Gündəm


MUMtv.az: - "Astaranın Ojakəran kəndi yaxınlığındakı 2 hektarlıq meşəlik ərazidə bir sahibkar feyxoa bağı salmaq adı ilə fürsət düşdükcə meşə ağaclarını kəsir. Ərazidə əkilmiş feyxoa ağacları başqa yerə köçürülməlidir, çünki ora feyxoa bağı yeri deyil, meşə fondu ərazisidir..." "DİA-AZ" xəbər verir ki, bu barədə yerli sakinlər həyəcan təbili çalır.

Onlar daha sonra bildirirlər: "Buradan aidiyyəti qurumlara müraciət edirik: Sözügedən qanunsuz fəaliyyətə yol verən həmin sahibkarı cəzalandırın, feyxoa ağaclarının ərazidən çıxarılaraq başqa yerə köçürülməsini təmin edin. Əks halda, onları özümüz kökündən çıxarmağa məcbur olacağıq. Bu barbarlığa dərhal və birdəfəlik son qoymaq lazımdır.

Unutmayaq ki, sözügedən ərazi UNESCO-nun təbii irs siyahısına daxil edilmiş Hirkan meşələrinin bir hissəsidir. Artıq neçə ildir ki, həmin sahibkar burada meşə ağaclarını məhv edərək feyxoa bağı genişləndirməyə çalışır. Palıd və digər ağacların budaqları kəsilir ki, feyxoa bağına gün düşsün və inkişaf etsin.

Bir neçə il əvvəl bu məsələ ilə bağlı kampaniya apararaq əlavə ağacların qırılmasının qarşısını ala bilmişdik. Təəssüf ki, proses bir neçə gün əvvəl yenidən başlayıb.

Ağacların gövdəsini deşib içinə kimyəvi maddə tökən, qabığını soyaraq onları qəsdən məhv edən sahibkar barədə ciddi tədbirlər görməyin vaxtıdır..."

"DİA-AZ" bildirir ki, artıq baş verən olayla bağlı müvafiq qurumların hərəkətə keçdiyi bildirilsə də, bu da yetərli deyil.



Bununla bağlı sakinlərin məsələyə reaksiyasında qeyd olunur ki, Astaranın Ojakəran kəndində baş verən ekoloji cinayəti yenidən ört-basdır etməyə çalışırlar.

Sakinlərin müraciətində deyilir: "Astara Rayon İcra Hakimiyyəti əvvəlki paylaşımımıza şərh edərək məlumatı qərəzli adlandırıb və hətta şəhid anasının adından belə sui-istifadə edib (yuxarıdakı şəklə baxın). Bu, açıq-aşkar hörmətsizlik və ləyaqətsizlikdir.

Bildirək ki, həmin meşəlik ərazini zəbt edib feyxoa bağı salan sahibkarın ailə üzvləri uzun illərdir icra hakimiyyətində yüksək vəzifələrdə çalışırlar. Elə icra hakimiyyətinin paylaşımından da aydın görünür ki, bu insanlar qurumu şəxsi maraqlarına alət ediblər.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin əməkdaşlarından biri şərhlərdə bildirmişdi ki, məsələ ilə bağlı cinayət işi açılıb. Lakin icra hakimiyyətinin paylaşımı məsələnin əksinə, ört-basdır edilməsinə işarə edir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi – axırıncı paylaşımımızdan sonra əməkdaşlarınız əraziyə baxış keçirdi və yeni kəsilmiş 9 iri diametrli ağac aşkar etdi. O ağacların aqibəti necə oldu?"


18-09-2025, 15:25

Son xəbərlər

Zakir İbrahimov 4-cü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə növbəti görüşlər keçirdi - Foto

Qəzzada atəşkəsin müşahidəsini aparacaq ABŞ hərbçiləri İsrailə çatıb

Seysmoloji Mərkəzdən Bakıda vulkan püskürməsi ilə bağlı açıqlama

“Xəmsə xalçayuma” dan şikayət

Azərbaycan və Pakistan XİN başçıları telefonla danışdı

AYNA-nın aeroportda taksi dəyişikliyindən sonrakı xaotik vəziyyət — VİDEO

Dövlət xətti ilə nə qədər ipoteka verilib?

Agentlik rəhbəri Məcnun Məmmədova meydan oxuyur - İLGİNC FAKTLAR

"Keçən ilin may ayından evimdə qaz yoxdur..." - NARAZILIQ VAR...

Prezident Sevil Əliyevanı “Şərəf” ordeni ilə təltif etdi

MTN generalı azadlığa çıxdı

Cənablar... havaya buraxdığınız zəhərdən XƏBƏRİNİZ VARMI? - BELƏ DAVAM EDƏRSƏ...

Azərbaycanda orta aylıq maaş bu qədər oldu

Gecə klubundan ailəvi restoran sisteminə uzanan yol – “Qədirxum” restoranının vergi “qaçaqmalçılığı”!

Gömrük Komitəsində iddia olunan korrupsiya və özbaşınalıq

Bakıda məşhur klinikada qadın əməliyyatdan sonra öldü

Bakı metrosunda sərnişin öldü

Ermənistanın Gəncədə törətdiyi dördüncü terrordan beş il ötür

Nazirlik İskəndər Xəlilovun “ISR Plaza”sında yoxlama aparacaq

Binəqədi rayonunda yeni qanunsuz obyekt tikintisi üçün ərazi hazırlanır? -Ağaclar belə məhv edilir-Fotofakt

DYP sürücülərə müraciət etdi

Şengen zonasına giriş qaydaları dəyişir

Dayanacaqlarla əlaqədar vahid qurum müəyyən ediləcək

Elm və Təhsil Nazirliyinin şübhəli təmirləri: Məktəblər niyə açıqlanmır?

Azərbaycan parapauerliftinqçisi dünya çempionatında 2 gümüş medal qazandı

Əsasli Tikinti Və Təchizat İdarəsinin ikili standartı –Əvvəl qalib seçir, sonra uyğun görmür

“Şirin Su”dan şikayət: Çatlamış və ya natəmiz bidonlar göndərirlər

"Cəlilabad Şərab-2"də yoxlama: Pul vəsaitləri gizlədilib...

Eldar Əzizovun “it yemləri imperiyası”: 426 min manatlıq tenderin kölgəsində sahibsiz küçələr

Dövlət xidmətləri ilə bağlı yeni qanun qəbul ediləcək

Küçə və meydanlara ad verilməsi qaydası DƏYİŞİR

Deputat oğlunun “Kristal Bakı” ASC şirkəti haqqında araşdırma başlayıb – Şikayətlər əsasında

Bütün xəbərlər