Gündəm

 Vergi Xidməti
Bizdə marketlərin də adı öz təyinatına uyğun gəlmir. Elə qəribə adlar tapıb qoyurlar. Məsələn, "Neptun Market”.
Görəsən, bu marketin sahibinin Neptunla bağlı birazca məlumatı varmı ..?
Məlumdur ki, Neptun qədim roma mifologiyasına görə, dəniz allahıdır. Düzdür, sonradan bu allah qədim yunanların Poseydonu ilə eyniləşdirilib.
İndi özünüz deyin dəniz allahı Neptunun bizim supermarketə nə dəxli var..?
Gərək belə əzəmətli adın arxasında möhtəşəm işlər olsun. Amma…Neptun supermarketində satılan bulkanın içindən şurup çıxmışdı. Deyirəm yaxşı ki, 100-lük mıx-mismar çıxmayıb.
Sonra Neptun marketin alıcıları şikayət edir ki, marketdə satılan ərzaqların üstündə milçəklər qaynaşır, vızıldaşır.
Marketdə məhsulların rəflərdəki qiyməti ilə kassadakı qiyməti arasında xeyli fərq var, yəni alıcıları aldadırlar. Bu heç allah adına yaraşan əməldir, ay Neptun allahı sizə qənim olsun.
Marketdə daha ciddi problemlər də var.
Şikayətçilər yazır ki, "Neptun” marketdən alış-veriş edib, göstərilən məbləği ödəsək də, bizə verilən qəbzin üstündə nə VÖEN, nə tarix, nə də alış-verişə xərclənən pulun aydın göstərilmədiyini gördük. Bunu tələb edəndə üstümüzə mühafizənin qoçusu gəldi...
Bəli, Neptun market şəbəkəsi vergidən yayınır, alıcıları incidir, istehlakçıların hüquqlarını pozur.
Bəs, görəsən, Vergilər Nazirliyi hara baxır ?
Bəs, narazı alıcılar kimə şikayət etsin ?
Neptun marketinin rəhbərliyi narazı müştərilərə deyir ki, get hara istəyirsən şikayət elə...
Bəlkə Neptuna yox, bir olan Allahımıza şikayət etsək, daha düzgün olar //gundelik-baku.com//

Son xəbərlər

Sağlamlıq haqqında arayış elektron şəkildə veriləcək — TƏBİB

Blinken Çin lideri ilə görüşəcək

Bu şəxslərin təhsil haqlarından azad edilməsi ilə bağlı yaş həddi dəyişdirilə bilər

"Azərbaycan Prezidentinin aparatı ilə əlaqə davam edir" - Paşinyanın ofisi

Əlilliyi olan şəxslərlə bağlı ayrıca hesabat hazırlansın - TƏKLİF

Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır

Nazirlərin və komitə sədrlərinin qəbul günləri - CƏDVƏL

Daşqınlar insan təlafatına səbəb olub

İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə hücum edib

Bu şəhərə bir günlük gələnlər pul ödəyəcəklər

Füzuliyə növbəti köç karvanı yola düşdü

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Ayaq üstə işləmək faydalıdır?

"Biz heç nə etmədikdə qorxduğumuz baş verir" - Paşinyan

Elmira Süleymanova vəfat etdi

"Sudan sərvət çıxaran" məmurlar - VİDEO

Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar

Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundu

Rusiya niyə nüvə silahının kosmosda yayılmamasına veto qoyur? - Ağ Evdən reaksiya

Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi

Şuşada 450 mənzilli kompleks tikilir - VİDEO

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq edəcək

Nazir direktoru işdən çıxardı

Bütün xəbərlər