Gündəm

Avtomobilimizdə yanacağa necə qənaət edək? – ARAŞDIRMA
 
 
 

 
 
 
 
Bir çox sürücülər avtomobillərində yanacaq sərfiyyatından şikayətlənirlər. Onların bəziləri bunu yanacağın keyfiyyəti ilə əlaqələndirirlər. Əslində, avtomobilin yanacaq sərfiyyatının çox olmasının bir çox səbəbləri ola bilər.

MUMTV.az avtomobildə yanacağa qənaətdə sınanmış bir neçə üsulu təqdim edir:

Magistral yollarda hərəkətdə olarkən sürət həddini qaldırmaq yanacaq sərfiyyatına ciddi təsir edən birinci səbəbdir. Misal üçün, "VAZ 2105” markalı avtomobillə 100 kilometrlik məsafəni 80 km/saat sürətlə getsə, 7 litr, 110 km/saat sürətlə hərəkət etsə, 11 litr yanacaq sərf edəcək.

Avtomobilinizi kölgədə park etməyiniz məsləhətdir. Günəş şüaları yanacaq sərfiyyatını artıran səbəblərdəndir. Günəş altında saxlanılan avtomobilin yanacağı istidən buxarlana bilər.

Yanacaqdoldurma məntəqələrinə gecələr getməyiniz daha yaxşıdır. Bu, yanacağa qənaətə imkan verəcək. Təcrübəli sürücülər gecələr və ya sübh tezdən avtomobillərinə yanacaq doldururlar. Yanacağın sıxlığı temperaturdan asılıdır. Temperatur nə qədər yüksək olsa, avtomobil çəninə bir o qədər az yanacaq daxil olacaq.

Avtomobillərin şinlərinin yerlərini və filtrlərini vaxtında dəyişməyiniz məsləhətdir. Şinlər avtomobilin yanacaq sərfiyyatına təsir edən amillərdəndir. Belə ki, şinlərdəki hava sıxlığı az olduqda avtomobil daha çox benzin sərf edir.

Sedan avtomobillərin şinlərindəm hava sıxlığı yayda 1,2-2, qışda isə 2-2,2 atmosfer olmalıdır. Bundan başqa, avtomobil uzun müddət hərəkətdə olan zaman şinin kənar hissələri tez yeyilir. Bunun nəticəsində avtomobildə tarazlıq pozulur.

Buna görə də şinlərin vaxtında yerini dəyişmək məsləhətdir. Şinlərin avtomobilin normalarında göstərildiyi ölçüdə seçilməsi də vacibdir. Böyük ölçülü şinlər avtomobildə yanacağın qənaətinə imkan vermir. Filtrlər də düzgün işləmədikdə yanacaq sərfiyyatı kifayət qədər çoxalır.

Avtomobillərinə hissələr alarkən diqqətli olmaq vacibdir. Daha çox orijinal ehtiyat hissələrindən istifadə olunmalıdır. Bu, yanacaq sərfiyyatına kifayət qədər təsir edir. Saxta ehtiyat hissələri tez sıradan çıxdığı üçün onlardan istifadədə ehtiyatlı olmaq lazımdır. Bununla yanaşı, avtomobillərin müəyyən vaxtdan bir texniki baxışdan keçirilməsi önəmlidir.

Avtomobilin çəkisi, kondisoner, işıqlarla yanaşı, sürətlə idarə edərkən maşınınızın pəncərəsinin açıq olması da benzin sərfiyyatına təsir edir. Açıq pəncərədən içəri daxil olan hava kütləsi avtomobilin çəkisini artırır./Oxu.az

Son xəbərlər

İcra başçısı vətəndaşların torpaqlarını təkrar onlara satır - BU NƏDİ BELƏ?!

Əhməd Vəliyevə məxsus olduğu deyilən MMC Dövlət Xidmətini məhkəməyə verdi

Maaş, pensiya və müavinətlər artacaq - 2 milyard ayrıldı

İlqar Mustafayev bu qədər pulu mənimsəməkdə ittiham olunur

“AzerGold” QSC-nin təşkilatçılığı ilə Daşkəsəndə keçirilən növbəti tibbi müayinə aksiyasına yekun vurulub - FOTO

Dövlət Əmək Müfəttişliyi Xidmətində yeni təyinat - ƏMR

Paşinyan: Ermənistan Azərbaycandan qaz tədarük edə bilər

BMT-dən şad xəbər: Dəhşətli vulkana rəğmən, ozon təbəqəsi bərpa olunur

"Tez-tez qrip olmaq o deməkdir ki..." - SN

"İrəvan və Bakı ilk dəfə dövlətlərarası səviyyədə sənəd imzalayıblar" - Paşinyan

"Dəryaz" qəzetinin rəhbəri tutuldu - "BANDOTDEL"dən ƏMƏLİYYAT

Noldu, “Aztelekom”? - Daha bahalı hələ daha sürətli demək deyil

Dubayda uçan taksilər istifadəyə veriləcək

Elton Məmmədovun məhkuma çevirdiyi keçmiş şərikinin şikayəti təmin olunmadı – 30 milyonluq məsələ araşdırılacaqmı?

Qəbələnin Kiçik Pirəli kəndində yaşayan evdar qadınların “biznesini” Bakıda kimlər idarə edir - İLGİNC FAKTLAR

Hacıqabul və Salyan İcra başçıları vəzifələrindən azad edildilər

"Türkiyə ilə diplomatik əlaqələr qurmalı, quru sərhədlərini açmalıyıq" - Paşinyan

Sabah Bakıda yağış yağacaq

"Ermənistan region ölkələrinin ərazi bütövlüyünü tanıyır" - Paşinyan

B12 vitamininin mənbəyi

Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü təsis olundu

Zeynal Nağdəliyev Rüstəm Xəlilovu kollektivə təqdim etdi

Dəniz taksiləri istifadəyə verilsə tıxaclar azalar? - AÇIQLAMA

7 saylı Yol İstismar İdarəsi "COP 29-dan necə pul çıxarır"? - FOTO

Əmirullayevin "ac həriflər"i - məktəblər sələmçilərin, jalüz pulu yığanların əlində yesir qalıb...

Birinci Qarabağ müharibəsinin daha 4 itkin şəhidi dəfn ediləcək

NATO-nun baş katibi Putinin bəyanatlarını saxta adlandırdı

"Gələn il sosial xərclər 14 faiz artırılacaq" - İqtisadçı

Azərbaycanda qrip əleyhinə vaksinasiyaya başlanıldı

Məşhur aviaşirkətlər İsrailə uçuşları dayandırdı

Bakıda yeni ekspres marşrut fəaliyyətə BAŞLAYACAQ

Azərbaycanda Milli Musiqi Günüdür

Bütün xəbərlər