Gündəm

MUMtv.az: - Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) son dövrlərdə sosial şəbəkələrdə geniş yayılmış arıqlama məqsədli çay və qəhvə məhsulları ilə bağlı xəbərdarlıq yayıb.

Xəbərdarlıqda bildirilir ki, qısa müddətdə çəki itkisi vəd edən, “yağ yandırıcı”, “metabolizmanı sürətləndirən” kimi ifadələrlə təşviq olunan məhsulların reklamı intensiv xarakter alıb.

AQTA qeyd edir ki, “Qida təhlükəsizliyi haqqında” Qanunun 17.2.3-cü və 17.2.5-ci maddələrinə əsasən, qida məhsullarının etiketində və ya reklamında həmin məhsula xas olmayan təsir və xüsusiyyətlər göstərilməməli, həmçinin onların insan xəstəliklərinin qarşısını alması və ya müalicəvi xüsusiyyətlərə malik olması barədə iddialar irəli sürülməməlidir.

“Arıqladıcı və ya kökəlməyə yardım edən dərman vasitələri mövcud ola bilər, lakin belə məhsullar müvafiq qaydada dövlət qeydiyyatına alınmalı və “Dərman vasitələri haqqında” Qanunun tələblərinə uyğun olaraq dövriyyəyə buraxılmalıdır. İstehlakçıların tərkibi bəlli olmayan, şübhəli mənbələrdən, xüsusilə sosial şəbəkələr və digər elektron ticarət platformaları vasitəsilə qeyri-rəsmi qaydada təklif olunan məhsulları əldə etməsi məqsədəuyğun deyil.

Çəkinin azaldılması və ya artırılması məqsədilə hər hansı məhsulun istifadəsi yalnız həkim məsləhəti əsasında həyata keçirilməlidir. Sağlam və balanslaşdırılmış qidalanma prinsipləri, eləcə də müntəzəm fiziki aktivlik əsas prioritet kimi nəzərə alınmalıdır”, – deyə AQTA xəbərdarlıq edib.

Bizimesr.az bildirir ki, AQTA-nın xəbərdarlığı vətəndaşlara yönəlik olsa da, məsələnin kökündə daha ciddi problemlər dayanır. Bu, həm də müəyyən qurumlara ünvanlanmalıdır.

Ölkədə demək olar ki, əksər özəl tibb mərkəzlərində özlərini "həkim-dietoloq" kimi təqdim edən şəxslər "həkim" kimi fəaliyyət göstərir. Vəziyyət o qədər acınacaqlıdır ki, mətbuat tərəfindən aşkar edilmiş belə şəxsləri Səhiyyə Nazirliyinin bəzi strukturları qoruyur və onlarla bağlı sorğular cavabsız qalır.

Üstəlik, bu məhsulları cəmiyyətə təqdim edən şəxslər sıradan insanlar deyil. Yuxarıda qeyd etdiyimiz kimi, onlar müəyyən özəl tibbi klinikalarda fəaliyyət göstərir və Instagram kimi sosial şəbəkələrdə açıq reklamlar edir və böyük insan resursuna malikdirlər.

Maraqlıdır ki, ölkəyə ziyanlı ola biləcək bu məhsullar necə gətirilir və onların istifadəsi necə mümkün olur? Hətta apteklərdə açıq satışa çıxarıldığı müşahidə olunur.

Belə vəziyyətdə Qida Təhlükəsizliyi Agentliyinin vətəndaşlara xəbərdarlıq etməsi əlbəttə vacibdir, lakin daha önəmli addım Səhiyyə Nazirliyi və Gömrük Komitəsi ilə birlikdə müvafiq məhsulların ölkəyə gətirilməsi, istifadəsi və sertifikatlaşdırılması qaydalarını müəyyən etmək olmalıdır. İndiki halda AQTA-nın xəbərdarlığı tamamilə effektsizdir. Belə "həkim-dietoloq"lar üçün belə xəbərdarlıqlar, "vız gəlir, tırız gedir".

Ölkədə minlərlə özəl klinikada həkim-dietoloq olmayan şəxslər həkim kimi fəaliyyət göstərir və əsas məqsəd pul qazanmaqdır. AQTA belə məhsulların sertifikatlaşdırılmasında daha ciddi yanaşmalıdır.//Bizimesr.az


28-02-2026, 13:00

Son xəbərlər

"Haqqımı tələb edəndə məni təhqir etdilər..." - NARAZILIQ VAR...

Bir məmuru heç düşməni də belə biabır edə bilməzdi: Guya mükafat alır – VİDEO

AZAL təyyarəsinin qəzaya uğraması barədə kompleks praktik addımlar atılacaq

Ermənilərin Güney Azərbaycan qorxusu

DSMF-nin başı təmir və avtomobil almağa qarışıb: 3.7 milyonluq tender

İrana hücumlarda 175 müəllim və şagird həlak olub

İran Netanyahunun ofisinə hücum edib

Arif Abbasovun Yaqub Eyubovla nə əlaqəsi? 5 saylı Magistral Yolların İstismarı MMC-də də mənimsəmələr olub

Gülüstan sarayı İsrailin hücumu nəticəsində zədələndi

İcbari tibbi sığortada müştərək maliyyələşmənin tətbiqi təxirə salındı

Yaponiyanın Azərbaycandakı səfirliyi fəaliyyətini dayandırdı

Dövlət maliyyəsi üzrə sənəd dövriyyəsi elektronlaşdırılır

Prezidentdən 1,6 milyon manatlıq SƏRƏNCAM

Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqları ilə məşhurlaşan Rusiya vətəndaşı Əlibəy Qurbanovun gerçək üzü — SAXTAKARLIĞIN İNANILMAZ

Binəqədi rayonu Biləcəri qəsəbəsində 70 dən çox ağaclar kəsildi….

Moskvada partlayışda üç polis əməkdaşı həlak olub

İran səfiri Azərbaycana təşəkkür etdi

Türkiyə-İran sərhədində keçid dayandırıldı

Bakıda ödənişli avtomobil yollarının tikilməsi təklif olunur

Moped və motosiklet sürücülərinə müraciət edildi

Yevlax təhsilində nə baş verir?-Antimilli şəbəkə,Vətənə xəyanət həddi, yoxsa...??? -TƏFƏRRÜAT

Səhər azanında Tehranı vurdular

Yoldaş Bağırov burdan da pul çıxarırmış... - BU NƏDİ BELƏ?

Dubay və Dohada partlayış səsləri eşidilir

İran Fars körfəzi ölkələrinə yeni zərbələr endirib

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

AAYDA-da tender və qohumluq əlaqələri – Milyonlar necə bölüşdürülür?

Bəhreyn DİN: İran Salman limanı yaxınlığındakı obyektlərə zərbə endirib

Təl-Əvivdə partlayışlar

Tramp müharibənin bu vaxtadək davam edəcəyini açıqladı

İsraildə fövqəladə vəziyyət rejimi uzadıldı

Bir sıra məhkəmələrin ərazi yurisdiksiyası ilə bağlı dəyişikliklər təsdiqlənib

Bütün xəbərlər