Gündəm

Apteklərdə DƏRMAN QITLIĞI yaranıb - AÇIQLAMA

MUMtv.az: - Artıq son bir neçə aydır ki, insanlar sözün həqiqi mənasında dərdlərinə dərman tapa bilmirlər. Kiçikdən böyüyə aptekə yollanan hər kəs əli boş, naümid evə qayıtmalı və ya bir neçə başqa aptekə də baş çəkməli olurlar, amma nəticəsi yenə də hüsran...

İllərdir şəkər və ağır təzyiqdən əziyyət çəkən Münəvvər xanım qeyd edir ki, bir tək dərmanlar onu ayaqüstə saxlaya bilirdi, lakin indi onlar da tapılmır:

“Şəkər, təzyiq bir gözümü artıq kor edib, ayaqlarım da işləmir. İllərdir ki, dərmanlarla özümü güclə də olsa, ayaqüstə saxlaya bilirdim. İndi övladlarım, nəvələrim çox dərmanımı, şəkər testlərimi tapıb ala bilmir və ağrılarım hər gün artmağa davam eliyir”.

Şikayətçilərin sözlərinə görə, əczaçılar həmin dərmanların alternativ versiyalarını və ya oxşarını təklif edirlər. Amma alsalar da, istər psixoloji, istərsə də tərkibin fərqli olması sözügedən dərman kimi səhhətlərinə elə də effektiv təsir göstərmir. “Valerian” kimi tanıdığımız pişikotu dərmanı, “tetrasiklin”, “raunatin” və bu kimi gündəlik istifadədə daha çox ehtiyac duyulan dərmanlar demək olar ki, yoxa çıxıb.

“Zeytun” aptek şəbəkəsində çalışan əczaçı Zeynəb Vəliyeva Bizim.Media-ya qeyd edib ki, artıq uzun müddətdir ki, bir neçə pereparat apteklərə gəlmir bunun səbəblərindən biri də Rusiya-Ukrayna müharibəsidir:

“Əksər apteklərdə eyni hal müşahidə olunur. Rusiyadan gətirilən dərmanlarda məhdudiyyətlər yarandığı üçün depolarda əsasən ürək damar, mədə-bağırsaq xəstəliklərinin profilaktik müalicəsi üçün istifadə olunan preparatlar azalıb. Çünki Ukraynadan və Rusiyadan gətirilən dərmanlara tələbat isə həddindən artıqdır və lazım olan dərmanlar məhz bu iki ölkədən gətirilir. Hazırda özümüz də bilmirik ki, həmin dərmanlar yenidən nə vaxt satışda olacaq”.

Həkim-terapevt Mətanət Hüseynovanın sözlərinə görə isə dərmanların bəzilərinin əvəzediciləri mövcuddur, lakin:

“Tapılmayan bəzi dərmanlar var ki, başqa adla və eyni tərkiblə apteklərdə mövcuddur. Sadəcə əczaçılar xəstəni və dərman almaq istəyən digər şəxsləri bu haqda yaxşı məlumatlandırmalıdır. Xəstələrə dərmanın olmamağını birbaşa demək strress və panikaya sala bilər. Ona görə alternativ olan fərqli ad eyni tərkibdə olan dərmanların qəbulundan xəstələr narahat olmamalıdırlar.

Lakin əksər dərmanlar var ki, tərkibi eyni olsa belə, alıcılara alternativ preparatlar satmaq düzgün deyil. Düşünürəm ki, əczaçıların və həkimlərin üzərinə böyük məsuliyyət düşür və onların professionallığı bu məsələdə mühüm yer tutur.

Həkimlər dərman reseptlərini vəziyyətə uyğun olaraq hazırlamalıdırlar. Çünki bəzi insanlarda dərmanlara qarşı asılılıq yaranır ki, həmin preparatlar digərləri ilə əvəz edilməməlidir”, - deyə M.Hüseynova qeyd edib.


Son xəbərlər

Baxımsız Mədəniyyət Mərkəzi – Direktor istirahət parkını sakinlərin üzünə niyə QAPADIB?

Uşaqlara peyvənd vurulacaq — Nazir əmr imzaladı

İpotekaya xitam verilən hallar genişləndi

Kişilərin 5 il erkən pensiya hüququ tanınacaq

Bu şəxslər 1500 manat cərimələnəcək

Yalnız bu qadınlar pensiyaya tez çıxa biləcək

Azərbaycanda bu işçilərin maaşları artırılacaq

Hesablama Palatasının audit yoxlamalarının sayının artırılması təklif olunur

Kəmaləddin Heydərovdan yüksək vəzifəyə təyinat - FOTO

Azərbaycanda tikinti sahəsində agentliyin və ya komitənin yaradılması təklif olunur

Milli Məclisdə Hesablama Palatasının hesabatı müzakirə edilir

Dövlət Su Ehtiyatları Agentliyi, yoxsa ŞƏBƏKƏ BİZNESİ ? - Dövlət qurumunda "Dostluq birliyi" // VİDEO

“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

Lüks avtomobillərə sahib oğlun atasının rəhbər olduğu Gəncənin Şəhidlər Xiyabanı zibillik içindədir: milyonlar talanır – VİDEO/FOTO

“Yaponski” səfirin BDU-da dekan müavini olan bacısının “kitayski” əməlləri – Bir İsmayılzadə DOSYESİ

"İşi ürək ağrısı ilə oxumuşuq, hamımız sarsılmışıq" - Hakim

İran İsrailə hücumda köhnəlmiş raketlərdən istifadə edib

Kəmaləddin Heydərovun şirkəti ölkədən valyuta çıxarmaqda ittiham olunur

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qubad İbadoğluya yekun ittiham elan edildi

Prezident yeni nazir müavini təyin etdi - FOTO

Ermənistanın baş naziri: Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığı təşviş yaratmamalı, sakinlərimizi sevindirməlidir

Yenidən qurulan Qarabağdan son görüntülər - VİDEO

ABŞ-dən sülhməramlıların Qarabağdan çıxarılması ilə bağlı AÇIQLAMA

"30 ildir regionda “bespredel” şəraitində yaşayırıq" - Paşinyan

Rusiya sülhməramlıların Qarabağdan çıxarılmasında Paşinyanı günahlandırdı

Qapıçılara görə futbol qaydaları dəyişə bilər

"Azərbaycanla sərhədlərin delimitasiyasına qədər seçki olmayacaq" - Paşinyan

Başlıbel faciəsindən 31 il ötür

110 min pul BELƏ YEYİLİB... - FOTOFAKT

Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirildi

Bütün xəbərlər