Gündəm

Azərbaycan İnvestisiya Holdinqinin portfel şirkətlərinin Müşahidə Şuraları formalaşdırılacaq
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Azərbaycan İnvestisiya Holdinqinin (AİH) Müşahidə Şurasının sədri, Baş nazir Əli Əsədovun sədrliyi ilə Şuranın növbəti iclası keçirilib.

Bu barədə "Report"a Nazirlər Kabinetinin Mətbuat Xidmətindən məlumat verilib.

İclasda ölkə prezidentinin 2021-ci il 12 fevral tarixli sərəncamından irəli gələn tapşırıqlara uyğun olaraq nəqliyyat sahəsində fəaliyyət göstərən dörd dövlət şirkətinin – "Azərbaycan Hava Yolları", "Azərbaycan Dəmir Yolları" və "Bakı Metropoliteni" QSC-lər, eləcə də "BakuBus" MMC-nin AİH-in idarəçiliyinə verilməsinə dair məsələ şirkətlərin rəhbərlərinin iştirakı ilə müzakirə olunub.

Eyni zamanda, iclasda dövlət başçısının AİH ilə bağlı imzaladığı Fərman və Sərəncamlardan irəli gələn tapşırıqlar-portfel şirkətlərdə korporativ idarəetmənin təşkili, səmərəli və şəffaf fəaliyyəti, maliyyə sağlamlığının gücləndirilməsi, dayanıqlı inkişafın təmini və bəzi təşkilati məsələlərə dair fikir mübadiləsi aparılıb. Verilən tapşırıqların vaxtında və tam həcmdə icra olunması əsas tələb kimi qarşıya qoyulub.

Dörd portfel şirkətinin Müşahidə Şuralarının tərkibinin formalaşdırılmasına dair təkliflərin ölkə prezidentinə təqdim olunması barədə qərar qəbul olunub.

Şuranın iclasında AİH-in Baş icraçı direktoru Ruslan Əlixanov portfel şirkətlər ilə bağlı qərarların qəbul olunmasına dair səlahiyyət bölgüsü barədə təqdimatla çıxış edib, məsələ ətrafında müzakirələr aparılıb.


Son xəbərlər

Dünyada baş verənlər FOTOLARDA

Günay Kazımzadə yeni vəzifəyə təyin edildi

"Hizbullah"ın vacib simalarından biri məhv edildi

Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri başa çatıb

Sağlamlıq haqqında arayış elektron şəkildə veriləcək — TƏBİB

Blinken Çin lideri ilə görüşəcək

Bu şəxslərin təhsil haqlarından azad edilməsi ilə bağlı yaş həddi dəyişdirilə bilər

"Azərbaycan Prezidentinin aparatı ilə əlaqə davam edir" - Paşinyanın ofisi

Əlilliyi olan şəxslərlə bağlı ayrıca hesabat hazırlansın - TƏKLİF

Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır

Nazirlərin və komitə sədrlərinin qəbul günləri - CƏDVƏL

Daşqınlar insan təlafatına səbəb olub

İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə hücum edib

Bu şəhərə bir günlük gələnlər pul ödəyəcəklər

Füzuliyə növbəti köç karvanı yola düşdü

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Ayaq üstə işləmək faydalıdır?

"Biz heç nə etmədikdə qorxduğumuz baş verir" - Paşinyan

Elmira Süleymanova vəfat etdi

"Sudan sərvət çıxaran" məmurlar - VİDEO

Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar

Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundu

Rusiya niyə nüvə silahının kosmosda yayılmamasına veto qoyur? - Ağ Evdən reaksiya

Bütün xəbərlər