Sosial

Axund: “Bütün məscidlərdə birmənalı şəkildə nəzir qutuları olmalıdır!”
 
 
 
 
 
 
 
 
 
 

Bəzən deyirlər ki, pirə və ziyərətgahlara gedib, nəzir verib nəsə istəmək Allah qarşısında bəyənilməyən əməllərdən hesab olunur. Bunun əksini düşünənlər də var.  İkincilərin fikrincə, nəzir, ianə dinin əsas dəyərlərindəndir. Onlar iddia edirlər ki,  nəzir insanı baş verə biləcək təhlükədən qoruyur.
Bəzi insanlar düşünür ki,  məscidlərdə və ziyarətgahlarda qoyulan nəzir qutuları camaatdan pul yığmaq məqsədi ilə qoyulur. Qutuya atılan pullar isə kimlərində cibinə gedir.
Lakin din xadimləri və axundlar bu fikri təkzib edirlər. Onlar söyləyirlər ki, nəzir qutusunda olan pullar birbaşa ya kimsəsizlərə, ya da məscidin saxlanılmasına xərclənir.

Yeri gəlmişkən, bu gün sosial şəbəkədə nəzir qutuları mövzusu ilə bağlı müzakirə açıldığından dəfələrlə medianın gündəmində olmuş bu məsələyə yenidən qayıtmağı lazım bildik.

DogruXeber.az xəbər verir ki, İçərişəhər "Cümə” məscidinin axundu Hacı Surxay Məmmədli məsələ barədə Modern.az-a belə deyib:

"Əslində bütün məscidlərdə birmənalı şəkildə nəzir qutuları olmalıdır. Məscidlər xalqın üz tutduğu əsas yerlərdən biridir, bir sözlə xalqa məxsusdur. Məsələn, biri Allahdan öz istək və arzusunun həyata keçməsi üçün nəzir deyir və gətirir qutuya öz nəzirini atır. Bu, məscidlərə inamla bağlıdır. Kimisə məcbur etmirlər ki, gətir qutuya nəzir at. Xalqın ianəsindən gələn  pullar məscidin daxili işlərinə sərf olunur. Ən çox vəsait isə təbii ki,kimsəsizlərə, imkanı olmayanlara paylanılır. Bəzən elə olur ki, məscidin daxilindəcə ehtiyacı olan şəxslərə yardım edilir. Onu dəqiq demək olmur, gün ərzində müəyyən vəsait yığılacaq, ya yox. Təbii ki, bu, insanın inam və etiqadından asılı olan bir şeydir. Birdən olur ki, heç vəsait yığılmır ”.

Hacı Surxay nəzir qutularında yığılan pulların kimlərinsə  cibinə getdiyi fikri ilə qətiyyən razılaşmır. Axund bildirir ki, bu,  ən azından  Allah qarşısında  bəndələrə edilmiş bir haqsızlıqdır:

"Nəzir qutularından yığılan pullar kimlərinsə cibinə yox, birbaşa olaraq bu pula ehtiyac duyan şəxslərə gedir. Əlbəttə, hər məsciddə olduğu kimi, bizim məscidin də əsas vəzifəsi kimsəsizlərə əl tutmaqdır.Biri gəlir ki, "xəstəyəm,  dərman  almağa gücüm çatmır”, yaxud "evdə yeməyə çörəyimiz yoxdur”, bu kimi problemi olan şəxslər bizə daha çox  müraciət edir. Biz də Allahın izni ilə köməklik göstəririk”./Turkustan.info


Son xəbərlər

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

Lüks avtomobillərə sahib oğlun atasının rəhbər olduğu Gəncənin Şəhidlər Xiyabanı zibillik içindədir: milyonlar talanır – VİDEO/FOTO

“Yaponski” səfirin BDU-da dekan müavini olan bacısının “kitayski” əməlləri – Bir İsmayılzadə DOSYESİ

"İşi ürək ağrısı ilə oxumuşuq, hamımız sarsılmışıq" - Hakim

İran İsrailə hücumda köhnəlmiş raketlərdən istifadə edib

Kəmaləddin Heydərovun şirkəti ölkədən valyuta çıxarmaqda ittiham olunur

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qubad İbadoğluya yekun ittiham elan edildi

Prezident yeni nazir müavini təyin etdi - FOTO

Ermənistanın baş naziri: Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığı təşviş yaratmamalı, sakinlərimizi sevindirməlidir

Yenidən qurulan Qarabağdan son görüntülər - VİDEO

ABŞ-dən sülhməramlıların Qarabağdan çıxarılması ilə bağlı AÇIQLAMA

"30 ildir regionda “bespredel” şəraitində yaşayırıq" - Paşinyan

Rusiya sülhməramlıların Qarabağdan çıxarılmasında Paşinyanı günahlandırdı

Qapıçılara görə futbol qaydaları dəyişə bilər

"Azərbaycanla sərhədlərin delimitasiyasına qədər seçki olmayacaq" - Paşinyan

Başlıbel faciəsindən 31 il ötür

110 min pul BELƏ YEYİLİB... - FOTOFAKT

Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirildi

Gürcüstan Prezidenti bu qanuna veto qoyacağını AÇIQLADI

Prezidentdən Şuşa ilə bağlı SƏRƏNCAM

Şahmar Mövsümov yeni sədri kollektivə təqdim etdi

Daha bir sabiq deputat vəfat etdi (FOTO)

Şimal Tacı bürcündə yeni ulduz alışması gözlənilir

Çovdarovun 30 milyonluq əmlakı əlindən çıxdı - Son qərar

Hikmət Hacıyev sülhməramlıların Qarabağdan çıxarılmasını belə ŞƏRH ETDİ

İş adamı Manaf Ağayevə ev bağışlayıb?

Jurnalist Cəmil Məmmədliyə hökm oxundu

Sülhməramlılar Qarabağdan çıxarılır - VİDEO

Prezident Kayrat Sarıbayı qəbul etdi

Paşinyan yenidən Qazaxla sərhədə getdi

Alimlər Yerin yaxınlığında nəhəng qara dəlik kəşf etdi

Bütün xəbərlər