Gündəm


"Mənə indi də elə gəlir ki, atam dünyasını dəyişməyib, həyatdadır. Elə bilirəm ki, yanımdadır, evin içindədir. Sənətini çox sevirdi, vurğunu idi işinin. O "Bizim Cəbiş müəllim” filmində Cəbiş müəllimin obrazını yaradanda tam əminliklə deyə bilərəm ki, özünü oynayırdı. Həyatda necə idi, filmdə də eynilə. Təbii ki, hər bir kəs öz valideynlərini çox istəyir, amma atam mənim həyatım, qibləgahım idi, ona çox bağlı idim”

Bunu Moderator.az-a açıqlamasında məşhur aktyor, Xalq artisti Süleyman Ələsgərovun qızı Sevil Ələsgərova deyib. O daha sonra atası ilə bağlı xatirələri danışıb.

"Demək olar ki, həyatı mənə atam öyrətmişdi. Kitaba, teatra olan sevgini də. Onun yaradıcılığına fikir versəniz görərsiniz ki, obrazları da rəngarəngdir. Gənc Tamaşaçılar teatrında səhər Hacı Qəmbər rolunu oynayırdı, axşam faciəli bir obrazda səhnəyə çıxırdı. Bütün teatrdakı rollarına baxmayaraq "Bizim Cəbiş müəllim” filmi atamın vizit kartı oldu. Bu obraza atamdan öncə Rza Təhmasibi dəvət etmişdilər, amma rejissor Həsən Seyidbəyli sonradan atamın üzərində dayandı. Filmin çəkilişlərindən çıxıb bizə gəlirdilər, evdə yemək yeyib, çay içirdilər. Atam da bu obrazı çox sevirdi, düzdür, atam tragik obrazların yaradıcısı idi, həmişə də onun bir arzusu var idi, "Kral Lir”i oynamaq. Atam haqqında iki kitabın müəllifiyəm, istəyirəm ki, onun sənəti yaşasın və gənc nəsil bu cür aktyorlarımızdan ibrət götürsünlər” deyə Sevil Ələsgərova bildirib.

Xalq artistinin qızı deyir ki, atası ölüm saatını da öncədən bilib.

"Atam anamı çox sevirdi, hətta anam dünyasını dəyişəndə o anamı qucaqlayıb deyirdi ki, Leyla, aç gözlərini, məni qoyub hara gedirsən? Atam özünü o qədər itirmişdi ki, gözünə heç nə görünmürdü. Uşaq kimi elə hey ağlayırdı. Mən də susub oturmuşdum, şokda idim. Atam həmin gündən sonra çox böyük depressiya yaşadı, özünə gələ bilmirdi. Baxmayaraq ki, teatrda rolları var idi, başı qarışırdı, amma təsəlli yeri yox idi. Oturub fikrə gedirdi, heç kimlə danışmırdı. Heç nəyə həvəsi qalmamışdı. Anamın şəkilini böyütdürmüşdü, qəfildən gəlib görürdük ki, anamın şəkili ilə söhbət edir. Atam ölməyinə bir gün qalmış ev adamla dolub-boşalırdı. Məni çağırdı yanına, baxdı mənə, dekabrın 9-u axşam idi, mənə dedi ki, səndən arxayın gedirəm, Sevil. O bu sözləri deyəndən sonra gözlərindən yaş axdı. Baxdı divara, saat 9-un yarısı idi, baxdı dedi ki, 6-ya 20 dəqiqə işləmiş!. Dedim ki, ay ata, 9-un yarısıdır! Dedi ki, qızım yox, sən bilməzsən, hələ vaxtıma var. Dekabrın 10-da səhər saat 6-ya 20 dəqiqə işləmiş atam dünyasını dəyişdi” deyə aktyorun qızı bildirib.

Son xəbərlər

Sağlamlıq haqqında arayış elektron şəkildə veriləcək — TƏBİB

Blinken Çin lideri ilə görüşəcək

Bu şəxslərin təhsil haqlarından azad edilməsi ilə bağlı yaş həddi dəyişdirilə bilər

"Azərbaycan Prezidentinin aparatı ilə əlaqə davam edir" - Paşinyanın ofisi

Əlilliyi olan şəxslərlə bağlı ayrıca hesabat hazırlansın - TƏKLİF

Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır

Nazirlərin və komitə sədrlərinin qəbul günləri - CƏDVƏL

Daşqınlar insan təlafatına səbəb olub

İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə hücum edib

Bu şəhərə bir günlük gələnlər pul ödəyəcəklər

Füzuliyə növbəti köç karvanı yola düşdü

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Ayaq üstə işləmək faydalıdır?

"Biz heç nə etmədikdə qorxduğumuz baş verir" - Paşinyan

Elmira Süleymanova vəfat etdi

"Sudan sərvət çıxaran" məmurlar - VİDEO

Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar

Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundu

Rusiya niyə nüvə silahının kosmosda yayılmamasına veto qoyur? - Ağ Evdən reaksiya

Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi

Şuşada 450 mənzilli kompleks tikilir - VİDEO

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq edəcək

Nazir direktoru işdən çıxardı

Bütün xəbərlər