOTOLAR+VİDEO

Sabah Bakıya yenə yağış yağacaq

"İcra Hakimiyyətinin əməkdaşları hər ay məndən 500 manat rüşvət istəyirlər" - ŞƏMKİR SAKİNİNDƏN RƏSMİ QURUMLARA MÜRACİƏT

Sabunçu rayonunda qanunsuz tikintiyə kim icazə verib? -Video-Foto

Yeni Günəşlidə qanunsuz obyekt tikilir – VİDEO

Bakı Şəhər İcra Hakimiyyəti 105 milyonluq tender müsabiqələri elan etdi

Sahibkarlarla bağlı qanuna dəyişiklik edildi

Prezident qanunu imzaladı

Xankəndidə bərpa işləri görən şirkət bir ildə 16 maşın alıb: 601 min xərcləyib

Şəki İcra Hakimiyyəti su sistemləri şirkətinə yol çəkdirəcək

Dövlət başçısından FƏRMAN

Suraxanıda növbəti qanun pozuntusu - Qazi ölümlə təhdid edilir? // VİDEO

Ermənilər yenə savaş istəyirlər: “Ordu gücləndirilməlidir”

“Qafqaz Residence” MTK yaşıllığı məhv etdi

Rafiq Quliyev yenə qanunsuz tikintiyi icazə verib?-Video-Foto

Nazir müavini Saməddin Əsədovun qanunsuzluqları aşkarlandı- Tenderlərdə bu qədər vəsaiti.....

Pezeşkian Putini İrana dəvət etdi

"Hacı Turqay" kolbasasında görün nə çıxdı-Foto

Bülent Ersoyun meneceri azərbaycanlı iş adamını aldatdı: 6 milyon dollar aldı

İş yerində hansı musiqiyə qulaq asmaq faydalıdır? - Alimlər açıqladı

100 illik gözləmə sona çatdı: Nəhayət nəhəng kalmar görüntüləndi

Bütün xəbərlər