Gündəm


"Mən Arif Babayevin ailəsinə "You tube" layihəm üçün qonaq getmişdim. Həm də sənətkarın 83 yaşı tamam olurdu, çəkiliş edirdik. O bir söz dilə gətirdi, dedi ki, mən bu həyatda bütün arzularıma çatmışam, amma bir arzum var ki, Ağdama yenidən qədəm qoyum. Şükür ki, qələbə xəbərini eşitmişəm, amma Allah mənə ömür versin o torpağa da gedib çıxa bilim. Arif müəllimgildən çıxan kimi tez-tələsik "Xəzər" telekanalının rəhbəri Murad Dadaşov və Mədəniyyət Nazirliyinin rəsmiləri ilə əlaqə saxladıq, onlar dərhal bizim bu istəyimizə isti münasibət göstərərək, bunun həlli istiqamətində işlərə başladılar”

Bunu Moderator.az-a açıqlamasında teleaparıcı Lalə Azərtaş deyib. O daha sonra əlavə edib.

"Şükürlər olsun ki, Allah bizə icazə verdi, biz bunu yerinə yetirə bildik. Düzdür, Ağdamı görmək istəyənlər çoxdur, digər sənətkarlarımız da var ki, öz bölgələrinə getmək istəyirlər, təbii ki, istəyərik bunların hamısında vasitəçi olaq. İnşallah olacağıq da. Amma Arif Babayev bizim çox böyük sənətkarımız, Şərəf, Şöhrət, İstiqlal ordenli xanəndəmizdir. Həm də böyük bir nəslin ağsaqqalıdır. Buna görə də onun bu arzusu bizim üçün çox önəmli idi. Mənim bu çəkilişdə efirə vermədiyim bir görüntü oldu. Oranın havası dəyişən kimi Arif Babayev oxumağa başlayırdı. Bilirsiz ki, o çoxdandır oxumurdu. Amma Arif Babayevin öz istəyi olmadı deyə mən həmin yeri efirə vermədim. Efirdən saxladığım təkcə məqam bu idi. Çalışdım ki, hər bir şeyi bu filmə sığdırım” deyə aparıcı bildirib.

Teleaparıcı yeni layihələrdən də danışıb.

"Əslində bizim çox maraqlı layihələrimiz olacaq. Həm işğaldan azad edilmiş ərazilərimizlə bağlı, həm də sənətkarlarımızla, incəsənətin digər qolları ilə bağlı araşdırmalar. Sənətkarlarımızı da doğma torpaqlarına aparmağı düşünürük. Həqiqətən də ordakı hisslər tam başqadır, sözlə ifadə olunmaz. Buna görə də həmin verilişləri lentə alıb, daha sonra tamaşaçıya təqdim etmək lazımdır. Biz çalışacağıq ki, bu layihəni davam etdirək” deyə Lalə Azərtaş deyib.

Son xəbərlər

Sağlamlıq haqqında arayış elektron şəkildə veriləcək — TƏBİB

Blinken Çin lideri ilə görüşəcək

Bu şəxslərin təhsil haqlarından azad edilməsi ilə bağlı yaş həddi dəyişdirilə bilər

"Azərbaycan Prezidentinin aparatı ilə əlaqə davam edir" - Paşinyanın ofisi

Əlilliyi olan şəxslərlə bağlı ayrıca hesabat hazırlansın - TƏKLİF

Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır

Nazirlərin və komitə sədrlərinin qəbul günləri - CƏDVƏL

Daşqınlar insan təlafatına səbəb olub

İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə hücum edib

Bu şəhərə bir günlük gələnlər pul ödəyəcəklər

Füzuliyə növbəti köç karvanı yola düşdü

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Ayaq üstə işləmək faydalıdır?

"Biz heç nə etmədikdə qorxduğumuz baş verir" - Paşinyan

Elmira Süleymanova vəfat etdi

"Sudan sərvət çıxaran" məmurlar - VİDEO

Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar

Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundu

Rusiya niyə nüvə silahının kosmosda yayılmamasına veto qoyur? - Ağ Evdən reaksiya

Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi

Şuşada 450 mənzilli kompleks tikilir - VİDEO

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq edəcək

Nazir direktoru işdən çıxardı

Bütün xəbərlər