Gündəm

MUMtv.az: - Şərur rayonunda şəkər xəstələrinə ayrılan pulsuz dərman və ləvazimatların apteklərdə satışa çıxarıldığı bildirilir. Xəstələr isə haqqı olan dərmanları tələb edərkən alçaldıcı və kobud rəftarla üzləşdiklərini deyirlər.

Onlar xüsusilə rayondakı Ailə Sağlamlıq Mərkəzindən şikayətçidirlər.

Yerli sakin N. Seyidov “Gündəlik Naxçıvan”a deyir ki, ona pulsuz verilməli olan test çubuqlarını ödənişlə aptekdən almağa məcbur olur:

“Hər xəstəyə ildə pulsuz 300 ədəd test çubuğu verilməlidir. Getmişəm Ailə Sağlamlıq Mərkəzinə dərman və testləri almağa, qapı bağlıdır. Bir saat qapıda gözləmişəm, sonra açıblar. Deyirəm dərman və test çubuqlarını almağa gəlmişəm. Gətirib 50 ədəd çubuq veriblər. Deyirlər ki, altı aydan sonra gəlib 50 ədəd də götürərsən.
Tələb edirəm ki, 300 ədəd olmalıdır. Deyirlər yoxdur. Halbuki dövlət hesabına xəstələrə verilməli olan bu test çubuqları apteklərdə 1 ədədi 50 qəpikdən açıq şəkildə satılır. Haqqımı tələb edəndə məni təhqir etdilər.”

Digər şikayətçi Elsevər Məmmədov da mərkəzdəki kobud davranışdan şikayətçidir:

“Gedirsən, qapılar bağlı olur. Xəstə adam dərman almağa gəlir, məcbur qalıb qapı döyür. Bir azdan əsəbi halda çıxıb kobud danışırlar. Etiraz edəndə söyüş eşitmişəm. Mən dilənçi deyiləm, dövlətin ayırdığı dərmanı almağa gəlmişəm. Sual verəndə əsəbiləşirlər. Elə bil pay istəyirsən.

Halbuki mən qanunla mənə düşəni istəyirəm. Səni elə vəziyyətə salırlar ki, bir də gəlməyəsən. Soruşanda deyirlər, ‘get, hara istəyirsən şikayət et’. Sanki xəstəyə yox, düşmənə münasibət göstərirlər. Yeni nazir gələndə düşündük ki, vəziyyət düzələr. Amma vəziyyət daha da pisləşir. Şikayətlərə baxmırlar.”(Gündəlik Naxçıvan)


Dünən, 17:45

Son xəbərlər

"Haqqımı tələb edəndə məni təhqir etdilər..." - NARAZILIQ VAR...

Bir məmuru heç düşməni də belə biabır edə bilməzdi: Guya mükafat alır – VİDEO

AZAL təyyarəsinin qəzaya uğraması barədə kompleks praktik addımlar atılacaq

Ermənilərin Güney Azərbaycan qorxusu

DSMF-nin başı təmir və avtomobil almağa qarışıb: 3.7 milyonluq tender

İrana hücumlarda 175 müəllim və şagird həlak olub

İran Netanyahunun ofisinə hücum edib

Arif Abbasovun Yaqub Eyubovla nə əlaqəsi? 5 saylı Magistral Yolların İstismarı MMC-də də mənimsəmələr olub

Gülüstan sarayı İsrailin hücumu nəticəsində zədələndi

İcbari tibbi sığortada müştərək maliyyələşmənin tətbiqi təxirə salındı

Yaponiyanın Azərbaycandakı səfirliyi fəaliyyətini dayandırdı

Dövlət maliyyəsi üzrə sənəd dövriyyəsi elektronlaşdırılır

Prezidentdən 1,6 milyon manatlıq SƏRƏNCAM

Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqları ilə məşhurlaşan Rusiya vətəndaşı Əlibəy Qurbanovun gerçək üzü — SAXTAKARLIĞIN İNANILMAZ

Binəqədi rayonu Biləcəri qəsəbəsində 70 dən çox ağaclar kəsildi….

Moskvada partlayışda üç polis əməkdaşı həlak olub

İran səfiri Azərbaycana təşəkkür etdi

Türkiyə-İran sərhədində keçid dayandırıldı

Bakıda ödənişli avtomobil yollarının tikilməsi təklif olunur

Moped və motosiklet sürücülərinə müraciət edildi

Yevlax təhsilində nə baş verir?-Antimilli şəbəkə,Vətənə xəyanət həddi, yoxsa...??? -TƏFƏRRÜAT

Səhər azanında Tehranı vurdular

Yoldaş Bağırov burdan da pul çıxarırmış... - BU NƏDİ BELƏ?

Dubay və Dohada partlayış səsləri eşidilir

İran Fars körfəzi ölkələrinə yeni zərbələr endirib

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

AAYDA-da tender və qohumluq əlaqələri – Milyonlar necə bölüşdürülür?

Bəhreyn DİN: İran Salman limanı yaxınlığındakı obyektlərə zərbə endirib

Təl-Əvivdə partlayışlar

Tramp müharibənin bu vaxtadək davam edəcəyini açıqladı

İsraildə fövqəladə vəziyyət rejimi uzadıldı

Bir sıra məhkəmələrin ərazi yurisdiksiyası ilə bağlı dəyişikliklər təsdiqlənib

Bütün xəbərlər