Gündəm
Gündəm / Dünya
İsraildə fövqəladə vəziyyət rejimi uzadıldı
İsraildə fövqəladə vəziyyət rejimi 12 marta qədər uzadılacaq.
MUMtv.az xəbər verir ki, qərar ölkə hökuməti tərəfindən telefonla keçirilən səsvermədən sonra qəbul olunub.
Məlumata əsasən, rejim fevralın 28-də tətbiq edilib və hərbi kampaniya martın 12-dək başa çatarsa, daha tez ləğv edilə bilər, yaxud döyüşlər davam edərsə, müddət uzadıla bilər.
Xatırladaq ki, fevralın 17-də Vaşinqton və Tehran arasında keçirilən nüvə danışıqlarının ikinci raundu irəliləyişsiz başa çatdıqdan sonra ABŞ İrana yaxın ərazilərdə mövcudluğunu artıraraq Avropa və Yaxın Şərqdəki bazalara 150-dən çox təyyarə yerləşdirib.
Dünən, 09:00
