Gündəm

Respublikanın baş infeksionisti Cəlal İsayevin koronavirus və onun təhlükəsi ilə bağlı Axar.az-a müsahibəsi:

– Cəlal müəllim, mediada gedən məlumatlardan, sosial şəbəkələrdə paylaşılan xəbərlərdən elə görünür ki, ölümcül koronavirus dünyanı bürüyüb və acınacaqlı durum yaranıb. Bir infeksionist kimi vəziyyəti necə qiymətləndirirsiniz?

– 2019-nCoV virusu koronavirusun bir növüdür. Soyuq havada inkişaf edib yayılan virusdur. Bu virus üçün münbit şərait soyuq havadır. Müsbət 56 dərəcədə bu virus ani olaraq tələf olur, 37 dərəcədə isə təxminən 15 dəqiqəyə tələf olur. Çin üçün bu virus yeni deyil. Bundan əvvəl Çində bundan daha dəhşətli Sars virusu yayılmışdı. Ölüm faizi də bundan yüksək idi. Ancaq bu qədər həyəcan yaranmamışdı.

– Axı bu virusa yoluxanlar arasında ölənlər də var…

– Hazırda 17 minə yaxın koronavirusa yoluxma halı qeydə alınıb. Onlardan 350-yə qədəri dünyasını dəyişib. Bu da təxminən 2,5 faiz edir. Adi respirator virus infeksiyalarında da ölüm faizi bu qədər olur. Özünüz də görürsünüz ki, ölüm faizi aşağıdır. Onsuz da istənilən xəstəlikdə ölüm ehtimalı var. Bu virusa yoluxma halında ölənlərin əksəriyyəti yaşlılardır. Xüsusilə də xroniki xəstəliyi olan yaşlılarda ölüm baş verir. Belə insanlarda xəstəlik inkişaf edəndə ölüm ehtimalı yüksək olur: istər respirator virus infeksiyası olsun, istər qrip olsun… O baxımdan bu xəstəliyin kliniki gedişində ağırlaşma ehtimalı olmasa, elə də ciddi narahatlıq törətmir. Ancaq bununla bərabər bu viruslarda atipik pnevmoniyanın inkişafı mümkündür. Bu baxımdan təhlükəlidir. 300-ə qədər insanın ölümü ciddi bir hadisədir və bəli, bu, bir təlaş yaradır. Bu virus təzə bir virus olduğuna görə hələ bilmirik 5 həftədən sonra, 10 həftədən sonra o necə inkişaf edəcək. Bu səbəbdən vaxtında qarşısının alınması üçün tədbirlər görülməlidir.

– Sizcə, bu virusla bağlı məlumatlar qəsdən şişirdilir?

– Xeyr, belə deməzdim. Sadəcə, dünya üçün artıq tibbin bu qədər inkişaf etdiyi ərəfədə bir virusun yaranması və insan ölümünə səbəb olması təəccüblü görünür. Bu, yeni yayılmış infeksiyadır. Adətən hər yeni yayılan virusa qarşı belə ciddi tədbirlər görülür.

– Dediniz, koronavirusun Sars və Mers növləri hazırda yayılan növündən daha təhlükəli idi…

– Koronavirusun Sars növü də Çində yayılmışdı. 2003-cü ildə kəşf olunmuşdu. Burada ölüm faizi yüksək idi, 25-30 faiz arası idi. Pnevmoniyanın bir növü idi.

Mers isə Yaxın Şərqdə yayılan növdür. İnfeksiya mənbəyi də təkürgüclü dəvələr idi. Yaxın Şərqdən Avropaya da keçmişdi. Burada da ölüm faizi 25-30 faiz arasında dəyişirdi.

Ancaq hazırda yayılan 2019-nCoV virusunda ölüm faizi cəmi 2,5 faizdir. Bu o deməkdir ki, bundan əvvəl yayılan viruslar indi yayılan koronavirusdan daha təhlükəli idi.

– Bu virusa qarşı vaksinin tapılmaması normaldır?

– Bu axı hələ təzə yaranmış virusdur. Bu qədər tezliklə vaksin hazırlana bilməz.

– Bəs Sars və Mers viruslarına qarşı kəşf olunan vaksindən bu koronavirusda da istifadə edilə bilərmi?

– Müəyyən dərəcədə kömək edə bilər. Ancaq hər bir virusa qarşı onun öz vaksini olmalıdır. Hər bir virusun öz törətdiyi vaksindən istifadə edəndə insanda həmin növə qarşı tutulmamazlıq qabiliyyəti yaradır.

– Azərbaycanda ümumi vəziyyət necədir?

– Azərbaycanda bununla bağlı kifayət qədər tədbir görülür. Çox şükür, hələ Azərbaycanda bu virusa yoluxma halı qeydə alınmayıb. Bundan sonra da bizə gəlmə ehtimalı, mən hesab edirəm ki, çox aşağıdır.

Son xəbərlər

İmişlidə İcra başçısı qəbula gələn kənd sakinlərini “dama soxdurub” - RƏZALƏT

İcra Hakimiyyəti sabiq nazirdən 133 minə “BMW 520i” alır – Bazardakı qiymətdən 17,5 min bahadır

Beş ayda 67 milyon manat dövlət sifarişi verilmiş müəmmalı MMC-nin arxasında kimlər durur?

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

"Putin" filmi böyük reaksiyalara səbəb olub

"Paşinyan üzərinə götürdüyü öhdəliyi pozur" - Elçin Əmirbəyov

Xadimə direktoru niyə bıçaqlayıb? - "Dedilər məktəbdə açıq-saçıq geyinmisən..."

Bakı Sağlamlıq Mərkəzində maşınqayırma texnikumunu bitirən şəxs anju edir? - İDDİA // VİDEO

“AzerGold” QSC-də keniyalı iş adamları ilə görüş keçirilib - FOTO

Prezidentlər sabah Ağdam və Füzuliyə səfər edəcəklər

Bakıda tarixi hamam narkomanların yuvasına çevrilib - VİDEO

Bakıda taksilərin gediş haqqı qalxdı - VİDEO

Bakıda təhlükəli vəziyyət: 130-dan çox yaşı olan bina hər an uça bilər - VİDEO

DİN: Həmin ərazi bir müddət əvvəl tam nəzarətə götürülüb

Bakıda keçmiş məcburi köçkünlərin evləri ucuz qiymətə satışa çıxarılır - QİYMƏTLƏR

Ələsgər Məmmədli vəsatətini geri götürdü

Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər — CANLI

Prezident Allahverən İsmayılovu təltif etdi

Mülki Prosessual Məcəlləyə dəyişiklik edildi

Bu gün Əfv Məsələləri Komissiyasının iclası keçiriləcək

Azərbaycanda “Konsul leqallaşdırılması” informasiya sistemi yaradılacaq

Azərbaycanda ilkin səhiyyə xidmətinin təkmilləşdirilməsi ilə bağlı koordinasiya qrupu yaradılıb

Müsavat Partiyası qurultay KEÇİRƏCƏK

Bayılın göz muncuğu olan parkda yaşıllıq məhv olur - İlham Məmmədov Qafur Məmmədov adına parkda yaşıllıqlara divan tutur - VİDEO

Azərbaycan nefti bahalaşıb

Bu gün Şəki və Qəbələdə qaz olmayacaq

Bu ölkə ABŞ-yə etiraz notası göndərdi

"Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, gözləyə bilmərik" - İlham Əliyev

Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir

Dizləri bükülən Zaqatalanın Mübariz Əhmədzadə adlı QOCAMAN PROBLEMİ - NƏ ZAMANA QƏDƏR?

Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırıldı

Azərbaycan bayrağı Əskipara kəndi üzərində qaldırıldı - VİDEO

Bütün xəbərlər