Gündəm

Qida məhsullarının idxalına məhdudiyyətlər nəyi dəyişəcək? — ARAŞDIRMA

MUMtv.az: - Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkəmizə yüksək riskli qida və yem məhsullarının idxalı ilə məşğul olan sahibkarlara növbəti xəbərdarlıq edib. Sahibkarların diqqətinə çatdırılıb ki, 2024-cü il 1 yanvar tarixinədək təsdiq üçün agentliyə müraciət etməyən və xarici ölkələrdə fəaliyyət göstərən qida obyektlərindən yüksəkriskli qida və yem məhsullarının idxalına məhdudiyyət tətbiq olunacaq.

Məhdudiyyət nədən ibarətdir?

Qurumdan bildirilir ki, yanvarın 1-dək təsdiq üçün rəsmi qaydada müraciət etməyən müəssisələrdən baytarlıq nəzarətinə aid - mal və mal əti, quş və quş əti, balıq və dəniz məhsulları, konservləşdirilmiş balıq və dəniz məhsulları, süd və süd məhsulları və heyvan yemi üçün istifadə edilən digər məhsulların ölkəmizə idxalı mümkün olmayacaq.

“Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə əsasən, risk dərəcəsi nəzərə alınaraq, ölkəmizə qida və yem məhsullarının idxalı üçün həmin məhsulların istehsal və emal olunduğu xarici qida obyektləri təsdiq edilməlidir. Məhz qanunun tələblərindən irəli gələrək, agentlik təsdiqdən keçməyən xarici qida obyektlərindən məhsul idxalına məhdudiyyət qoyulacağı ilə bağlı KİV-də dəfələrlə xəbərdarlıqlar edib.

Buna baxmayaraq, agentliyə bəzi ölkələrin istehsalçılarından təsdiqlə bağlı hələ də müraciətlər daxil olmayıb. Ona görə də müvafiq qiymətləndirmə aparılmayan və təsdiq edilməyən məhsulların idxalı 1 yanvar 2024-cü ildən dayandırılacaq və idxalçı şirkətlərlə bağlı qanunvericilik çərçivəsində tədbirlər görüləcək.

“Ətraflı məlumat tələb olunmalıdır”

Məsələ ilə bağlı fikirlərini Bizim.media ilə bölüşən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, bu vacib bir qərardır:

“İndiyə qədər kim nə istəyirdisə, ölkəmizə idxal edirdi. Amma növbəti ildən bu belə olmayacaq. AQTA idxalla məşğul olan şirkətlərdən tələb edir ki, gətirdikləri məhsullar barədə ətraflı və səhih məlumatlar təqdim etsinlər. Təsadüfi deyil ki, məhsul satdığımız bütün ölkələr bizdən bu cür sənədləri tələb edir. Hər bir istehsalçı məhsul haqqında ətraflı və zəruri məlumatı verir.

Ona görə də Azərbaycan da növbəti ildən qanuna uyğun olaraq bu tələbləri irəli sürür. Yeni qaydalar nə qədər vacib olsa da, bu, ilk aylarda istehlak bazarındakı qiymətə müəyyən təsir göstərəcək. Yəni qiymətlər müəyyən qədər artacaq. Amma sonrakı dövrdə qiymətlər sabitləşəcək”.

Akif Nəsirli onu da qeyd edib ki, bu qərarın icrası yerli istehsal üçün də bir stimul olacaq:

“İdxalın azalması hesabına yerli sahibkarlar bazara daha çox məhsul çıxaracaqlar. Hesab edirəm ki, qida sahəsində idxalın müəyyən qədər məhdudlaşdırılması ölkə iqtisadiyyatına müsbət töhfə verəcək. Çünki idxal qaydalarının sərtləşdirilməsi imkan verəcək ki, analoji məhsullar yerlərdə daha çox istehsal edilsin. Bütün hallarda biz keyfiyyəti kəmiyyətə qurban verməməliyik”.//demokrat.az


Son xəbərlər

Bu şəxslərə 1380 manat ödəniş edilir

Ermənistanın Birinci Kanalı Əskipara ilə bağlı filmi sildi

Lavrov dünyadakı problemlərin səbəbini açıqladı

Günəşdə yeddi güclü partlayış olub

DİN-dən valideynlərə MÜRACİƏT

Rusiya şəkər ixracını dayandırdı

Zaxarova Ukrayna ilə "sülh formulu"nu açıqladı

Alimlər hipersəs küləkləri olan planet kəşf ediblər

ABŞ hərbi bazası raketlərlə vuruldu

"ABŞ hegemon statusunu itirib" - Borrel

Bu yolda sürət həddi endirildi

Prezident ortamüddətli xərclər çərçivəsinin tənzimlənməsi ilə bağlı Fərman imzalayıb

Yenə həmin şirkət qalib oldu - FHN nazirin bacanağına 295 minlik tender verdi

Suvarma Sistemlər idarələrində korrupsiya bataqlığı - VİDEO

Taleh Qaraşov prezidentdən bu problemləri belə GİZLƏDİB

Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulma xidmətləri müəyyənləşdi

İcra başçısının oğlunun biznes şəbəkəsi - SİYAHI // FOTO

Kəlbəcərin Boyaqlı kəndinin ərazisi şəhərə birləşdiriləcək

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlandı

Vilayət Eyvazov generalı özünə müşavir təyin etdi - FOTO

Mövsümi depressiya ilə mübarizə aparmağın yolu!

Cahangir Hacıyev aclıq aksiyasına başlayıb

Bu xəbər Ermənistanı silkələdi: Göyçə və Zəngəzur Azərbaycana qaytarılır!

Elmar Məmmədyarov deputat olacaq? - AÇIQLAMA

"Nağıoğlu” MMC qanunsuz qum-çınqıl hasil edir? – Sahibkardan hərracda qalib olan şirkətə ittiham // FOTO + VİDEO

Kəlbəcərdə hərbçilər qəzaya düşdü

Hamiləlik zamanı siqaret çəkmək uşaqlarda buna səbəb ola bilər

Növbədənkənar parlament seçkiləri bu aylarda keçirilə bilər

Şənbə günü hava necə olacaq?

Kəlbəcərdə velosiped yolları salınacaq

İlham Əliyev polşalı həmkarını təbrik etdi

Gündəlik neçə saat yatmaq lazımdır?

Bütün xəbərlər