Gündəm

‘Xəstə pul vermirsə ona baxmırlar’
Bu müddət öncə Masallı rayonun baş həkimi həbs edilib. Bu barədə Azərbaycan Baş Prokurorluğunun mətbuat xidməti yanvarın 25-də də məlumat yaymışdı. Məlumatda qeyd edilib ki, Cəlil Nəzərov əlillik dərəcəsinin təyin edilməsi üçün tələb edilən xəstəlik tarixçələrinin hazırlanması və səhiyyə müəssisəsinin göndərişinin "Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri"nə daxil edilməsi əvəzində rüşvət almaqda şübhəli sayılır:

"Habelə, işlədiyi dövr ərzində çox sayda digər sağlam və həqiqi xəstəliyi olan vətəndaşlara xəstəliklə bağlı saxta tibbi sənədlərin hazırlanması, həmin sənədlərin reyestrə daxil edilməsi müqabilində müxtəlif məbləğlərdə pul vəsaitini rüşvət qismində almasına dair əsaslı şübhələr müəyyən edilmişdir”

Qeyd edilir ki, O, Cinayət Məcəlləsinin 311.3.2-ci (təkrar rüşvət alma) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, barəsində məhkəmənin qərarı əsasında həbs qətimkan tədbiri seçilib.

Hələlik,bu açıqlamaya Cəlill Nəzərov və ya onun vəkilindən münasibət almaq mümkün olmayıb.

"Son bir ildə "qara maskalılar” Masallıya 3 dəfə səfər edib”

Amma Masallı rayon sakini , "Cənub.az” saytının redaktoru Zahir Əmənov-un deməsinə görə, bundan əvvəl də rayonda həbslər olub:

"Son bir ildə "qara maskalılar” Masallıya 3 dəfə səfər edib.”

Onun deməsinə görə Cəlil Nəzərov 18 il idi ki, rayonda baş həkim işləyirdi və 5 icra hakimiyyəti başçısı dəyişib:

"Ötən il "Əməkdar həkim” adına layıq görülüb”

Astara rayon sakini, sabiq polis işçisi Fətulla Qurbanov da rayonların xəstəxanalarında rüşvətin, korrupsiyannın olduğunu iddia edir:

"Tibbi sığortaya keçmişik. Nə dəyişilib? Vəziyyət olduğu kimi qalır. Mən bu barədə fikirlərimi video ilə sosial şəbəkələrdə yaymışam. Güzəştli dərmanları apateklərdə satdırırlar. Astara rayonunda bir mərkəzi xəstəxana var, Lənkəranda isə üç belə xəstəxana fəaliyyət göstərir. Bizdə xəstəxananı karantin ediblər (Karanavirusla bağlı ötən ilin martından Azərbaycanda karantindir). Bilmirik hara müraciət edək? Bu karantini Lənkəranda xəstəxanaların birində edə bilərdilər. Şəkər xəstələri dərman almaqda əziyyət çəkirlər. Tədbir görürlərmi? ”

İçtimai fəal Asən Həşimli də deyir ki, bu tipli həbslərlə rüşvətxorluğa və korrupsiyaya son qoymaq mümkün deyil. Onun fikrincə, hər yerdə eyni vəziyyətdir:

"Xəstə pul vermirsə ona baxmırlar. Hamsı imitasiyadır.Tuturlar,həbs edirlər,amma vəziyyət olduğu kimi qalır,dəyişmir.Bu adama ötən il "Əməkdar həkim” adını verəndə bilmirdilər ki,bu adam nə işlə məşğuldur?”

Bu fikirlərə, hələlik, Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb. Astara rayon Mərkəzi Xəstəxanasının baş həkimi Oqtay Əmənullayev isə onların ünvanına deyilənləri böhtan adlandırır:
"Bütün bunlar üçün prokurorluq orqanları var, dövlət orqanları var. Şəkər xəstələri üçün dərmanları kəndlərə bölmək mümkün deyil. Qanunla şəkər xəstəsi həkmin yanına gəlməlidir, həkim müayinə etməlidir və dərman yazmalıdır. Qaldı xəstəxananın karantin edilməsi,bu dövlətin işidir. Koronavirus xəstələrinin sayı azalıb,reanimasiyada var. Gələn həftədən Astara rayon Mərkəzi Xəstəxanası tam gücü ilə işləyəcək.”

Son xəbərlər

Sağlamlıq haqqında arayış elektron şəkildə veriləcək — TƏBİB

Blinken Çin lideri ilə görüşəcək

Bu şəxslərin təhsil haqlarından azad edilməsi ilə bağlı yaş həddi dəyişdirilə bilər

"Azərbaycan Prezidentinin aparatı ilə əlaqə davam edir" - Paşinyanın ofisi

Əlilliyi olan şəxslərlə bağlı ayrıca hesabat hazırlansın - TƏKLİF

Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır

Nazirlərin və komitə sədrlərinin qəbul günləri - CƏDVƏL

Daşqınlar insan təlafatına səbəb olub

İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə hücum edib

Bu şəhərə bir günlük gələnlər pul ödəyəcəklər

Füzuliyə növbəti köç karvanı yola düşdü

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Ayaq üstə işləmək faydalıdır?

"Biz heç nə etmədikdə qorxduğumuz baş verir" - Paşinyan

Elmira Süleymanova vəfat etdi

"Sudan sərvət çıxaran" məmurlar - VİDEO

Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar

Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundu

Rusiya niyə nüvə silahının kosmosda yayılmamasına veto qoyur? - Ağ Evdən reaksiya

Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi

Şuşada 450 mənzilli kompleks tikilir - VİDEO

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq edəcək

Nazir direktoru işdən çıxardı

Bütün xəbərlər