Gündəm
Gündəm / Dünya
İsraildə 9 may paradı ləğv edilib
Bu il İsraildə 9 May paradı keçirlməyəcək.
"MUMtv.az" xəbər verir ki, bunu Aliyə və inteqrasiya naziri Pnina Tameno-Şete deyib.
Nazir hazırkı vəziyyətdən xəbərdar olduqlarını bildirib.
"Bu il mayın 9-da kütləvi tədbirlərdən və yürüşlərdən çəkinmək barədə qərar qəbul olunub", - deyə nazir bildirib.
Eyni zamanda, Herzl dağında faşist Almaniyası üzərində qələbədə əməyi olan yəhudi veteranların şərəfinə təntənəli mərasim keçiriləcək.
Nazir bildirib ki, bu qərar veteran təşkilatları ilə birgə qəbul edilib.