Gündəm


"Əlbəttə ki, filmlərə, seriallara çəkilmək istəyirəm, çünki mən aktrisayam, ölənə qədər sənətimə xidmət etməliyəm. Hər bir yaşa uyğun film də çəkilir, tamaşa da oynanılır. Amma səhhətim, daha dəqiq desək danışığım filmlərdə çəkilməyə yola vermir. Rejissorlar da bilirlər ki, rol üçün kimi seçmək lazımdır. Dəvətlərim əslində çoxdur, səhhətimə görə getmirəm. Neçə ildir, noyabrda 5 il olacaq ki, bu vəziyyətdəyəm. Bilirsiz ki, başımda şiş var idi, sinir damarlarıma toxunub, onları əzmişdi. Ümumiyyətlə danışığım tam itmişdi, səsim tutulmuşdu, danışa bilmirdim, əsəbləşirdim, hirslənirdim, əməliyyatdan sonra danışığım yavaş-yavaş bərpa olundu. Bir də görürsən ki, bülbül kimi, problemsiz danışıram, amma bir də görürsən ki, tutur məndə, ona görə də çəkinirəm çəkilişlərə getməyə. Bədən cəhətdən sağlamlığım yerindədir. Əvvəllər əcnəbi aktrisaları filmlərimizdə çəkirdilər, danışığını dublyaj edirdilər. Aktrisanın xarici görünüşü də filmdə əsas rol oynayır. Amma indiki rejissorlar özlərini əziyyətə salmaq istəmirlər, əgər belə olarsa təbii ki, istəyərəm çəkilim. Qismət olsa, yenə də çıxış edərik, olmasa da bu daha Allahın təqdiridir. Nə cür məsləhət görərsə, o cür də hərəkət edərik”

Bunu Moderator.az-a açıqlamasında tanınmış aktrisa Naibə Əlibəyova bildirib. Hal-hazırda səhhətinə görə fəaliyyətsiz qalan sənətçi ötən günlər üçün çox darıxdığını deyir.

"O vaxt bir televiziya var idi və çox az adamlara icazə verirdilər ki, televiziyada çıxış etsin. Mən çox şərəf hissi ilə deyə bilərəm ki, çox görkəmli sənətkarlarla tərəf müqabili olmuşam. "Səhər görüşləri”, "Komediyalar aləminə səyahət” kimi verilişlərdə çəkilirdim, teatrda oynayırdım, qastrol səfərlərinə gedirdim. O illəri xatırlayanda çox gözəl günlər yadıma düşür. Cavanlıq illərində bir dəqiqə də olsun fəaliyyətsiz qalmamışdım, iş-güc əlindən başımızı itirirdik. Çox münbit illər idi, bir ağacı münbir torpağa basdıranda tez qol-budaq atır, tez də meyvə verir. Getdikcə də həmin ağac böyüyüb qocaman olur. Həmişə də onun kölgəsi olur. O da canlıdır da, istəyər ki, ətrafında olan adamlara bir xoş ovqat gətirsin. Biz də istəyərdik ki, camaata xoş ovqat bəxş edək. Qismət ilahidən” deyə aktrisa bildirib.

Qeyd edək ki, "Bəyin oğurlanması" filmində Arif Quliyev Miriş, aktrisa Naibə Əlibəyova isə Gülbadam obrazında çəkilib. Hər iki sənətkarın iştirak etdiyi məşhur "Salam-sağol" səhnəsini, yəqin ki, hamı xatırlayır.

Son xəbərlər

Sağlamlıq haqqında arayış elektron şəkildə veriləcək — TƏBİB

Blinken Çin lideri ilə görüşəcək

Bu şəxslərin təhsil haqlarından azad edilməsi ilə bağlı yaş həddi dəyişdirilə bilər

"Azərbaycan Prezidentinin aparatı ilə əlaqə davam edir" - Paşinyanın ofisi

Əlilliyi olan şəxslərlə bağlı ayrıca hesabat hazırlansın - TƏKLİF

Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır

Nazirlərin və komitə sədrlərinin qəbul günləri - CƏDVƏL

Daşqınlar insan təlafatına səbəb olub

İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə hücum edib

Bu şəhərə bir günlük gələnlər pul ödəyəcəklər

Füzuliyə növbəti köç karvanı yola düşdü

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Ayaq üstə işləmək faydalıdır?

"Biz heç nə etmədikdə qorxduğumuz baş verir" - Paşinyan

Elmira Süleymanova vəfat etdi

"Sudan sərvət çıxaran" məmurlar - VİDEO

Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar

Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundu

Rusiya niyə nüvə silahının kosmosda yayılmamasına veto qoyur? - Ağ Evdən reaksiya

Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi

Şuşada 450 mənzilli kompleks tikilir - VİDEO

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq edəcək

Nazir direktoru işdən çıxardı

Bütün xəbərlər