Gündəm


Səkkiz milyonluq tenderi qazanan şirkətin rəhbəri görün kim çıxdı

Xəbər verdiyimiz kimi, Səhiyyə Nazirliyinin İnnovasiya və Təchizat Mərkəzi narkoz, narkotik və psixotrop dərman preparatlarının alınmasına dair müqavilə imzalayıb. Ümumi məbləği 7 milyon 970,6 min manat (4 milyon 688 min ABŞ dolları) olan bu dərmanların tədarükü "Azərtibbtəchizat" MMC tərəfindən həyata keçiriləcək.
Yenisabah.az sözügedən MMC ilə bağlı araşdırma aparıb. Məlum olub ki, "Azərtibbtəchizat” MMC 2006-cı il fevralın 8-də dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 50 manat olan MMC-nin hüquqi ünvanı Yasamal rayonu, Cəfər Cabbarlı 34-dür. "Azərtibbtəchizat”ın qanuni təmsilçisi isə Rzabəyov İbrahim İdris oğludur.

İbrahim Rzabəyovun atasının adı və soyadı uzun müddət müxtəlif vəzifələrdə işləmiş, prezident təqaüdçüsü İdris Rzabəyovun adı və soyadı ilə üst-üstə düşür.

MSK-nın seçicilər siyahısında İdris Rzabəyovun qeydiyyatda olduğu ünvanda İbrahim Rzabəyovun adına da rast gəlinir. Bu, İbrahim Rzabəyovun məhz keçmiş məmur İdris Rzabəyovun oğlu olduğuna dair gümanları artırır. Həmçinin, keçmiş məmurun oğlunun Tibbi Universitetinin məzunu olması, tibb sahəsində fəaliyyəti də bu ehtimalı qətiləşdirir.
Məlumat üçün deyək ki, İdris Rzabəyov 2002-2011-ci illərdə yeni yaranan Yanacaq-Energetika Nazirliyində (Energetika Nazirliyi) Aparat rəhbəri vəzifəsinin icraçısı, Yanacaq-Energetika Əməliyyatları Baş İdarəsinin rəisi, daha sonra nazirliyin neft və qaz şöbəsinin müdiri vəzifələrində işləyib.

Yaşına görə dövlət qulluğuna xitam verilməsinə baxmayaraq, indiyədək Energetika Nazirliyində ictimai əsaslarla baş məsləhətçi-ekspert kimi fəaliyyət göstərir.

Onu da xatırladaq ki, İbrahim Rzabəyov tanınmış teleaparıcı Kamilə Babayevanın həyat yoldaşıdır

Son xəbərlər

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

Lüks avtomobillərə sahib oğlun atasının rəhbər olduğu Gəncənin Şəhidlər Xiyabanı zibillik içindədir: milyonlar talanır – VİDEO/FOTO

“Yaponski” səfirin BDU-da dekan müavini olan bacısının “kitayski” əməlləri – Bir İsmayılzadə DOSYESİ

"İşi ürək ağrısı ilə oxumuşuq, hamımız sarsılmışıq" - Hakim

İran İsrailə hücumda köhnəlmiş raketlərdən istifadə edib

Kəmaləddin Heydərovun şirkəti ölkədən valyuta çıxarmaqda ittiham olunur

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qubad İbadoğluya yekun ittiham elan edildi

Prezident yeni nazir müavini təyin etdi - FOTO

Ermənistanın baş naziri: Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığı təşviş yaratmamalı, sakinlərimizi sevindirməlidir

Yenidən qurulan Qarabağdan son görüntülər - VİDEO

ABŞ-dən sülhməramlıların Qarabağdan çıxarılması ilə bağlı AÇIQLAMA

"30 ildir regionda “bespredel” şəraitində yaşayırıq" - Paşinyan

Rusiya sülhməramlıların Qarabağdan çıxarılmasında Paşinyanı günahlandırdı

Qapıçılara görə futbol qaydaları dəyişə bilər

"Azərbaycanla sərhədlərin delimitasiyasına qədər seçki olmayacaq" - Paşinyan

Başlıbel faciəsindən 31 il ötür

110 min pul BELƏ YEYİLİB... - FOTOFAKT

Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirildi

Gürcüstan Prezidenti bu qanuna veto qoyacağını AÇIQLADI

Prezidentdən Şuşa ilə bağlı SƏRƏNCAM

Şahmar Mövsümov yeni sədri kollektivə təqdim etdi

Daha bir sabiq deputat vəfat etdi (FOTO)

Şimal Tacı bürcündə yeni ulduz alışması gözlənilir

Çovdarovun 30 milyonluq əmlakı əlindən çıxdı - Son qərar

Hikmət Hacıyev sülhməramlıların Qarabağdan çıxarılmasını belə ŞƏRH ETDİ

İş adamı Manaf Ağayevə ev bağışlayıb?

Jurnalist Cəmil Məmmədliyə hökm oxundu

Sülhməramlılar Qarabağdan çıxarılır - VİDEO

Prezident Kayrat Sarıbayı qəbul etdi

Paşinyan yenidən Qazaxla sərhədə getdi

Alimlər Yerin yaxınlığında nəhəng qara dəlik kəşf etdi

Bütün xəbərlər