Gündəm
Azərbaycanda Koksaki virusuna yoluxma halları var?
Azərbaycanda Koksaki virusuna yoluxma halı qeydə alınmayıb.
Bunu virtualaz.org-a Səhiyyə Nazirliyinin Baş infeksionisti Cəlal İsayev deyib. C.İsayev bildirib ki, bu virusa yoluxma diaqnozu ilə xəstəxanalara müraciət daxil olmayıb.
Qeyd edək ki, bəzi KİV-lərdə Azərbaycanda Koksaki virusunun qeydə alındığı ilə bağlı məlumatlar yayılıb. C.İsayevin sözlərinə görə, Koksaki virusu bütün dünyada geniş yayılmış xəstəliklərdən biridir. Əlamətləri müşahidə edilsə belə, bu virusa yoluxma diaqnozu yalnız analizlərin nəticələrindən sonra dəqiqləşdirilə bilər. Virusun törətdiyi xəstəlik kliniki gedişə malik olur, özünü müxtəlif əlamətlərlə göstərir: "Bu virus daha çox yay və payız aylarında yayılır, bəzən yüngül formada keçir, ümumiyyətlə isə müalicəyə tabe olur. İndiyədək xəstəxanalara bu diaqnozla müraciətlər olmayıb. Virus müxtəlif əlamətlərlə özünü büruzə verir, infeksiyanın ən çoxt rast gəlinən əlamətləri diareya, ümumi intaksikasiya, spesifik səpkidir”.
Səhiyyə Nazirliyinin Mətbuat xidmətindən də saytımıza bildirilib ki, Koksaki adlı virusla bağlı xəstəxanalara müraciət daxil olmayıb. Ümumiyyətlə isə, ölkədə bu virusla bağlı təhlükəli heç nə yoxdur