Gündəm


Xəbər verdiyimiz kimi, "Azəriqaz”İB-in sayğaclarla bağlı həyata keçirdiyi yenilik və dəyişikliklər bəzi şəxslər tərəfindən müəyyən şübhə və narahatlıqla qarşılanmaqdadır. Xüsusilə də mexaniki-elektron sayğacların tətbiqi ilə bağlı narahatlığını dilə gətirən bəzi vətəndaşlar iddia edir ki, bu sayğaclar qaz sərfiyyatını əslində olduğundan daha çox hesablayır.

Moderator.az xəbər verir ki, vətəndaşların təklif və müraciətlərinə həssaslıqla yanaşan "Azəriqaz”İB, mexaniki-elektron sayğaclarla bağlı daha bir yeniliyə imza atıb ki, bu da real qaz sərfiyyatı və onun qiymətinin dəqiq hesablanması ilə bağlı heç bir şübhə yeri qoymur.

Artıq sayğac göstəriciləri də məsafədən oxunacaq: Nə abonent nəzarətçini görəcək, nə nəzarətçi abonenti...

Məlumat üçün qeyd edək ki, elektron-mexaniki sayğaclaırn quraşdırılması ilə bağlı əsas narazılıqlardan biri bu sayğacların "Azəriqaz”İB-in əməkdaşı olan nəzarətçilər tərəfindən oxunması ilə bağlı idi. Bəzi vətəndaşlar nəzarətçi ilə fiziki təmas yaratmaq istəmir, ümumiyyətlə, nəzarətçinin onun sayğacına baxış keçirməsinə şübhə və inamsızlıqla yanaşır, sayğaca məhz nəzarətçi tərəfindən hansısa müdaxilə edilə biləcəyini iddia edirdi. Bütün bu narahatlıqları nəzərə alan "Azəriqaz”İB, mükəmməl texnoloji yeniliyə imza atıb. Belə ki, bundan sonra nəzarətçi ilə fiziki təmas yaratmaq istəməyən abonentlər öz sayğac göstəricilərinin şəklini çəkib, həmin fotonu Birliyin "Çağrı Mərkəzi”nin (+994 77) 3 104 104 saylı "Whatshapp” nömrəsinə göndərə bilər. Burada abonent qarşısında qoyulan yeganə tələb fotonun aydın çəkilməsi və onun üzərində fotonun çəkildiyi tarixin əks olunmasıdır. Bu sadə prosesi düzgün yerinə yetirən abonentlər hər ayın 1-5 tarixlərində qaz sərfinə görə ödəyəcəkləri məbləğlə bağlı "Azəriqaz”İB tərəfindən SMS alacaqlar. Başqa sözlə desək, bütün proses elektron formada, heç bir fiziki təmas olmadan həyata keçiriləcək.

Xatırladaq ki, vətəndaş və dövlət qurumları arasında fiziki təmasın minimuma endirilməsi, bütün xidmət prosesinin elektronlaşdırılması Azərbaycanın dövlət siyasətinin əsas prioritetlərindən birini təşkil edir. Məqsəd xidmət prosesində şəffaflığı təmin etmək, neqativ halların meydana gəlməsi üçün gərəkli olan bütün mümkün zəminləri ortadan qaldırmaqdır. Bu baxımdan, "Azəriqaz”İB-in sayğacların oxunması ilə bağlı bu yeniliyi, həm də dövlət siyasətoindən irəli gələn məsələ olmaqla yanaşı, vətəndaşlara daha keyfiyyətli xidmət göstərməyə hesablanıb.

Smart-kart sayğacları elektron hakim rolunda: Nə tərəf seçər, nə rüşvət alar, nə oğurluq bilərlər...

Ötən yazılarımızda da qeyd etdiyimiz kimi, "Azəriqaz”İB vətəndaş məmnunluğunu təmin etmək məqsədi ilə sayğac seçimini tamamilə vətəndaşların öhdəsinə buraxıb. Yəni sayğacı dəyişilən hər bir vətəndaş smart-kart, yoxsa mexaniki-elektron sayğacdan istifadə edəcəyinə özü qərar verir. Bəzi hallarda mexaniki-elektron sayğaca etibar etməyən, bu sayğacın qaz sərfini əslində olduğundan daha çox hesabladığını düşünən abonentlərin öz xahişi ilə, onların sayğacı öncədən ödənişli Smart-kart sayğacları ilə əvəzlənir. Bu halda abonent kart vasitəsi ilə sayğaca yüklədiyi konkret məbləğ bitənə qədər qaz sərfindən istifadə edə bilir. Bu, abonentə istifadə etdiyi vəsaitə daha dəqiq nəzarət etməyə, nəinki ay və həftə, hətta gün və saat ərzində nə qədər qaz sərfinə yol verdiyini müəyyənləşdirməyə imkan verir.

Təcrübə göstərir ki, dünyanın bütün inkişaf etmiş ölkələrində Smart-kart sayğacların tətbiqi həm də "problemli abonetlər”ə qarşı effektiv mübarizə vasitəsi hesab edilir. Hər bir ölkədə bəzi abonentlərin ən müasir sayğaclara belə müxtəlif üsul və vasitələrlə müdaxiləyə cəhd etdiyi, bununla da istifadə etdikləri qaz sərfini süni şəkildə azaltmaq istədikləri bəllidir. Hətta bəzi abonentlər öz istəklərini sayğaca kobud fiziki müdaxilə əssında reallaşdırmağa çalışır ki, bu da əlaqədar qurumları kənar müdaxilələrə qarşı etibarlı tədbirlər görmək məcburiyyəti qarşısında qoyur. Bu tədbirlərdən ən effektlisi isə həmin abonentlərə Smart-kart tipli sayğacların quraşdırılmasıdır. Kənar müdaxilələrə qarşı olduqca həssas olan bu sayğaclar faktiki olaraq elektron hakim rolunda çıxış edir. Dünyanın qabaqcıl ölkələrində müasir texnologiyaların vasitəsi ilə istehsal edilən məlum sayğaclar, tərəf seçmək, rüşvət almaq, oğurluq etmək kimi risk və keyfiyyətlərə malik deyillər. Onlar real qaz sərfini konkret rəqəmlər əsasında hesablayır, bu hesabın nəticəsini kənar müdaxilələrdən qətiyyətlə mühafizə edirlər.

Təsadüf və yanlışlıqlara qarşı "elektron sipər”

Göründüyü kimi, "Azəriqaz”İB-in sayğac siyasəti müasir texnoloji avadanlıqların vasitəsi ilə abonentlərin istifadə etdiyi qaz sərfini şəffaf və obyektiv şəkildə hesablamaq, xərc və itkilərə nəzarət etmək, həm özünün, həm də abonentlərin hər hansı ədalətsizlik və artıq maliyyə itkisinin qarşısını almaqdır.

Xidmət sektorunda müasir sayğaclardan istifadə, sayğac seçiminin vətəndaşların ixtiyarına buraxılması, nəzarətçi ilə fiziki təmas saxlamaq istəməyən abonentlərin sayğac göstəricilərinin məsafədən oxunması – bir sözlə, xidmətin demək olar ki, tamamilə elektronlaşdırılması "Azəriqaz”İB-in neqativ halların baş verməsi üçün zəmin formalaşdırmadığını göstərir. Hər bir addıma bütün tərəflərin iştirakı və razılığı ilə qərar verilməsi, onun icrası prosesinə bütün maraqlı tərəflərin iştirakının təmin edilməsi də bu istəkdən qaynaqlanır. Xüsusilə də, insan faktorunun minimuma endirilməsi, elektron texnologiya və rəqəmsal sistemin önə çəkilməsi abonentlərə münasibətdə hər hansı məqsədli və məqsədsiz yanlışlığa, səhv və təsadüfə yer qoymur. Çünki insanlar hardasa, necəsə yanıla bilər, amma rəqəmlər əsla!

Son xəbərlər

Daşqınlar insan təlafatına səbəb olub

İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə hücum edib

Bu şəhərə bir günlük gələnlər pul ödəyəcəklər

Füzuliyə növbəti köç karvanı yola düşdü

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Ayaq üstə işləmək faydalıdır?

"Biz heç nə etmədikdə qorxduğumuz baş verir" - Paşinyan

Elmira Süleymanova vəfat etdi

"Sudan sərvət çıxaran" məmurlar - VİDEO

Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar

Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundu

Rusiya niyə nüvə silahının kosmosda yayılmamasına veto qoyur? - Ağ Evdən reaksiya

Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi

Şuşada 450 mənzilli kompleks tikilir - VİDEO

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq edəcək

Nazir direktoru işdən çıxardı

Azərbaycan nefti cüzi bahalaşıb

Bitki apokalipsisi: Bakteriya ağacları və məhsulları məhv edir

İmişlidə İcra başçısı qəbula gələn kənd sakinlərini “dama soxdurub” - RƏZALƏT

İcra Hakimiyyəti sabiq nazirdən 133 minə “BMW 520i” alır – Bazardakı qiymətdən 17,5 min bahadır

Beş ayda 67 milyon manat dövlət sifarişi verilmiş müəmmalı MMC-nin arxasında kimlər durur?

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

"Putin" filmi böyük reaksiyalara səbəb olub

Bütün xəbərlər