Gündəm
Gündəm / Siyasət / Cəmiyyət
Qarabağ erməniləri vətəndaşlıq almaq üçün Ermənistana müraciət edir
Ermənistan Qarabağdan getmiş ermənilərə sürətləndirilmiş qaydada vətəndaşlıq verir.
"MUMtv.az" bildirir ki, Ermənistan DİN-nin yaydığı rəsmi açıqlamada deyilir ki, Qarabağdan olanlar sürətləndirilmiş prosedurla vətəndaşlıq ala bilərlər.
Bunun üçün onlar İrəvanda Daxili İşlər Nazirliyinin Miqrasiya və Vətəndaşlıq Xidmətinə və bölgələrdə – Daxili İşlər Nazirliyinin Miqrasiya və Vətəndaşlıq Xidmətinin istənilən ərazi bölmələrinə müraciət etməli, lazımi sənədləri verməlidirlər.
“Bir-iki ay ərzində siz Ermənistan Prezidentinin fərmanı ilə vətəndaşlıq verildiyinə dair qısa mesaj alacaqsınız. Növbəti mərhələdə, artıq Ermənistan Respublikasının vətəndaşı olaraq, yeni pasport almaq üçün ərizə yazmalısınız”-deyə Ermənistan Daxili İşlər Nazirliyinin məlumatında deyilir.
Miqrasiya və Vətəndaşlıq Xidmətinin məlumatına görə, 30 avqust 2024-cü il tarixinə qədər Qarabağ sakinlərində 4300 nəfəri Ermənistan vətəndaşlığı üçün müraciət edib. 2900 nəfər Ermənistan vətəndaşlığını qəbul edib.