Gündəm
Gündəm / İqtisadiyyat / Cəmiyyət / Manşet
Yeni DSK sədrinin ilk tenderi uğursuz oldu
Dövlət Statistika Komitəsinin (DSK) keçirdiyi tenderin nəticəsi ləğv olunub.
MUMtv.az xəbər verir ki, bu barədə açıq mənbələrdə məlumat yayılıb.
Qeyd edilir ki, Komitə inzibati binasındakı akt zalında olan oturacaqların alt hissəsi üçün plastik hissələrin satın alınmasını reallaşdırmaq istəyib. 150 ədəd plastik altlığın alınması üçün isə 6 min 124 manat pul xərclənməsi nəzərdə tutulub. Lakin AİİBNDX-in qərarı ilə nəticələr ləğv edilib.
Qeyd edək ki, ötən həftə Prezident İlham Əliyevin Sərəncamı ilə Azər İsmayıl oğlu Mursaqulov Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri təyin edilib.//tribuna.az
Dünən, 14:45
