Gündəm

MUMtv.az: – Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin keçirdiyi tender cəmiyyətdə ciddi suallar doğurur. “Fəza-F” MMC ilə bağlanmış müqaviləyə əsasən, sahibsiz itlər üçün 150 ton quru yem alınacaq və 425 min 685 manat dövlət vəsaiti xərclənəcək. Kağız üzərində bu rəqəmlər “sosial məsuliyyət” kimi görünür, reallıqda isə Bakı küçələri, xüsusilə Yasamal rayonu Yeni Yasamal-2 ərazisi, sahibsiz itlərin nəzarətindədir. Gecələr və səhər saatlarında insanlar küçəyə çıxmaqdan çəkinir, valideynlər uşaqlarını məktəbə tək buraxa bilmir.

"DogruXeber.tv"yə müraciət edən sakinlər bildirir ki, Yeni Yasamal parkında istirahət etmək təhlükəyə çevrilib. Onlar üçün nəzərdə tutulan “quru yem”in izi itlərdə yox, tender sənədlərində qalıb.

Video: https://youtube.com/shorts/15lVR3RswUM?si=aBP7TX5_plYvxcb4

Redaksiyamız Yasamal Rayon İcra Hakimiyyətinə sorğu göndərib. Cavabda bildirilib ki, məsələ “Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” Publik Hüquqi Şəxsin səlahiyyətindədir və məktub həmin quruma ünvanlanıb. Yasamal RİH problemi ört-basdır etməyib, məsuliyyəti aid quruma yönləndirib. Cavab məktubunda qeyd olunub ki, “aidiyyəti qurum görüləcək işlər barədə redaksiyanı məlumatlandıracaq.” Bu, yerli icra hakimiyyətinin məsuliyyətli münasibətini göstərir.

Redaksiya “Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” ilə dəfələrlə əlaqə saxlayıb. Telefon zəngləri cavabsız qalıb, sorğulara cavab verilməyib. Qurumun əsas funksiyası sahibsiz heyvanların toplanması, müalicəsi və nəzarətidir. Bu vəzifələr yerinə yetirilmir, küçələrdə vəziyyət dəyişmir. “Qayğı” yalnız kağız üzərində qalıb.

Tender sənədlərinə görə, 150 ton yem alınmalıdır. Bu qədər yem hara gedir? Bu vəsaitin necə istifadə edildiyi barədə ictimaiyyətə heç bir məlumat verilmir. Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Eldar Əzizovun adı bu tenderlərlə bağlı illərdir hallanır. Rəsmi hesabatlarda yalnız rəqəmlər var, nəticə yoxdur. 426 min manat xərclənibsə, Bakı küçələri niyə hələ də sahibsiz itlərlə doludur? İnsanlara hücumlar niyə azalmaq əvəzinə artır?
Bu tender göstərir ki, bəzi mərkəzi qurumlar üçün büdcə xərcləmək nəticə göstərməkdən daha vacibdir. Sahibsiz heyvan problemi illərdir davam edir, milyonlarla manat xərclənir, nəticə yoxdur. Küçələr təhlükəlidir, narazılıq artır. Bu, ictimai təhlükəsizlik və idarəetmə şəffaflığı probleminin göstəricisidir.

Yasamal sakinləri haqlı sual verir: “Dövlət hər il itlər üçün yüz minlərlə manat xərcləyirsə, nəticə niyə görünmür?”

Bu suala nə “Sahibsiz Heyvanlara Qayğı Mərkəzi”, nə də Eldar Əzizov cavab verir. Cavab verməmək məsuliyyətdən qaçmaq deyil.

"DogruXeber.tv" bu məsələni izləməyə davam edir və sahibsiz itlərin yox, sahibsiz büdcələrin izi ilə araşdırmanı davam etdirəcək.


10-10-2025, 19:40

Son xəbərlər

Zakir İbrahimov 4-cü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə növbəti görüşlər keçirdi - Foto

Qəzzada atəşkəsin müşahidəsini aparacaq ABŞ hərbçiləri İsrailə çatıb

Seysmoloji Mərkəzdən Bakıda vulkan püskürməsi ilə bağlı açıqlama

“Xəmsə xalçayuma” dan şikayət

Azərbaycan və Pakistan XİN başçıları telefonla danışdı

AYNA-nın aeroportda taksi dəyişikliyindən sonrakı xaotik vəziyyət — VİDEO

Dövlət xətti ilə nə qədər ipoteka verilib?

Agentlik rəhbəri Məcnun Məmmədova meydan oxuyur - İLGİNC FAKTLAR

"Keçən ilin may ayından evimdə qaz yoxdur..." - NARAZILIQ VAR...

Prezident Sevil Əliyevanı “Şərəf” ordeni ilə təltif etdi

MTN generalı azadlığa çıxdı

Cənablar... havaya buraxdığınız zəhərdən XƏBƏRİNİZ VARMI? - BELƏ DAVAM EDƏRSƏ...

Azərbaycanda orta aylıq maaş bu qədər oldu

Gecə klubundan ailəvi restoran sisteminə uzanan yol – “Qədirxum” restoranının vergi “qaçaqmalçılığı”!

Gömrük Komitəsində iddia olunan korrupsiya və özbaşınalıq

Bakıda məşhur klinikada qadın əməliyyatdan sonra öldü

Bakı metrosunda sərnişin öldü

Ermənistanın Gəncədə törətdiyi dördüncü terrordan beş il ötür

Nazirlik İskəndər Xəlilovun “ISR Plaza”sında yoxlama aparacaq

Binəqədi rayonunda yeni qanunsuz obyekt tikintisi üçün ərazi hazırlanır? -Ağaclar belə məhv edilir-Fotofakt

DYP sürücülərə müraciət etdi

Şengen zonasına giriş qaydaları dəyişir

Dayanacaqlarla əlaqədar vahid qurum müəyyən ediləcək

Elm və Təhsil Nazirliyinin şübhəli təmirləri: Məktəblər niyə açıqlanmır?

Azərbaycan parapauerliftinqçisi dünya çempionatında 2 gümüş medal qazandı

Əsasli Tikinti Və Təchizat İdarəsinin ikili standartı –Əvvəl qalib seçir, sonra uyğun görmür

“Şirin Su”dan şikayət: Çatlamış və ya natəmiz bidonlar göndərirlər

"Cəlilabad Şərab-2"də yoxlama: Pul vəsaitləri gizlədilib...

Eldar Əzizovun “it yemləri imperiyası”: 426 min manatlıq tenderin kölgəsində sahibsiz küçələr

Dövlət xidmətləri ilə bağlı yeni qanun qəbul ediləcək

Küçə və meydanlara ad verilməsi qaydası DƏYİŞİR

Deputat oğlunun “Kristal Bakı” ASC şirkəti haqqında araşdırma başlayıb – Şikayətlər əsasında

Bütün xəbərlər