Gündəm

Yeni koronavirus qocalara rəhm etmir, ancaq uşaqlara dəymir.

"Gazeta”nın məlumatına görə, Çinin Xəstəliklərə Nəzarət və Qarşısının alınması Mərkəzindən bir qrup tədqiqatçı bu qənaətə gəlib. Onların tədqiqatları "New England Medicine Journal”da nəşr olunub və digər ölkələrin həkimlərinin diqqətini çəkib.

Çin koronavirusundan təxminən 30 min insan zərər çəkib, ancaq yanvar ayının ortalarına qədər 15 yaşdan kiçik uşaqlarda yoluxma halları qeydə alınmayıb. Tədqiqatçılar uşaqların yoluxmaya daha müqavimətli olduğunu, xəstələndikdə isə simptomlardan daha az əziyyət çəkdiklərini deyirlər.

Son vaxtlara qədər yalnız bir neçə uşaqda koronavirus infeksiyasına yoluxma qeydə alınıb,  üstəlik simptomlar onların hamısında müşahidə edilməyib.

"Anlamadığımız səbəblərə görə virus ilk növbədə böyüklərə təsir göstərir”, – deyə infeksion xəstəliklər üzrə mütəxəssis Riçard Martinello bəyan edib.

"Uşaqlar müdafiə altındadırlarsa, bu həm onlar üçün, həm də ümumi əhali üçün yaxşıdır”, –  deyə pediatr Aaron Milstoun bildirib.

Həkimlər bununla bağlı iki ehtimal irəli sürürlər: ya uşaqlar yoluxmaya daha az meyillidir, ya da orqanizmləri virusla daha effektiv mübarizə aparır.

Alimlər bildirirlər ki, istənilən halda adi qrip bütün dünyada uşaqlar üçün daha təhlükəlidir.

"Hazırda qrip və digər mövsümi xəstəliklər barədə narahat olmaq lazımdır. Qrip epidemiyası zamanı uşaqlar onu böyüklərdən daha sürətli yayırlar”, – deyə elm adamları bildirib.

Uşaqlar nadir hallarda əllərini yuyur və asqırdıqda ağızlarını örtürlər, daha çox başqalarına toxunurlar, bu isə mikroorqanizmlərin yayılmasına kömək edir.

Beş yaşa qədər uşaqlar qripin ağır komplikasiyaları üçün risk altındadır, onlar sətəlcəm və tənəffüs çatışmazlığından əziyyət çəkə bilərlər. Aydındır ki, bu, uşaqların immunitet sisteminin xüsusiyyətlərindən asılıdır – orqanizm infeksiya ilə mübarizə aparanda, böyüklərdən çox uşaqlar qızdırma və toxumaların zədələnməsinə məruz qalırlar.

Bununla belə, qripdən fərqli olaraq koronavirusdan vaksinlər yoxdur.

"Biz bu virusu uşaqlarımızdan kənar tutmalıyıq. O zaman onun qarşısını ala bilərik”, – deyə Milstoun bildirib.

Son xəbərlər

Respublika Sanitariya-Karantin Mərkəzinin baş direktoru cinayət başında TUTULUB - VİDEO

Nazir Məhkəmə Ekspertiza Mərkəzinin rəisini vəzifəsindən azad etdi

Səfərbərlik Xidməti məlumat yaydı: Çağırışçıların nəzərinə - Bundan sonra...

Məhkəmə Ramiz Mehdiyevin kürəkəninin şikayətini rədd etdi -ŞOK DETALLAR

Əfv Məsələləri Komissiyasının növbəti iclasının vaxtı məlum oldu

Parklarda Fəaliyyət Göstərən Səyyar Kababxanalar Hansı Məmurlarındır? – Faktlar+VİDEO

Uçot dərəcəsinin endirilməsi kredit faizlərini azaldacaq? - AÇIQLAMA

Yenilməz könüllü batalyon - FOTO

Ramin Məmmədov deputat mandatından məhrum edilir

Vüqar Qurbanov bu xanıma vəzifə verdi - FOTO

Zəngəzur dəhlizinə görə daha 18 kənd Azərbaycana veriləcək?

Prezident dini rəhbərlərdən ibarət nümayəndə heyətini qəbul etdi

Musiqi sənəti üzrə qabiliyyət imtahanına dəyişiklik edildi

Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsində Ümumdünya Əməyin Mühafizəsi Günü qeyd olunub - FOTO

Yanlış əməliyyat acı nəticələrə səbəb oldu - FOTO

Bu kəndlər də qaytarılır: Ermənilər dəhlizdə işlərə başladı

Yeni xoş başlanğıclar yaşana bilər - BÜRCLƏR

"Bu Forum çox mühüm beynəlxalq platformadır" - Prezident

Gənə dişləməsi bu xəstəliyə səbəb olar bilər

Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsində dövlətin qanunları BELƏ POZULUR - İLGİNC FAKTLAR

Goranboy Rayon Mədəniyyət Şöbəsi haqda ŞOK FAKTLAR

Deputat Kəmaləddin Qafarovun “Zəfəran” apteklər şəbəkəsi Naxçıvanda?

"Pomidor oliqarxı"nın oğlu YENİ GÖRƏV TƏDARÜKÜNDƏ... - İDDİA

Çində magistral yol çökdü - Ölənlər var

Bu gündən tibbi arayışlar elektron formada veriləcək

Bu gündən I siniflərə sənəd qəbulu başlayır

“AzerGold” QSC-də təhlükəsiz iş saatlarının sayı 5 milyonu ötüb

Ermənistan Azərbaycanla sərhəddəki kəndi minalardan təmizləyib

Əhaliyə ŞAD XƏBƏR: Bu evlərə “kupça” veriləcək

Şuşaya qayıdış başlanır

"İş vaxtından əlavə işləyənlər məhkəməyə müraciət edə bilər" - Ekspert

Anar Məmmədlinin ittiham olunduğu maddə məlum oldu

Bütün xəbərlər