Gündəm

Dərmanlar bahalaşır! - NƏ ETMƏLİ?

MUMtv.az: - Son dövrlərdə Azərbaycanda dərmanların qiymətində pərakəndə və kəskin artım müşahidə olunur. Tələbatı yüksək olan dərman preparatları ya tapılmır, ya da şişirdilmiş qiymətlərə satılır. Bütün bunlar azmış kimi Tarif Şurası bir sıra dərmanların qiymətini qaldırıb. Dərmanların qiyməti çeşidindən asılı olaraq orta hesabla 10-15 faiz civarında bahalaşıb. Ancaq elə dərmanlar var ki, daha çox bahalaşıb. Məsələn, Medoklav dərmanının qiyməti 46 faiz artaraq 72 manata yüksəlib.

İqtisadçı-ekspert Eldəniz Əmirov "Şərq"ə açıqlamasında deyib ki, Azərbaycanda dərmanların və digər tibbi avadanlıqların yüksək qiymətə satılmasının əsas səbəbi sözügedən sahənin idxaldan asılı olmasıdır:

"Yerli istehsalla bağlı müəyyən cəhdlər olsa da, nəticə effektsiz olub. İdxal prosesində belə rəqabət yoxdur. Ölkəyə dərman idxal edən təsərrüfat subyektlərinin sayı çox azdır. Bütün bunlar da son nəticədə dərman preparatlarının üzərinə qoyulan qiymətlərin daha yüksək olmasına gətirib çıxarır".

İqtisadçının sözlərinə görə, Tarif Şurasının dərmanların qiymətini bahalaşdırmasının ən əsas səbəbi isə qlobal inflyasiyalar, Rusiya-Ukrayna müharibəsidir:

“Ölkəyə gətirilən dərmanlar arasında Rusiyadan alınan preparatlar çoxluq təşkil edir. Müharibədən sonra da Rusiyada dərman istehsalı sahəsində ciddi problemlər ortaya çıxıb deyə Azərbaycana idxalın həcmi azalıb. Rusiyanın tibb sənayesində xammal ehtiyatının demək olar 80-82 faizi xaricdən idxal hesabına ödənirdi. Rusiyaya tətbiq olunan sanksiyalardan sonra həmin xammalın idxalında məhdudiyyətlər yaratdı deyə dərman sənayesində ciddi tənəzzül yaşanmağa başladı. Sözsüz ki, idxaldan asılı olan Azərbaycan da bu proseslərdən kənarda qala bilməzdi deyə dərmanların qiyməti sürətlə bahalaşır”.

Ekspertin fikrincə, baş verənlərdən nəticə çıxarıb yerli istehsala başlamaq lazımdır. Təbii ki, istehsal işini ölkədə təmin etmək kompleks yanaşma tələb edir.


Son xəbərlər

Baxımsız Mədəniyyət Mərkəzi – Direktor istirahət parkını sakinlərin üzünə niyə QAPADIB?

Uşaqlara peyvənd vurulacaq — Nazir əmr imzaladı

İpotekaya xitam verilən hallar genişləndi

Kişilərin 5 il erkən pensiya hüququ tanınacaq

Bu şəxslər 1500 manat cərimələnəcək

Yalnız bu qadınlar pensiyaya tez çıxa biləcək

Azərbaycanda bu işçilərin maaşları artırılacaq

Hesablama Palatasının audit yoxlamalarının sayının artırılması təklif olunur

Kəmaləddin Heydərovdan yüksək vəzifəyə təyinat - FOTO

Azərbaycanda tikinti sahəsində agentliyin və ya komitənin yaradılması təklif olunur

Milli Məclisdə Hesablama Palatasının hesabatı müzakirə edilir

Dövlət Su Ehtiyatları Agentliyi, yoxsa ŞƏBƏKƏ BİZNESİ ? - Dövlət qurumunda "Dostluq birliyi" // VİDEO

“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

Lüks avtomobillərə sahib oğlun atasının rəhbər olduğu Gəncənin Şəhidlər Xiyabanı zibillik içindədir: milyonlar talanır – VİDEO/FOTO

“Yaponski” səfirin BDU-da dekan müavini olan bacısının “kitayski” əməlləri – Bir İsmayılzadə DOSYESİ

"İşi ürək ağrısı ilə oxumuşuq, hamımız sarsılmışıq" - Hakim

İran İsrailə hücumda köhnəlmiş raketlərdən istifadə edib

Kəmaləddin Heydərovun şirkəti ölkədən valyuta çıxarmaqda ittiham olunur

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qubad İbadoğluya yekun ittiham elan edildi

Prezident yeni nazir müavini təyin etdi - FOTO

Ermənistanın baş naziri: Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığı təşviş yaratmamalı, sakinlərimizi sevindirməlidir

Yenidən qurulan Qarabağdan son görüntülər - VİDEO

ABŞ-dən sülhməramlıların Qarabağdan çıxarılması ilə bağlı AÇIQLAMA

"30 ildir regionda “bespredel” şəraitində yaşayırıq" - Paşinyan

Rusiya sülhməramlıların Qarabağdan çıxarılmasında Paşinyanı günahlandırdı

Qapıçılara görə futbol qaydaları dəyişə bilər

"Azərbaycanla sərhədlərin delimitasiyasına qədər seçki olmayacaq" - Paşinyan

Başlıbel faciəsindən 31 il ötür

110 min pul BELƏ YEYİLİB... - FOTOFAKT

Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirildi

Bütün xəbərlər