Gündəm

MUMtv.az: - Saatlı rayonunun Fətəli kəndində süd məhsulları (ağ pendir, saçaqlı pendir, qalav pendiri və kərə yağı) istehsal edən sex fəaliyyətdədir. “Cheesella MMC”-nə məxsus bu sexin fəaliyyəti ilə bağlı indiyədək də mediada məlumatlar tirajlanıb…

Yayılan məlumatlara görə, Tofiq Rzayevə məxsus olan sexdə ağ pendir, saçaqlı pendir, qalav pendiri və kərə yağı kimi süd məhsulları istehsal olunur. Lakin müşahidələr zamanı istehsal sahəsində antisanitariya və natəmizlik hallarının geniş vüsət aldığı, sanitar-gigiyenik normaların kobud şəkildə pozulduğu görünür.

Məhsullar heç bir qoruyucu geyim, əlcək və müvafiq gigiyenik vasitələrdən istifadə olunmadan daşınır, açıq şəkildə götürülüb qoyulur, saxlanılır və qablaşdırılır. Sex daxilində çirk, nizamsızlıq və gigiyena çatışmazlığı açıq şəkildə nəzərə çarpır.

Mövcud vəziyyət istehsal olunan qida məhsullarının keyfiyyəti və təhlükəsizliyi ilə bağlı ciddi suallar yaradır. Qeyd olunan hallar istehlakçıların sağlamlığı üçün real təhlükə mənbəyidir.

Məsələ ilə bağlı aidiyyəti qurumların, xüsusilə Qida Təhlükəsizliyi Agentliyinin bu vəziyyətə susqun qalması maraq doğurur.(bizimesr.az)

***

Müşahidələr zamanı sexdə antisanitariya və natəmizlik faktlarının baş alıb getdiyi, sanitar-gigiyenik normaların kobud şəkildə pozulduğu ehtimal olunur. Məhsulların heç bir qoruyucu geyim, əlcək və qaydalara uyğun vasitələr olmadan daşınması, açıq şəkildə götürülüb qoyulması, saxlanması və qablaşdırılması müşahidə edilir.(1xeber.media)

Video Telegram kanalımızda!

***

Saatlı rayonundakı oxucularımızın Yenixeber.org-a ötürdüyü məlumata görə, bir müddət əvvəl yayılan bu və digər məlumatlara baxmayaraq, istehsal müəssisəsinin fəaliyyətində nəinki müsbətə doğru dönüş var, əks mənzərə davam etməkdədir. Təkcə rayonda deyil, digər bölgələrdə də, məhsulları satılan müəssisə rəhbərinin kimə və necə güvəndiyi təxmin edilsə də, təbii olaraq bu fakt keçərli deyil. Söhbət insan sağlığından gedir…Kimliyindən, hansı statusda olmasından asılı olmayaraq heç kimsə insan sağlığı ilə oynayıb da, özəl maraqlar güdə bilməz…

Saatlı sakinləri Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə (AQTA), konkret olaraq agentliyin rəhbəri Qoşqar Təhməzlinin məsələyə müdaxilə edəcəyinə ümid edirlər…

Elə biz də, Yenixeber.org olaraq AQTA-nın yayılan məlumatları araşdıracağını və müvafiq açıqlama yayacağını gözləyirik. Bu səbəbdən də, hələlik mövzu ilə bağlı geniş yazmağı uyğun bilmirik.//Yenixeber.org


24-02-2026, 17:15

Son xəbərlər

Azərbaycanda icra hakimiyyətinin 30-a yaxın əməkdaşı işdən çıxarıldı

İlham Pirməmmədov qardaşı oğlunu qoruya bildimi? – Anar və model Çelsi qalmaqalı….

İlham Əliyev ailəsi ilə Xocalıya getdi

“Beauty Derm” Estetik Mərkəzində pasiyentlərə Esmira İbrahimli tərəfindən edilən qüsurlu əməliyyatlar nə zaman dayandırılacaq? -VİDEO

“RR Constructions”in sahibləri özlərini “Bağdadın kor xəlifəsi” ZƏNN EDİR -ŞİKAYƏT

Vüsal Nəsirli Məhəmməd Musayevə “DUR” deyəcəkmi?! - DETALLAR // FOTO

Estetik cərrah və anestezioloqun məhkəməsi keçirildi, jurnalistlər iclasa buraxılmadı

Astaranı 257 min manat abadlaşdıran "ASA-Tikinti" MMC kimindir?

Nigar Rüfət həkim-kosmetoloq işləyə bilməzmiş…

Hərbi xidmətə qəbulla bağlı yeni QƏRAR

Şeyxin oğlu işdən çıxarıldı - FOTO

Binəqədi rayonunda “SOCAR”ın ərazisində bu qanunsuz tikintiyə hansı məmur icazə verib? - Videofakt

Yeni DSK sədrinin ilk tenderi uğursuz oldu

Azərbaycanda 322 şəxsə qeyri-adi qadağa qoyulub

Toğrul Sevdimalıyev Xəzər dənizindən necə dəmir çıxarır? - Video

Suraxanı rayonunda yenidən qanunsuz tikinti: Hansı məmur icazə verib? - FOTO // Video

Paşinyan Polşaya getdi

Sabah hava yağmursuz olacaq

Mədəniyyət Nazirliyi muzey üçün 135 minə 116 ədəd kamera alacaq

80 saylı Lerik–Astara DSK-da sədrə qarşı ağır iddialar

Ceyhun Bayramovun qardaşı sədrlikdən çıxarıldı

Vətəndaşlığın müəyyənləşdirilməsi Qaydasında dəyişiklik edildi

Nazirlər Kabineti elektrik enerjisi ilə bağlı bu qərara dəyişiklik etdi

Neftçala icra haklimiyyəti bu görüntüləri "görülmüş işlər" kimi təqdim edir - FOTO

Direktora təzyiq altında ərizə yazdırıldı, MÜTDA rəhbəri vəzifəsindən çıxardı - FOTOFAKT

İlham Əliyev Küveyt Əmirini təbrik etdi

Xocalı soyqırımının ildönümü ilə əlaqədar bu yollar bağlanacaq

Hörmətsiz davranış sərgiləyən ər-arvad məsuliyyət daşıyacaq

Azərbaycan nefti bahalaşdı

“Misir Mərdanov məndən 1,7 milyon alıb” – Sabiq rektorun məhkəməsi

NDU xidməti avtomobil olaraq 10 tonluq su maşını alır

245 min manat vergi borcu olan “Uniklinika” işçilərinin maaşlarını gecikdirirmiş

Bütün xəbərlər