Gündəm


"Azəriqaz” fevral ayının 1-dən etibarən Almaniya istehsalı olan yeni növ "Zenner” markalı sayğacların quraşdırılmasına başlayıb. Bu məqsədlə ölkəyə 30 min ədəd yeni sayğac da gətirilib. Lakin quraşdırılan yeni sayğaclardan insanlar o qədər də razı görünmürlər. Sayğacların sərfiyyatdan artıq borc yazması ilə bağlı iddialar da səsləndirilir.

Bəs, görəsən, külli miqdarda vəsait xərcləyərək yeni sayğacların alınması hansı zərurətdən irəli gəlib? Ümumiyyətlə, indiki şəraitdə normal işləyən sayğacların yenisi ilə əvəzlənməsinə nə ehtiyac var?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən millət vəkili Tahir Kərimli mövcud sayğacların köhnəlmədiyini və sıradan çıxmadığını deyib: "İddia olunur ki, yeni sayğaclar vətəndaşların öz hesablarına quraşdırılmalıdır. Amma bu işlər "Azəriqaz”ın hesabına aparılmalıdır. Hesab edirəm ki, bütün sayğacların yenisi ilə əvəzlənməsinə ehtiyac yoxdur. Yalnız yararsız halda olan sayğaclar dəyişdirilə bilər, bu isə vətəndaşın deyil, dövlətin vəsaiti hesabına həyata keçirilməlidir. Vətəndaşların xərcə salınmasının əleyhinəyəm və bunu qətiyyətlə pisləyirəm. Birmənalı olaraq hər kəs sosial şəbəkələrdə bu sayğacların normadan artıq pul yazdığını deyir. Belə olan halda insanları narazı salmağa ehtiyac yoxdur”.

Əkrəm Həsənov: ""Azəriqaz” indiyə qədər sayğaclaşmanın normal əsaslandırılmasını ictimaiyyətə çatdırmayıb”

İqtisadçı Əkrəm Həsənov isə deyir ki, hər bir dövlət qurumu öz fəaliyyətini əsaslandırmalıdır: "Birinci iradım odur ki, "Azəriqaz” indiyə qədər sayğaclaşmanın normal əsaslandırılmasını ictimaiyyətə çatdırmayıb. Bu yeni sayğaca ehtiyacın nədən yarandığı haqda əsaslandırma aparılmayıb. İkinci məqam ondan ibarətdir ki, bəzi insanlar yeni sayğacların sərfiyyatdan artıq yazdığını iddia edirlər. Bunun nə dərəcədə real olduğunu demək çətindir. Hər bir halda bu məsələyə aidiyyatı qurumlar istehlakçıların hüquqlarının müdafiəsi baxımından qiymət verməlidir. Həqiqətən iddialar doğrudursa, o zaman artıq ödənişlər vətəndaşlara geri qaytarılmalıdır. İndiki məqamda insanları belə məsələlərlə qıcıqlandırmaq doğru deyil”.

Natiq Cəfərli: ""İnsanda belə bir təsəvvür yaranır ki, sanki yeyinti üçün yeni bir yer axtarırlar”

İqtisadçı ekspert Natiq Cəfərli isə yeni sayğacların quraşdırılması ilə bağlı ciddi narazılıqların mövcud olduğunu deyib: "İnsanda belə bir təsəvvür yaranır ki, sanki yeyinti üçün yeni bir yer axtarırlar. Narazı olan insanlar qrup şəkilində məhkəmələrə müraciət etməli və sərfiyyatla bağlı problemlərin olduğunu bildirməlidirlər. Heç olmasa məhkəmə araşdırması zamanı "Azəriqaz”ın nümayəndəsi gəlib izahat versin. Əgər heç bir texniki əsası yoxdursa, o zaman sayğacların dəyişdirilməsi büdcə vəsaitinin növbəti izafi xərcidir”.

Son xəbərlər

Sağlamlıq haqqında arayış elektron şəkildə veriləcək — TƏBİB

Blinken Çin lideri ilə görüşəcək

Bu şəxslərin təhsil haqlarından azad edilməsi ilə bağlı yaş həddi dəyişdirilə bilər

"Azərbaycan Prezidentinin aparatı ilə əlaqə davam edir" - Paşinyanın ofisi

Əlilliyi olan şəxslərlə bağlı ayrıca hesabat hazırlansın - TƏKLİF

Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır

Nazirlərin və komitə sədrlərinin qəbul günləri - CƏDVƏL

Daşqınlar insan təlafatına səbəb olub

İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə hücum edib

Bu şəhərə bir günlük gələnlər pul ödəyəcəklər

Füzuliyə növbəti köç karvanı yola düşdü

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Ayaq üstə işləmək faydalıdır?

"Biz heç nə etmədikdə qorxduğumuz baş verir" - Paşinyan

Elmira Süleymanova vəfat etdi

"Sudan sərvət çıxaran" məmurlar - VİDEO

Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar

Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundu

Rusiya niyə nüvə silahının kosmosda yayılmamasına veto qoyur? - Ağ Evdən reaksiya

Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi

Şuşada 450 mənzilli kompleks tikilir - VİDEO

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq edəcək

Nazir direktoru işdən çıxardı

Bütün xəbərlər