Dünya

Almanlar pullarına necə qənaət edirlər…
 
 
 
 
 
 
 
 

 
 
 

Bu günlərdə Düsseldorf aeroportunda sərnişinlərin təyyarədən düşməsi zonasında nömrələrin yeni avtomatik skanlanması sistemi tətbiq edilib. Sərnişinləri yola salan avtomobillər burada 10 dəqiqəyə qədər pulsuz dayana bilər, sonrakı 5 dəqiqə üçün 5 avro, daha sonra hər bir 5 dəqiqə üçün 3 avro ödəmək lazım gəlir. Ən sərfəli variant maşını qısamüddətli parklayıb bir saat üçün 9 avro ödəməkdir.

MUMTV.az xəbər verir ki, sərnişinləri qarşılayan avtomobillərin pulsuz dayanması üçün vaxt cəmi 2 dəqiqədir. Girişdə limit vaxtından kənara çıxmayanda nömrə nişanı skanlanan kimi turniketlər avtomatik açılır. Bu da nəzarət məntəqələrində vaxta qənaət etməyə və maşınların toplanmasının qarşısını almağa kömək edir.

Köln və Bonn aeroportları da bu ilin yazında sərnişinlərin təyyarəyə minməsi və təyyarədən düşməsi zonaları üçün qaydaları dəyişərək giriş yerlərində turniketlər quraşdırıblar. Burada minmə və düşmə üçün pulsuz vaxt 10 dəqiqədir. Sonrakı 15 dəqiqənin qiyməti 5 avrodur. Pulsuz limit vaxtının yarım saat aşılması 12 avroya başa gəlir ki, bu da hər kəsin cibinə görə deyil.

Bəs yeni qaydalardan xoşlanmayan almanlar belə hallarda necə hərəkət edirlər? Bəzən onlar reyslərin gəlməsini avtobanın aeroporta gedən ehtiyat zolağında gözləyirlər. Amma polis onları qovur, çünki həmin zolaqda dayanmaq olmaz. Sərnişinləri qarşılayanlar vəziyyətdən çıxış yolunu tapıblar. İndi onlar təyyarənin gəlməsini və sərnişinin aeroport binasından çıxmasını yaxınlıqdakı qoruq zonalarda istirahət edənlər üçün nəzərdə tutulmuş dayanacaqlarda gözləyirlər. Əslində, Köln aeroportu Van çöllüyünün ortasında yerləşir. Buradakı dayanacaqlarda dayanmaq isə qadağan deyil.

Budapeşt aeroportunda qarşılayanlar bəzən oxşar vasitədən istifadə edirlər: onlar maşını yaxınlıqdakı yanacaqdoldurma stansiyasında parklayıb, aeroport binasından çıxan sərnişinin onlara zəng etməsini gözləyirlər.  /AZƏRTAC/


Son xəbərlər

Sağlamlıq haqqında arayış elektron şəkildə veriləcək — TƏBİB

Blinken Çin lideri ilə görüşəcək

Bu şəxslərin təhsil haqlarından azad edilməsi ilə bağlı yaş həddi dəyişdirilə bilər

"Azərbaycan Prezidentinin aparatı ilə əlaqə davam edir" - Paşinyanın ofisi

Əlilliyi olan şəxslərlə bağlı ayrıca hesabat hazırlansın - TƏKLİF

Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır

Nazirlərin və komitə sədrlərinin qəbul günləri - CƏDVƏL

Daşqınlar insan təlafatına səbəb olub

İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə hücum edib

Bu şəhərə bir günlük gələnlər pul ödəyəcəklər

Füzuliyə növbəti köç karvanı yola düşdü

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Ayaq üstə işləmək faydalıdır?

"Biz heç nə etmədikdə qorxduğumuz baş verir" - Paşinyan

Elmira Süleymanova vəfat etdi

"Sudan sərvət çıxaran" məmurlar - VİDEO

Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar

Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundu

Rusiya niyə nüvə silahının kosmosda yayılmamasına veto qoyur? - Ağ Evdən reaksiya

Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi

Şuşada 450 mənzilli kompleks tikilir - VİDEO

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq edəcək

Nazir direktoru işdən çıxardı

Bütün xəbərlər