Gündəm


Vəzifədən azad olunmaqla canını qurtamış sayan sabiqlər yavaş-yavaş istintaqa cəlb olunmaqdadır. İstintaqın gedişi göstərir ki, söhbət min yox, milyonlarla büdcə vəsaitinin mənimsənilməsindən gedir. Hər gün yeni istintaqlar, həbslər kələfin ucunun tapılacağına doğru gedir.

Bu ərəfədə məmurların kabusuna çevirilən Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) qara maskalıları vəzifədən göndərildikdən sonra belə, günahkarları qarabaqara izləməkdədir. Necə deyərlər, vəzifədən uzaqlaşmaq onları məsuliyyətdən uzaqlaşdırmır.

Bu barədə Modern.az-a danışan Milli Məclisin deputatı Fəzail Ağamalı bildirib ki, islahatların içərisində xüsusi yer alan korrupsiya və rüşvətxorluğa qarşı mübarizə çox önəmli əhəmiyyət kəsb edir:

"Bununla bağlı fikirlər cənab Prezident tərəfindən 2018-ci ildə xüsusi intonasiya ilə deyilmişdi. Ölkə başçısı andiçmə mərasimində korrupsiya və rüşvətxorluğa qarşı mübarizə aparacağını açıq dedi. İndi o çıxışın konkret nəticələrini görürük. İstər vəzifədən uzaqlaşdırılan, istərsə vəzifədə olan hər kəs bu məsuliyyətdən yaxa qurtara bilməyəcək”.

Deputat qeyd edib ki, heç bir detal Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbərinin gözündən yayına bilməz:

"Artıq bu proseslər gedir, heç kəs yaddan çıxarmasın ki, bu gün Azərbaycanın Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri olan cənab Əli Nağıyev çox peşəkar və Azərbaycan dövlətinə çox sədaqətlidir. Onun nə gözündən, nə də istintaqından heç kim yaxa qurtara bilməyəcək. Ona görə də uzun illər boyu dövlətin pulunu oğurlayan, həmin vəsaiti özünün dədə-baba malı kimi mənimsəyən, istədiyi yerə səpələyən, daxildə və xaricdə özünə biznes yaradan, malikanələr quran kər kəs bu istintaqın qarşısında cavab verməli olacaq. Fərqi yoxdur, bu gün yaxud sabah, mütləq cavab veriləcək”.

Son xəbərlər

"Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, gözləyə bilmərik" - İlham Əliyev

Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir

Dizləri bükülən Zaqatalanın Mübariz Əhmədzadə adlı QOCAMAN PROBLEMİ - NƏ ZAMANA QƏDƏR?

Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırıldı

Azərbaycan bayrağı Əskipara kəndi üzərində qaldırıldı - VİDEO

MM-də iki deputat arasında gərginlik: "Bu qanunun əleyhinə səs verəcəm"

COP29-la əlaqədar vergi və ƏDV güzəştləri müəyyənləşir

Dövriyyəsi məhdudlaşdırılan psixotrop maddələrin siyahısı dəyişir

“AzerGold” QSC-nin 1-ci rübdə pərakəndə satış gəliri 8% artıb

Boşanmaq istəyənlər 15 dollar ödəyəcək

Aşağı keyfiyyətli alkoqollu içkilərin satışının qarşısı alınacaq

Bu işçilərə kompensasiya veriləcək

Siqaret istehsalında yerli xammaldan istifadə tələbi qoyulacaq

Azərbaycanda yeni rüsum müəyyənləşir

Gürcüstandan sərhədin demarkasiyasına başlanılması ilə bağlı AÇIQLAMA

DTX-nin xaricdəki nümayəndələrinin gəlirləri vergidən azad edilir

Milli Məclis Azərbaycanla Albaniya arasında viza tələbinin ləğvinə razılıq verib

Azərbaycanla Türkiyə arasında ikiqat vergitutma aradan qaldırılır

Bu gün Ermənistanda sərhədin demarkasiyasına başlanılacaq

İran XİN-dən 4 kəndin Azərbaycana qaytarılması ilə bağlı AÇIQLAMA

Məhkəmə Əvəz Zeynallının apellyasiya şikayətini təmin etməyib

MDB ölkələrinin fond birjalarının yeni strateji planı qəbul edilib

"Qarabağ uğrunda müharibə aparmaq fikrində deyilik" - Paşinyan

Dünyanın beyin mərkəzlərinin nümayəndələri yenidən Azərbaycanda toplanır

“AzerGold” QSC-nin hasilat həcmlərində artım qeydə alınıb

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Abşeron rayonunda ağacəkmə və təmizlik aksiyaları keçirilib - FOTO

Rusiya sərhədçiləri Ermənistandan çıxır? - Peskov AÇIQLADI

Qubad İbadoğlu ev dustaqlığına buraxıldı - VİDEO

Deputatı sorğu-sual edən olacaqmı? - Sakinlər risq altında yaşayır...

Dövlət Xidməti Komitənin tenderini ləğv etdi – Səbəb bilinmir

"Ramin Abdullayev hər ay 10-larla mənzilə necə sahiblənir?..." - İTTİHAM VAR...

Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər

Bütün xəbərlər