Gündəm

2026-cı il fevralın 27-də Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilib.


"MUMtv.az" xəbər verir ki, iclasda məhkəmə-hüquq sahəsində aparılan islahatlar, ədalət mühakiməsinin müasir çağırışlara uyğun təkmilləşdirilməsi istiqamətində görülmüş işlər barədə məlumat verilib. Həmçinin Azərbaycan Hakimlərinin II Forumu və Forum çərçivəsində keçirilmiş panel müzakirələrin, “Rəqəmsallaşma və süni intellektin tətbiqi” panelindəki mövzuların əhəmiyyəti və bu sahədə qarşıda duran hədəflər diqqətə çatdırılıb.

İclasda həmçinin Məhkəmə-Hüquq Şurasının Aparatı və işçi qrupları tərəfindən məhkəmə fəaliyyətinə dair hazırlanmış “Azərbaycan Respublikası məhkəmələrinin fəaliyyəti nəticəsində yaranan sənədlərin saxlanma müddətləri göstərilməklə sahə Siyahısı və onun tətbiq olunmasına dair Təlimat, “Azərbaycan Respublikasının məhkəmələrində monitorinqlərin aparılması qaydaları” və dövrün tələblərinə uyğun olaraq yenidən işlənilmiş “Hakimlərin Etik Davranış Kodeksi” layihəsi müzakirə edilib.

İclasda “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nda dəyişiklik edilməsi barədə qərar layihəsi təsdiq edilib.

Bundan əlavə, gündəliyə uyğun olaraq, Hakimlərin Seçki Komitəsinə və Hakimlərin Qiymətləndirilməsi Komitəsinə üzvlər seçilib.

Daha sonra intizam icraatı üzrə işlərə baxılaraq müvafiq qərarlar qəbul edilib.


28-02-2026, 14:30

Son xəbərlər

"Haqqımı tələb edəndə məni təhqir etdilər..." - NARAZILIQ VAR...

Bir məmuru heç düşməni də belə biabır edə bilməzdi: Guya mükafat alır – VİDEO

AZAL təyyarəsinin qəzaya uğraması barədə kompleks praktik addımlar atılacaq

Ermənilərin Güney Azərbaycan qorxusu

DSMF-nin başı təmir və avtomobil almağa qarışıb: 3.7 milyonluq tender

İrana hücumlarda 175 müəllim və şagird həlak olub

İran Netanyahunun ofisinə hücum edib

Arif Abbasovun Yaqub Eyubovla nə əlaqəsi? 5 saylı Magistral Yolların İstismarı MMC-də də mənimsəmələr olub

Gülüstan sarayı İsrailin hücumu nəticəsində zədələndi

İcbari tibbi sığortada müştərək maliyyələşmənin tətbiqi təxirə salındı

Yaponiyanın Azərbaycandakı səfirliyi fəaliyyətini dayandırdı

Dövlət maliyyəsi üzrə sənəd dövriyyəsi elektronlaşdırılır

Prezidentdən 1,6 milyon manatlıq SƏRƏNCAM

Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqları ilə məşhurlaşan Rusiya vətəndaşı Əlibəy Qurbanovun gerçək üzü — SAXTAKARLIĞIN İNANILMAZ

Binəqədi rayonu Biləcəri qəsəbəsində 70 dən çox ağaclar kəsildi….

Moskvada partlayışda üç polis əməkdaşı həlak olub

İran səfiri Azərbaycana təşəkkür etdi

Türkiyə-İran sərhədində keçid dayandırıldı

Bakıda ödənişli avtomobil yollarının tikilməsi təklif olunur

Moped və motosiklet sürücülərinə müraciət edildi

Yevlax təhsilində nə baş verir?-Antimilli şəbəkə,Vətənə xəyanət həddi, yoxsa...??? -TƏFƏRRÜAT

Səhər azanında Tehranı vurdular

Yoldaş Bağırov burdan da pul çıxarırmış... - BU NƏDİ BELƏ?

Dubay və Dohada partlayış səsləri eşidilir

İran Fars körfəzi ölkələrinə yeni zərbələr endirib

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

AAYDA-da tender və qohumluq əlaqələri – Milyonlar necə bölüşdürülür?

Bəhreyn DİN: İran Salman limanı yaxınlığındakı obyektlərə zərbə endirib

Təl-Əvivdə partlayışlar

Tramp müharibənin bu vaxtadək davam edəcəyini açıqladı

İsraildə fövqəladə vəziyyət rejimi uzadıldı

Bir sıra məhkəmələrin ərazi yurisdiksiyası ilə bağlı dəyişikliklər təsdiqlənib

Bütün xəbərlər