Gündəm


Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində sosial-iqtisadi, humanitar, təşkilati və digər təxirəsalınmaz məsələlərin həlli, eləcə də bu sahədə fəaliyyətin əlaqələndirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 24 noyabr tarixli Sərəncamı ilə yaradılmış Əlaqələndirmə Qərargahının növbəti iclası keçirilib. İclasa Qərargahın və Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev rəhbərlik edib. S.Nuriyev ölkə başçısının verdiyi tapşırıqlar və müəyyənləşdirdiyi strateji istiqamətlərə uyğun həyata keçirilən işlər haqqında iclas iştirakçılarına məlumat verib. O qeyd edib ki, milli əhəmiyyət kəsb edən bərpa və yenidənqurma işlərinin dinamik və keyfiyyətli icra edilməsi, habelə bu proseslərdə ən qabaqcıl standart və texnologiyaların səmərəli tətbiqi ölkəmizin qarşısında duran əsas vəzifələrdən biridir.

S.Nuriyev cənab prezidentin tapşırıqları əsasında müvafiq qurumlar tərəfindən həyata keçirilən işlərin əlaqələndirilmiş və ardıcıllığa uyğun olaraq mərhələli şəkildə həyata keçirilməsinin vacibliyini vurğulayıb. İclasda Qərargah tərəfindən hazırlanmış Strateji Fəaliyyət Planı və Tədbirlər Planı əsasında nazirlik və dövlət təşkilatları tərəfindən vaxt qrafikinə uyğun olaraq görülməli işlər nəzərdən keçirilib.

Toplantının əhəmiyyətinə dair fikirlərini "Sherg.az”la bölüşən Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun (MQF) prezidenti Rauf Zeyni cənab Prezidentin ölkəmizdə islahatların ciddi səviyyədə aparılmasında maraqlı olduğunu söyləyib:

"Dövlət başçısı bununla əlaqədar olaraq kəskin tənqidlərini də bildirib. Prezidentimiz qeyd edib ki, Azərbaycandan idarəetmənin müasirləşdirilməsi, köhnə üsullardan imtina edilməsi istiqamətində istənilən addımlar atılacaq. Buna görə də islahatçılar dəstəsilə sabotajçılar arasında neçə ildir ki, böyük mübarizə gedir. Biz də MQF, həmçinin vətəndaş cəmiyyəti olaraq Prezidentin islahatlarını dəstəkləyir və bu islahatlarda maraqlıyıq. Çünki ölkəmizin gələcəyi məhz həmin islahatlardan asılıdır. Lakin bir qrup separatçılar, "5-ci kolon” bu prosesləri tormozlamağa çalışır. Ona görə də Samir müəllimin rəhbərliyi ilə keçirilən iclas çox vacib və əhəmiyyətlidir”.

R.Zeyni belə iclasların tez-tez keçirilməsini təklif edib:

"Çünki cənab Prezidentin tapşırıqlarına əsasən görüləcək işlər çoxdur. Məsələn, vətəndaş cəmiyyəti olaraq Prezidentin ictimai nəzarətin gücləndirilməsi ilə bağlı çağırışlarında son dərəcə maraqlıyıq. Ona görə də gözləyirik ki, Prezident Administrasiyanın rəhbərliyi və Prezidentin köməkçisi Hikmət Hacıyevlə görüşək. İmkan olarsa gələcəkdə ölkə başçısı ilə də görüşək və vətəndaşları maraqlandıran, cəmiyyəti narahat edən məsələlərlə bağlı vəziyyətin yaxşılaşdırılması üçün hər kəs üzərinə düşən vəzifələri ləyaqətlə yerinə yetirsin.

İllərdir ki, bu sahədə töhfələrimizi veririk və hər zaman ölkə başçısı vətəndaş cəmiyyətini ictimai nəzarətin gücləndirilməsinə çağıranda böyük bir məsuliyyət hiss edir, həmçinin çıxış yolları axtarırıq. Cənab Prezidentə təkliflərimizi də göndərmişik və xahiş etmişik ki, vətəndaş cəmiyyətinin vəziyyətinin yaxşılaşdırılması ilə bağlı işlər görülsün”.

MQF Prezidentin ölkəmizdə məmur özbaşınalığına son qoyulması üçün PA-nın rəhbərliyi ilə keçirilən iclasın böyük əhəmiyyəti olduğunu düşünür:

"Cənab Prezidentin tapşırıqları vaxtında, operativ və keyfiyyətli şəkildə gerçəkləşməlidir. Bu baxımdan belə iclasların keçirilməsi xüsusi əhəmiyyət kəsb edir ki, hər kəs üzərinə düşəni yerinə yetirsin”.

Son xəbərlər

Baxımsız Mədəniyyət Mərkəzi – Direktor istirahət parkını sakinlərin üzünə niyə QAPADIB?

Uşaqlara peyvənd vurulacaq — Nazir əmr imzaladı

İpotekaya xitam verilən hallar genişləndi

Kişilərin 5 il erkən pensiya hüququ tanınacaq

Bu şəxslər 1500 manat cərimələnəcək

Yalnız bu qadınlar pensiyaya tez çıxa biləcək

Azərbaycanda bu işçilərin maaşları artırılacaq

Hesablama Palatasının audit yoxlamalarının sayının artırılması təklif olunur

Kəmaləddin Heydərovdan yüksək vəzifəyə təyinat - FOTO

Azərbaycanda tikinti sahəsində agentliyin və ya komitənin yaradılması təklif olunur

Milli Məclisdə Hesablama Palatasının hesabatı müzakirə edilir

Dövlət Su Ehtiyatları Agentliyi, yoxsa ŞƏBƏKƏ BİZNESİ ? - Dövlət qurumunda "Dostluq birliyi" // VİDEO

“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

Lüks avtomobillərə sahib oğlun atasının rəhbər olduğu Gəncənin Şəhidlər Xiyabanı zibillik içindədir: milyonlar talanır – VİDEO/FOTO

“Yaponski” səfirin BDU-da dekan müavini olan bacısının “kitayski” əməlləri – Bir İsmayılzadə DOSYESİ

"İşi ürək ağrısı ilə oxumuşuq, hamımız sarsılmışıq" - Hakim

İran İsrailə hücumda köhnəlmiş raketlərdən istifadə edib

Kəmaləddin Heydərovun şirkəti ölkədən valyuta çıxarmaqda ittiham olunur

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qubad İbadoğluya yekun ittiham elan edildi

Prezident yeni nazir müavini təyin etdi - FOTO

Ermənistanın baş naziri: Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığı təşviş yaratmamalı, sakinlərimizi sevindirməlidir

Yenidən qurulan Qarabağdan son görüntülər - VİDEO

ABŞ-dən sülhməramlıların Qarabağdan çıxarılması ilə bağlı AÇIQLAMA

"30 ildir regionda “bespredel” şəraitində yaşayırıq" - Paşinyan

Rusiya sülhməramlıların Qarabağdan çıxarılmasında Paşinyanı günahlandırdı

Qapıçılara görə futbol qaydaları dəyişə bilər

"Azərbaycanla sərhədlərin delimitasiyasına qədər seçki olmayacaq" - Paşinyan

Başlıbel faciəsindən 31 il ötür

110 min pul BELƏ YEYİLİB... - FOTOFAKT

Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirildi

Bütün xəbərlər