Gündəm

Nazirlər Kabineti hərbi xidmətə qəbul, kursantların hazırlanması və hərbi təhsil müəssisələri ilə bağlı qaydalarda dəyişiklik edib.

MUMtv.az  xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərar “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlara edilən dəyişikliklərin tətbiqinə uyğunlaşdırma məqsədi daşıyır.

Yeni qərara əsasən, bağlaşma əsasında həqiqi hərbi xidmətə qəbul qaydaları yenilənib, təhsil anlayışı genişləndirilib və artıq orta ixtisas təhsili də nəzərə alınacaq. Eyni zamanda, xüsusi təyinatlı orta ixtisas hərbi təhsil müəssisələrini bitirən şəxslər də ayrıca kateqoriya kimi qeyd olunub.

Dəyişikliklərə əsasən, hərbi təhsil müəssisələrinə qəbul zamanı kursantlarla rəsmi bağlaşma imzalanacaq. Bu sənəd eyni hüquqi qüvvəyə malik üç nüsxədə tərtib ediləcək. Əgər namizədin yaşı 18-dən azdırsa, bağlaşma yalnız onun qanuni nümayəndəsinin yazılı razılığı ilə bağlanacaq.

Qərarda kursantların gələcək xidmət öhdəlikləri də dəqiqləşdirilib. Belə ki, hərbi təhsil müəssisəsini bitirən şəxslər zabit kimi azı 10 il, gizir və ya miçman kimi isə minimum 5 il (bəzi hallarda 10 il) xidmət etməlidirlər. Əks halda, onların hazırlanmasına çəkilmiş xərcləri qanunvericiliyə uyğun olaraq ödəmək öhdəliyi yaranacaq.

Bundan əlavə, qaydalara edilən dəyişikliklərə əsasən, kursantın təhsil müəssisəsindən xaric edilməsi də bağlaşmanın ləğvi üçün əsaslardan biri kimi müəyyən edilib.

Eyni qərarla Bakı, Gəncə və Naxçıvan hərbi kolleclərinin nizamnamələrində də dəyişiklik edilib. Belə ki, sənədlərdə yer alan “öz arzusu ilə” ifadəsi “təhsilini davam etdirmək istəmədiyinə görə” sözləri ilə əvəz olunub.

Qərar hərbi xidmət sisteminin daha dəqiq hüquqi tənzimlənməsi, kursantların hüquq və öhdəliklərinin konkretləşdirilməsi və dövlətin hərbi kadr hazırlığına çəkdiyi xərclərin qorunması məqsədi daşıyır.


Dünən, 15:30

Son xəbərlər

Azərbaycanda icra hakimiyyətinin 30-a yaxın əməkdaşı işdən çıxarıldı

İlham Pirməmmədov qardaşı oğlunu qoruya bildimi? – Anar və model Çelsi qalmaqalı….

İlham Əliyev ailəsi ilə Xocalıya getdi

“Beauty Derm” Estetik Mərkəzində pasiyentlərə Esmira İbrahimli tərəfindən edilən qüsurlu əməliyyatlar nə zaman dayandırılacaq? -VİDEO

“RR Constructions”in sahibləri özlərini “Bağdadın kor xəlifəsi” ZƏNN EDİR -ŞİKAYƏT

Vüsal Nəsirli Məhəmməd Musayevə “DUR” deyəcəkmi?! - DETALLAR // FOTO

Estetik cərrah və anestezioloqun məhkəməsi keçirildi, jurnalistlər iclasa buraxılmadı

Astaranı 257 min manat abadlaşdıran "ASA-Tikinti" MMC kimindir?

Nigar Rüfət həkim-kosmetoloq işləyə bilməzmiş…

Hərbi xidmətə qəbulla bağlı yeni QƏRAR

Şeyxin oğlu işdən çıxarıldı - FOTO

Binəqədi rayonunda “SOCAR”ın ərazisində bu qanunsuz tikintiyə hansı məmur icazə verib? - Videofakt

Yeni DSK sədrinin ilk tenderi uğursuz oldu

Azərbaycanda 322 şəxsə qeyri-adi qadağa qoyulub

Toğrul Sevdimalıyev Xəzər dənizindən necə dəmir çıxarır? - Video

Suraxanı rayonunda yenidən qanunsuz tikinti: Hansı məmur icazə verib? - FOTO // Video

Paşinyan Polşaya getdi

Sabah hava yağmursuz olacaq

Mədəniyyət Nazirliyi muzey üçün 135 minə 116 ədəd kamera alacaq

80 saylı Lerik–Astara DSK-da sədrə qarşı ağır iddialar

Ceyhun Bayramovun qardaşı sədrlikdən çıxarıldı

Vətəndaşlığın müəyyənləşdirilməsi Qaydasında dəyişiklik edildi

Nazirlər Kabineti elektrik enerjisi ilə bağlı bu qərara dəyişiklik etdi

Neftçala icra haklimiyyəti bu görüntüləri "görülmüş işlər" kimi təqdim edir - FOTO

Direktora təzyiq altında ərizə yazdırıldı, MÜTDA rəhbəri vəzifəsindən çıxardı - FOTOFAKT

İlham Əliyev Küveyt Əmirini təbrik etdi

Xocalı soyqırımının ildönümü ilə əlaqədar bu yollar bağlanacaq

Hörmətsiz davranış sərgiləyən ər-arvad məsuliyyət daşıyacaq

Azərbaycan nefti bahalaşdı

“Misir Mərdanov məndən 1,7 milyon alıb” – Sabiq rektorun məhkəməsi

NDU xidməti avtomobil olaraq 10 tonluq su maşını alır

245 min manat vergi borcu olan “Uniklinika” işçilərinin maaşlarını gecikdirirmiş

Bütün xəbərlər