Gündəm

"Bəs bu pullar hara xərclənir?" - ETİRAZ

MUMtv.az: - Naxçıvanda şəkərli diabet xəstələrinə ayrılan pulsuz dərmanlar və digər vasitələr sahiblərinə çatdırılımır. Bura insulin və bu tipli digər dərmanlar, inyeksiya və özünənəzarət vasitələri daxildir. Həmin vasitələr dolayısı ilə satışa çıxarılıb, həmin xəstələrə baha qiymətə satılır. Bu haqda “ Gündəlik Naxçıvan”a bir qrup şəkərli diabet xəstəsi məlumat verib. Onlar bildirir ki, problemlə bağlı aidiyyəti qurumlara dəfələrlə şikayət etsələr də, heç bir nəticəsi olmayıb.

Birinci qrup əlililliyi olan Culfa rayon Bənəniyar kənd sakini Fatma Piriyeva deyir ki, ağır şəkər xəstəsi olsa da ona pulsuz dərman verilmir. Ona pulsuz çatacaq dərmanlara isə, hər ay təxminən 100 manat ödəyir:

“Ağır şəkər xəstəsiyəm. Xəstəlik ayağımda və gözümdə ciddi problem yaradıb. Bu səbəbdən birinci qrup əlilliyim təstiqlənib. Dövlət bizə hər ay pulsuz dərman ayırır. Lakin bu dərmanları bizə vermirlər. Biz də məcbur olub, həmin dərmanları işbazlardan pulla alırıq. Kimlərsə bizim özdərmanlarımızı özümüzə satıb, var-dövlətlərini artırırlar. Xəstəxanaya müraciət edəndə deyirlər ki, dərman yoxdur. Biz də məcbur qalıb öz vəsaitimiz hesabına alırıq. Mən kasıb adamam. Dərmanlarımı almaq üçün hər ay 100 manatı haradan alım?”

O deyir ki, bir neçə dəfə Naxçıvanın Ali Məclisinə şikayət etdikdən sonra, Səhiyyə Nazrliyindən onunla maraqlanıblar. Lakin, bunun da heç bir nəticəsi olmayıb:

“Nazirlikdən zəng edən xanım bildirdi ki, Culfa rayon Xəstəxanasına gedim, mən də getdim. Orada məni müavin işləyən həkim Kazım Babayev qəbul etdi. Dedi ki, bizim dərman verməyə icazəmiz yoxdur. Şəkərim 480-560-dır. Vəziyyətim çox ağırdır. Dərmanları almağa pulum yoxdur. Nə edəcəyimi bilmirəm. Çarəsiz vəziyyətə düşmüşəm. Aidiyyəti orqanların mənə köməklik göstəriməsini xahiş edirəm”.

Digər şəkər xəstəsi Famil Quliyev isə deyir ki, vacib dərmanlarını almaq üçün hər ay borca girməli olur:

“Mən də ağır şəkər xəstəsiyəm. Əvvəllər yubatsalar da insulinləri verirdilər. Son vaxtlar vermirlər. Deyirlər ki, dərman yoxdur. Amma buna baxmayaraq həmin dərmanları pulu ilə almaq mümkündür. Biz isə imkansız adamlarıq. Dərmanları vaxtında almağa imkanımız çatmır.

Dərmanlardan da vaxtında istifadə etməyəndə vəziyyətimiz ağırlaşır. Bu səbəbdən dərmanları borcla alırıq və ya tanış apteklərdən nisyə götürürük. Dövlət hər il şəkər xəstələrinə kömək üçün insulin, digər şəkərsalıcı dərman preparatları, inyeksiya və özünənəzarət vasitələri üçün milyonlarla vəsait ayırır. Bəs bu pullar hara xərclənir?”
Naxçlvan MR Səhiyyə Nazirliyindən səslənən iddialara cavab vermək istəmədilər.//"Gündəlik Naxçıvan"


Son xəbərlər

Rusiya şəkər ixracını dayandırdı

Zaxarova Ukrayna ilə "sülh formulu"nu açıqladı

Alimlər hipersəs küləkləri olan planet kəşf ediblər

ABŞ hərbi bazası raketlərlə vuruldu

"ABŞ hegemon statusunu itirib" - Borrel

Bu yolda sürət həddi endirildi

Prezident ortamüddətli xərclər çərçivəsinin tənzimlənməsi ilə bağlı Fərman imzalayıb

Yenə həmin şirkət qalib oldu - FHN nazirin bacanağına 295 minlik tender verdi

Suvarma Sistemlər idarələrində korrupsiya bataqlığı - VİDEO

Taleh Qaraşov prezidentdən bu problemləri belə GİZLƏDİB

Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulma xidmətləri müəyyənləşdi

İcra başçısının oğlunun biznes şəbəkəsi - SİYAHI // FOTO

Kəlbəcərin Boyaqlı kəndinin ərazisi şəhərə birləşdiriləcək

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlandı

Vilayət Eyvazov generalı özünə müşavir təyin etdi - FOTO

Mövsümi depressiya ilə mübarizə aparmağın yolu!

Cahangir Hacıyev aclıq aksiyasına başlayıb

Bu xəbər Ermənistanı silkələdi: Göyçə və Zəngəzur Azərbaycana qaytarılır!

Elmar Məmmədyarov deputat olacaq? - AÇIQLAMA

"Nağıoğlu” MMC qanunsuz qum-çınqıl hasil edir? – Sahibkardan hərracda qalib olan şirkətə ittiham // FOTO + VİDEO

Kəlbəcərdə hərbçilər qəzaya düşdü

Hamiləlik zamanı siqaret çəkmək uşaqlarda buna səbəb ola bilər

Növbədənkənar parlament seçkiləri bu aylarda keçirilə bilər

Şənbə günü hava necə olacaq?

Kəlbəcərdə velosiped yolları salınacaq

İlham Əliyev polşalı həmkarını təbrik etdi

Gündəlik neçə saat yatmaq lazımdır?

Prokurordan Əhməd Əhmədovla bağlı AÇIQLAMA

Gəncə xəstəxanasında əməliyyat - Vəzifəli şəxslər saxlanıldı

İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul etdi - FOTOLAR

"Düz əyrini kəsir" - Görülən işlərə nəzər saldıqda...

Azərbaycanda qadınların pensiya yaşınını azaldılması təklif edilir

Bütün xəbərlər