Gündəm

MUMtv.az: - 80 saylı Lerik–Astara Dairə Seçki Komissiyasında (DSK) uzun illər vəzifə tutmuş əməkdaş tərəfindən komissiya sədrinə qarşı ciddi və diqqətçəkən iddialar irəli sürülüb. Məsələ ilə bağlı ölkə başçısına müraciət edildiyi və şikayətin ictimailəşdirilməsinin xahiş olunduğu bildirilir.

Newsbaku.az-a daxil olan müraciətdə Məmmədov Mahir Müqabil oğlu qeyd edir ki, o, 2009-cu ildən etibarən 80 saylı Lerik–Astara DSK-da katibliyin baş məsləhətçisi vəzifəsində çalışır. Onun sözlərinə görə, 2024-cü ilin iyun ayından etibarən komissiyaya Fazilov Firdovsi Şaiq oğlu sədr təyin olunub.
Dövlət vəsaiti ilə bağlı iddialar

Şikayətçi iddia edir ki, son parlament və bələdiyyə seçkiləri zamanı dairə və məntəqələrin fəaliyyəti üçün dövlət büdcəsindən ayrılmış yanacaq və dəftərxana xərclərinə yönəldilən vəsaitlərin təyinatı üzrə istifadə olunmadığına dair əsaslı şübhələr mövcuddur. Onun sözlərinə görə, ayrılmış maliyyə vəsaitlərinin bir hissəsi mənimsənilib.

Müraciətdə həmçinin sədrin hərbi xidmət keçmədən vəzifəyə gətirildiyi də iddia olunur. Şikayətçi hesab edir ki, bu və digər məqamlar araşdırılmalı və hüquqi qiymət verilməlidir.

“Sübutlarım var” – səs yazıları və videogörüntülər

Məmmədov Mahir Müqabil oğlu bildirir ki, səsləndirdiyi iddialarla bağlı onda səs yazıları və videogörüntülər mövcuddur. O, həmin materialları zərurət yaranacağı halda istintaq və digər səlahiyyətli qurumlara təqdim etməyə hazır olduğunu bəyan edir.

Müraciətdə daha bir diqqətçəkən məqam isə rayon rəhbərliyi ilə bağlıdır. Şikayətçi iddia edir ki, məsələ ilə əlaqədar sədrin müdafiə olunduğu və bu səbəbdən hadisələrə obyektiv hüquqi qiymət verilmədiyi düşünülür.

Prezidentə və MSK-ya çağırış.

Şikayətçi, Prezidentin vətəndaşlara qanunazidd hallarla bağlı məlumat vermək çağırışına istinad edərək müraciətinin ictimaiyyətə çatdırılmasını xahiş edir. O, eyni zamanda məsələnin Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası tərəfindən nəzarətə götürülməsini və araşdırılmasını istəyir.
Hazırda səsləndirilən iddialarla bağlı qarşı tərəfin rəsmi mövqeyi məlum deyil. Redaksiyamız məsələ ilə bağlı Fazilov Firdovsi Şaiq oğlu və digər aidiyyəti şəxslərin mövqeyini dərc etməyə hazırdır.

Qeyd: Yazıda əks olunan məlumatlar müraciət müəllifinin iddialarına əsaslanır. Redaksiya səsləndirilən ittihamların doğruluğunu təsdiq etmir və məsələyə hüquqi qiymət yalnız səlahiyyətli dövlət orqanları tərəfindən verilə bilər.(Newsbaku.az)

Video Telegram kanalımızda!


Dünən, 13:00

Son xəbərlər

Azərbaycanda icra hakimiyyətinin 30-a yaxın əməkdaşı işdən çıxarıldı

İlham Pirməmmədov qardaşı oğlunu qoruya bildimi? – Anar və model Çelsi qalmaqalı….

İlham Əliyev ailəsi ilə Xocalıya getdi

“Beauty Derm” Estetik Mərkəzində pasiyentlərə Esmira İbrahimli tərəfindən edilən qüsurlu əməliyyatlar nə zaman dayandırılacaq? -VİDEO

“RR Constructions”in sahibləri özlərini “Bağdadın kor xəlifəsi” ZƏNN EDİR -ŞİKAYƏT

Vüsal Nəsirli Məhəmməd Musayevə “DUR” deyəcəkmi?! - DETALLAR // FOTO

Estetik cərrah və anestezioloqun məhkəməsi keçirildi, jurnalistlər iclasa buraxılmadı

Astaranı 257 min manat abadlaşdıran "ASA-Tikinti" MMC kimindir?

Nigar Rüfət həkim-kosmetoloq işləyə bilməzmiş…

Hərbi xidmətə qəbulla bağlı yeni QƏRAR

Şeyxin oğlu işdən çıxarıldı - FOTO

Binəqədi rayonunda “SOCAR”ın ərazisində bu qanunsuz tikintiyə hansı məmur icazə verib? - Videofakt

Yeni DSK sədrinin ilk tenderi uğursuz oldu

Azərbaycanda 322 şəxsə qeyri-adi qadağa qoyulub

Toğrul Sevdimalıyev Xəzər dənizindən necə dəmir çıxarır? - Video

Suraxanı rayonunda yenidən qanunsuz tikinti: Hansı məmur icazə verib? - FOTO // Video

Paşinyan Polşaya getdi

Sabah hava yağmursuz olacaq

Mədəniyyət Nazirliyi muzey üçün 135 minə 116 ədəd kamera alacaq

80 saylı Lerik–Astara DSK-da sədrə qarşı ağır iddialar

Ceyhun Bayramovun qardaşı sədrlikdən çıxarıldı

Vətəndaşlığın müəyyənləşdirilməsi Qaydasında dəyişiklik edildi

Nazirlər Kabineti elektrik enerjisi ilə bağlı bu qərara dəyişiklik etdi

Neftçala icra haklimiyyəti bu görüntüləri "görülmüş işlər" kimi təqdim edir - FOTO

Direktora təzyiq altında ərizə yazdırıldı, MÜTDA rəhbəri vəzifəsindən çıxardı - FOTOFAKT

İlham Əliyev Küveyt Əmirini təbrik etdi

Xocalı soyqırımının ildönümü ilə əlaqədar bu yollar bağlanacaq

Hörmətsiz davranış sərgiləyən ər-arvad məsuliyyət daşıyacaq

Azərbaycan nefti bahalaşdı

“Misir Mərdanov məndən 1,7 milyon alıb” – Sabiq rektorun məhkəməsi

NDU xidməti avtomobil olaraq 10 tonluq su maşını alır

245 min manat vergi borcu olan “Uniklinika” işçilərinin maaşlarını gecikdirirmiş

Bütün xəbərlər