Gündəm

MUMtv.az: - Bir neçə il öncə Əhməd Rəcəblidə yerləşən "Sahra Baku” adlı gecə klubunu işlədən Elçin Allahverdiyev mətbuatın yaddaşında qanunlara "kəllə atan” sahibkar kimi qalmışdı. Görünür, illər keçsə də, sahibkarın "fəaliyyət prinsipi” dəyişməyib.

Bu haqda məlumatı "İnfo24.az” özünün Instagram səhifəsində paylaşıb. Məlumatda qeyd edilir ki.saytın əldə etdiyi məlumata görə, Elçin Allahverdiyev bu dəfə "ailəvi restoran” adı altında eyni qanunsuzluqlara "Qədirxum” restoranında davam edir. Məlumata əsasən, restoran daxilində müştərilərə rəsmi fiskal çek təqdim edilmədən, nağd şəkildə "Cartu cart” ödənişləri qəbul olunur. Bu isə açıq şəkildə vergi öhdəliklərindən yayınma, yəni dövlət büdcəsinə zərər vurma halıdır.

SİTAT; "Məkanın xidmətindən narazı qalan bir çox vətəndaşlar da bildirir ki, "Qədirxum” restoranında servis səviyyəsi sıfıra bərabərdir – yeməklərin keyfiyyəti aşağı, personalın davranışı isə kobuddur. Müştərilərin sözlərinə görə, "bir dəfə gedən, bir də getmək istəmir”. Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən, bu kimi hallar ciddi hüquqi məsuliyyət yaradır. Vergi Məcəlləsinin 16.1.1-ci maddəsinə görə, vergi ödəyicisi gəlir və dövriyyələr barədə düzgün məlumat təqdim etməyə borcludur. Rəsmi çek verməmək bu öhdəliyin pozulması deməkdir.

Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, gəlirlərin gizlədilməsi və ya vergi məbləğinin azaldılması məqsədilə sənədlərin saxtalaşdırılması və ya təqdim edilməməsi hallarında sahibkar 5000 manatdan 10.000 manata qədər cərimə oluna bilər. Əgər bu əməl sistematik xarakter daşıyırsa, Cinayət Məcəlləsinin 213-cü maddəsinə əsasən, sahibkar 3 ildən 7 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırıla bilər”. Sayt yazır ki, vergidən yayınmaq təkcə dövlətin büdcəsinə zərər vurmaq deyil — bu, həm də ədalətli sahibkarlıq mühitinə zərbə vurmaq, dürüst fəaliyyət göstərən digər restoranlara qarşı haqsız rəqabət yaratmaq deməkdir: "Görünür, Elçin Allahverdiyev üçün "gecə klubundan ailəvi restorana” uzanan yol yalnız ad dəyişikliyindən ibarət olub. Lakin cəmiyyət və müvafiq qurumlar bu kimi hallarda "ad”a yox, əmələ baxmalıdır. Ümid edirik ki, Vergilər Xidməti və aidiyyəti dövlət qurumları "Qədirxum” restoranında baş verən bu halları araşdır”.//İnfo24.az


11-10-2025, 12:22

Son xəbərlər

Zakir İbrahimov 4-cü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə növbəti görüşlər keçirdi - Foto

Qəzzada atəşkəsin müşahidəsini aparacaq ABŞ hərbçiləri İsrailə çatıb

Seysmoloji Mərkəzdən Bakıda vulkan püskürməsi ilə bağlı açıqlama

“Xəmsə xalçayuma” dan şikayət

Azərbaycan və Pakistan XİN başçıları telefonla danışdı

AYNA-nın aeroportda taksi dəyişikliyindən sonrakı xaotik vəziyyət — VİDEO

Dövlət xətti ilə nə qədər ipoteka verilib?

Agentlik rəhbəri Məcnun Məmmədova meydan oxuyur - İLGİNC FAKTLAR

"Keçən ilin may ayından evimdə qaz yoxdur..." - NARAZILIQ VAR...

Prezident Sevil Əliyevanı “Şərəf” ordeni ilə təltif etdi

MTN generalı azadlığa çıxdı

Cənablar... havaya buraxdığınız zəhərdən XƏBƏRİNİZ VARMI? - BELƏ DAVAM EDƏRSƏ...

Azərbaycanda orta aylıq maaş bu qədər oldu

Gecə klubundan ailəvi restoran sisteminə uzanan yol – “Qədirxum” restoranının vergi “qaçaqmalçılığı”!

Gömrük Komitəsində iddia olunan korrupsiya və özbaşınalıq

Bakıda məşhur klinikada qadın əməliyyatdan sonra öldü

Bakı metrosunda sərnişin öldü

Ermənistanın Gəncədə törətdiyi dördüncü terrordan beş il ötür

Nazirlik İskəndər Xəlilovun “ISR Plaza”sında yoxlama aparacaq

Binəqədi rayonunda yeni qanunsuz obyekt tikintisi üçün ərazi hazırlanır? -Ağaclar belə məhv edilir-Fotofakt

DYP sürücülərə müraciət etdi

Şengen zonasına giriş qaydaları dəyişir

Dayanacaqlarla əlaqədar vahid qurum müəyyən ediləcək

Elm və Təhsil Nazirliyinin şübhəli təmirləri: Məktəblər niyə açıqlanmır?

Azərbaycan parapauerliftinqçisi dünya çempionatında 2 gümüş medal qazandı

Əsasli Tikinti Və Təchizat İdarəsinin ikili standartı –Əvvəl qalib seçir, sonra uyğun görmür

“Şirin Su”dan şikayət: Çatlamış və ya natəmiz bidonlar göndərirlər

"Cəlilabad Şərab-2"də yoxlama: Pul vəsaitləri gizlədilib...

Eldar Əzizovun “it yemləri imperiyası”: 426 min manatlıq tenderin kölgəsində sahibsiz küçələr

Dövlət xidmətləri ilə bağlı yeni qanun qəbul ediləcək

Küçə və meydanlara ad verilməsi qaydası DƏYİŞİR

Deputat oğlunun “Kristal Bakı” ASC şirkəti haqqında araşdırma başlayıb – Şikayətlər əsasında

Bütün xəbərlər