Gündəm

 
Bu günlərdə Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Yasamal Yaşayış Kompleksinin 22-27 nömrəli binalarındakı 248 mənzilin seçim prosesini başa çatdırıb. Mənzil seçimi proseduru saat 11:00-da başlayıb və ildırım sürəti ilə tamamlanıb.

MİDA mənzillərin seçim prosedurunun www.e-gov.az elektron hökumət portalındakı güzəştli mənzil sistemi vasitəsilə şəffaf, təhlükəsiz və fasiləsiz şəkildə həyata keçirildiyi bildirir. Ancaq müstəqil müşahidəçilər bu prosedurun şəffaflığına şübhə edirlər.

İqtisadçı-ekspert Rəşad Həsənov AYNA-ya deyib ki, mənzillərin satışı sürətli şəkildə keçirilib və bir çoxları xəyal qırıqlığına uğrayıb: "Əhalinin böyük əksəriyyəti MIDA-nın fəaliyyətinə ciddi şübhə edir. Şikayətlərdən belə anlaşılır ki, hətta xüsusi elektron proqram - CAPTCHA belə bir "nou-hau"nun (istehsalahat sirri – red.) qarşısını ala bilmir. Son iki satış əməliyyatı deyilənlərin sübutudur. Həssas sosial təbəqələrin məyus olması güzəştli mənzil proqramının mahiyyətinə uyğun deyil. Dövlət vəsaitlərinin bu şəkildə idarə edilməsi qanunsuzdur”.

Ekspert, problemi həll etmək üçün mənzillərin satış qaydaları və mexanizmlərinə düzəlişlər edilməsini, püşkatma metodunun tətbiqini və hətta Dövlət İmtahan Mərkəzinin yanaşmalarından istifadə olunmasını təklif edir: "Hər halda şikarını əldə edən ovçuların, dövlət subsidiyaları əsasında tikilmiş daşınmaz əmlakdan mənfəət əldə etmək üçün bu sistemə girişi əngəllənməlidir”.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov da bildirib ki, hazırkı şərtlər ədalətli deyil: "Güzəştli mənzillərin sahibləri sosial mənzillərdən kommersiya məqsədləri üçün istifadə edirlər. Daşınmaz əmlakın satılması üçün yerli elektron resurslarda sosial mənzil sahiblərindən, güzəştli şərtlərlə alınan mənzillərin icarəyə verilməsi ilə bağlı elanlara tez-tez rast gəlinir. Güzəştli şərtlərlə mənzil alan digər vətəndaşlar isə yüksək qiymətlərlə satışını təklif edərək qazanc əldə etməyə çalışırlar. Nəticədə hökumət layihəsi sosial mahiyyətini itirir”.

Bayramovun sözlərinə görə, mənzil problemi olmayan insanlar sosial ipoteka kreditlərindən məhdudiyyət olmadan istifadə edirlər: "Halbuki, sosial layihənin mahiyyəti ayrı-ayrı vətəndaşlara əlavə mənzillərin verilməsi olmamalıdır. Güzəştli layihə əvvəlcə evsizlərin mənzil problemini həll etmək məqsədi daşıyırdı. Onu kommersiya məqsədləri üçün istifadə etmək, sadəcə arzuolunmaz deyil, hətta qəbuledilməzdir”.

Son xəbərlər

Baxımsız Mədəniyyət Mərkəzi – Direktor istirahət parkını sakinlərin üzünə niyə QAPADIB?

Uşaqlara peyvənd vurulacaq — Nazir əmr imzaladı

İpotekaya xitam verilən hallar genişləndi

Kişilərin 5 il erkən pensiya hüququ tanınacaq

Bu şəxslər 1500 manat cərimələnəcək

Yalnız bu qadınlar pensiyaya tez çıxa biləcək

Azərbaycanda bu işçilərin maaşları artırılacaq

Hesablama Palatasının audit yoxlamalarının sayının artırılması təklif olunur

Kəmaləddin Heydərovdan yüksək vəzifəyə təyinat - FOTO

Azərbaycanda tikinti sahəsində agentliyin və ya komitənin yaradılması təklif olunur

Milli Məclisdə Hesablama Palatasının hesabatı müzakirə edilir

Dövlət Su Ehtiyatları Agentliyi, yoxsa ŞƏBƏKƏ BİZNESİ ? - Dövlət qurumunda "Dostluq birliyi" // VİDEO

“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

Lüks avtomobillərə sahib oğlun atasının rəhbər olduğu Gəncənin Şəhidlər Xiyabanı zibillik içindədir: milyonlar talanır – VİDEO/FOTO

“Yaponski” səfirin BDU-da dekan müavini olan bacısının “kitayski” əməlləri – Bir İsmayılzadə DOSYESİ

"İşi ürək ağrısı ilə oxumuşuq, hamımız sarsılmışıq" - Hakim

İran İsrailə hücumda köhnəlmiş raketlərdən istifadə edib

Kəmaləddin Heydərovun şirkəti ölkədən valyuta çıxarmaqda ittiham olunur

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qubad İbadoğluya yekun ittiham elan edildi

Prezident yeni nazir müavini təyin etdi - FOTO

Ermənistanın baş naziri: Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığı təşviş yaratmamalı, sakinlərimizi sevindirməlidir

Yenidən qurulan Qarabağdan son görüntülər - VİDEO

ABŞ-dən sülhməramlıların Qarabağdan çıxarılması ilə bağlı AÇIQLAMA

"30 ildir regionda “bespredel” şəraitində yaşayırıq" - Paşinyan

Rusiya sülhməramlıların Qarabağdan çıxarılmasında Paşinyanı günahlandırdı

Qapıçılara görə futbol qaydaları dəyişə bilər

"Azərbaycanla sərhədlərin delimitasiyasına qədər seçki olmayacaq" - Paşinyan

Başlıbel faciəsindən 31 il ötür

110 min pul BELƏ YEYİLİB... - FOTOFAKT

Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirildi

Bütün xəbərlər