Gündəm

MUMtv.az: - Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) sabiq sədri Saleh Məmmədovun vəzifədə olduğu dövrdə qurum ətrafında baş verən qalmaqallı hadisələr uzun müddət ictimai müzakirələrə səbəb olmuşdu. Həmin proseslərin fonunda Saleh Məmmədov vəzifəsindən azad edilsə də, iddialara görə, onun dövründə formalaşmış idarəetmə mexanizmləri agentliyin bəzi strukturlarında hələ də davam etdirilir.

Tribuna.az-ın araşdırmasına əsasən, AAYDA-nın tabeliyində fəaliyyət göstərən “1 №-li Xüsusi Təyinatlı Magistral Yol” MMC-nin rəisi Azadəli Azadəliyevdir. O, daha əvvəl “3 №-li Xüsusi Təyinatlı Yol İstismarı” MMC-nin direktoru vəzifəsində çalışıb. Azadəli Azadəliyev yeni vəzifəyə təyin olunduqdan sonra öz yerinə həmin quruma Məzahir Mahmudovu rəhbər gətirib.

Əldə etdiyimiz məlumatlara görə, Azadəli Azadəliyevə müxtəlif tenderlər verilir. Onun asfalt zavodu olmadığı halda asfalt örtüyü işlərində iştirak etdiyi və bu istiqamətdə maliyyə vəsaitləri aldığı bildirilir. Həmçinin qeyd olunur ki, Bakı–Quba yolu üzrə məsul şəxs olduğu halda, Hökməli qəsəbəsi ərazisində də asfaltlama işləri aparır.

Etibarlı mənbələrdən aldığımız məlumata əsasən, “3 №-li Xüsusi Təyinatlı Yol İstismarı” MMC-nin rəhbəri Məzahir Mahmudov faktiki olaraq Azadəli Azadəliyevin nəzarəti altında fəaliyyət göstərir. Bildirilir ki, Azadəli Azadəliyev AAYDA-nın Maliyyə İdarəsinin rəisi Müseyib Həmzəyevin qohumudur və bu münasibətlərin maliyyə qərarlarına təsir göstərdiyi iddia olunur.

Eyni zamanda, “saxlanma xərcləri” adı altında milyonlarla manat vəsait ayrılır və həmin vəsaitlərin bölüşdürülməsi həyata keçirilir. Həmçinin “3 №-li Xüsusi Təyinatlı Yol İstismarı” MMC-də texnikaların kirayəyə verildiyi, bunun isə dövlət büdcəsinə zərər vurduğu bildirilir.

İşçilərin sözlərinə görə, Azadəli Azadəliyev bir müddət iş fəaliyyətini Novxanı ərazisində yerləşən restoran və otellərdən idarə edib. Son struktur dəyişikliklərindən sonra isə onun daha tez-tez idarədə göründüyü qeyd olunur.

Bundan başqa, Azadəli Azadəliyev müxtəlif idarələrdə özünə yaxın şəxsləri vəzifəyə yerləşdirib. Misal olaraq, AAYDA-da Nəqliyyat İdarəsinin rəisi vəzifəsini tutan Elşən Cəfərovun da onun kadrı olduğu bildirilir. Qeyd olunur ki, vaxtilə həmin idarəyə Azadəli Azadəliyev rəhbərlik edib.

Həmçinin AAYDA-nın balansında olan yüzlərlə nəqliyyat vasitəsi kirayəyə verilərək milyonlarla manat gəlir əldə edilir. Halbuki həmin texnikaların respublikanın avtomobil yollarına xidmət etməli olduğu vurğulanır.

Maliyyə Nazirliyi tərəfindən “1 №-li Xüsusi Təyinatlı Yol İstismarı” MMC-də araşdırma aparılacağı təqdirdə, ayrılmış vəsaitlərin həcmi və istiqaməti barədə daha detallı məlumatlar üzə çıxa bilər.

Məsələ ilə bağlı adı çəkilən şəxslərin mövqeyini öyrənmək mümkün olmayıb.

İrəli sürülən iddiaların ciddiliyi nəzərə alınaraq, aidiyyəti dövlət qurumları tərəfindən araşdırma aparılmasının vacibliyi vurğulanır. Rəsmi yoxlama həyata keçiriləcəyi təqdirdə, səsləndirilən məsələlərə hüquqi qiymət verilə və ictimaiyyətə ətraflı məlumat təqdim oluna bilər.


Dünən, 10:00

Son xəbərlər

"Haqqımı tələb edəndə məni təhqir etdilər..." - NARAZILIQ VAR...

Bir məmuru heç düşməni də belə biabır edə bilməzdi: Guya mükafat alır – VİDEO

AZAL təyyarəsinin qəzaya uğraması barədə kompleks praktik addımlar atılacaq

Ermənilərin Güney Azərbaycan qorxusu

DSMF-nin başı təmir və avtomobil almağa qarışıb: 3.7 milyonluq tender

İrana hücumlarda 175 müəllim və şagird həlak olub

İran Netanyahunun ofisinə hücum edib

Arif Abbasovun Yaqub Eyubovla nə əlaqəsi? 5 saylı Magistral Yolların İstismarı MMC-də də mənimsəmələr olub

Gülüstan sarayı İsrailin hücumu nəticəsində zədələndi

İcbari tibbi sığortada müştərək maliyyələşmənin tətbiqi təxirə salındı

Yaponiyanın Azərbaycandakı səfirliyi fəaliyyətini dayandırdı

Dövlət maliyyəsi üzrə sənəd dövriyyəsi elektronlaşdırılır

Prezidentdən 1,6 milyon manatlıq SƏRƏNCAM

Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqları ilə məşhurlaşan Rusiya vətəndaşı Əlibəy Qurbanovun gerçək üzü — SAXTAKARLIĞIN İNANILMAZ

Binəqədi rayonu Biləcəri qəsəbəsində 70 dən çox ağaclar kəsildi….

Moskvada partlayışda üç polis əməkdaşı həlak olub

İran səfiri Azərbaycana təşəkkür etdi

Türkiyə-İran sərhədində keçid dayandırıldı

Bakıda ödənişli avtomobil yollarının tikilməsi təklif olunur

Moped və motosiklet sürücülərinə müraciət edildi

Yevlax təhsilində nə baş verir?-Antimilli şəbəkə,Vətənə xəyanət həddi, yoxsa...??? -TƏFƏRRÜAT

Səhər azanında Tehranı vurdular

Yoldaş Bağırov burdan da pul çıxarırmış... - BU NƏDİ BELƏ?

Dubay və Dohada partlayış səsləri eşidilir

İran Fars körfəzi ölkələrinə yeni zərbələr endirib

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

AAYDA-da tender və qohumluq əlaqələri – Milyonlar necə bölüşdürülür?

Bəhreyn DİN: İran Salman limanı yaxınlığındakı obyektlərə zərbə endirib

Təl-Əvivdə partlayışlar

Tramp müharibənin bu vaxtadək davam edəcəyini açıqladı

İsraildə fövqəladə vəziyyət rejimi uzadıldı

Bir sıra məhkəmələrin ərazi yurisdiksiyası ilə bağlı dəyişikliklər təsdiqlənib

Bütün xəbərlər