Gündəm


 
Adları açıqlanmayan televiziya jurnalistləri 30 il əvvəl dünyasını dəyişmiş məşhur aktyor, xalq artisti Hamlet Xanızadəni efirə dəvət ediblər.
Bu barədə məlumatı Akademik Milli Dram Teatrının mətbuat katibi Cavid Zeynallı yayıb. Onun sözlərinə görə, sənətkarın qızı Aygün Xanızadənin atasının adına açdığı Feysbuk səhifəsinə bu səpkidə mesajlar göndərilib:
"Aygün xanım mesajları oxudu. Məlum oldu ki, bizim televiziya jurnalistləri Hamlet Xanızadəni verilişə dəvət edirlər. Aygün bunu mənə zarafatla, gülə-gülə göstərirdi, amma mən TV jurnalistləri adına xəcalət çəkirdim. Yazırlar ki, Hamlet müəllim, filan aktyor haqqında verilişimiz olacaq, nə olar, gəlin, siz də iştirak edin. Hətta biri yazıb ki, mən nazlı xanımam, sizi çox sevirəm, gəlin verilişimizdə özünüz haqqında məlumat verin”.
C.Zeynallı bildirib ki, aktyorun qızı atasını verilişə dəvət edənlərə onun artıq həyatda olmadığını desə də, jurnalistlər məsələyə ironik yanaşıblar:
"O jurnalistlər xahiş ediblər ki, bu barədə heç kimə deməyək, çünki onları işdən çıxararlar. Mən də adlarını yazmıram. Amma bu adamları necə işə götürürlər, hardan tapırlar, necə işdə saxlayırlar? Aygün xanım onlara yazır ki, mənim atam 1990-cı ildə dünyasını dəyişib. Onda dərhal söhbəti dəyişib deyirlər ki, o, bizim üçün həmişə sağdır”.
Qeyd edək ki, Hamlet Xanızadə 1990-cı ildə 48 yaşında dünyasını dəyişib. O, "Yeddi oğul istərəm”, "Axırıncı aşırım”, "Arxadan vurulan zərbə”, "Babək” kimi məşhur filmlərimizdə də yaddaqalan obrazlar yaradıb./Musavat.az/

Son xəbərlər

Sağlamlıq haqqında arayış elektron şəkildə veriləcək — TƏBİB

Blinken Çin lideri ilə görüşəcək

Bu şəxslərin təhsil haqlarından azad edilməsi ilə bağlı yaş həddi dəyişdirilə bilər

"Azərbaycan Prezidentinin aparatı ilə əlaqə davam edir" - Paşinyanın ofisi

Əlilliyi olan şəxslərlə bağlı ayrıca hesabat hazırlansın - TƏKLİF

Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır

Nazirlərin və komitə sədrlərinin qəbul günləri - CƏDVƏL

Daşqınlar insan təlafatına səbəb olub

İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə hücum edib

Bu şəhərə bir günlük gələnlər pul ödəyəcəklər

Füzuliyə növbəti köç karvanı yola düşdü

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Ayaq üstə işləmək faydalıdır?

"Biz heç nə etmədikdə qorxduğumuz baş verir" - Paşinyan

Elmira Süleymanova vəfat etdi

"Sudan sərvət çıxaran" məmurlar - VİDEO

Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar

Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundu

Rusiya niyə nüvə silahının kosmosda yayılmamasına veto qoyur? - Ağ Evdən reaksiya

Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi

Şuşada 450 mənzilli kompleks tikilir - VİDEO

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq edəcək

Nazir direktoru işdən çıxardı

Bütün xəbərlər