Gündəm

Qubadlı şəhərinin işğaldan azad olunmasından 4 il ötür

Bu gün Qubadlı şəhərinin işğaldan azad olunmasından 4 il ötür.

MUMTv.az" xatırladır ki, müzəffər Azərbaycan Ordusu 2020-ci il oktyabrın 25-də Qubadlı şəhərini işğalçılardan azad edərək üçrəngli bayrağımızı 30 ilə yaxın müddətdən sonra həmin ərazilərdə qürurla dalğalandırıb.

2020-ci il oktyabrın 25-də Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir neçə kəndini və Qubadlı şəhərinin işğaldan azad edildiyini açıqlayıb.

Qubadlı rayonunun işğaldan azad olunması uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş 5 min 867 hərbi qulluqçu “Qubadlının azad olunmasına görə” medalı ilə təltif olunub.

Qeyd edək ki, Qubadlı rayonu 1933-cü ildə Qubadlı kəndinin əsasında təşkil olunub. 1963-cü ildə ləğv edilərək ərazisi Zəngilan rayonu ilə birləşdirilib. 1964-cü ildə yenidən müstəqil rayon olub. Qubadlı 31 avqust 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. İnzibati bölgüsünə bir şəhər, 93 kənd, 31 inzibati-ərazi dairəsi aiddir.

Qubadlı rayonunun səthi əsasən dağlıqdır. Ərazisi Qarabağ silsiləsinin cənub-qərb (Topağac dağı – 2 010 m, Pirdağ-1 316 m), Bərgüşad silsiləsinin şərq (Hərtis dağı – 1 277 m) və Qarabağ yaylasının cənub-şərq (Qurbantəpə dağı – 1 075 m) hissəsinə daxildir. Qarabağ yaylasının cənub-şərq qurtaracağı olan Yazı düzü (Bazarçay və Həkəri çayı arasında) ərazidə 450 m-dək alçalır. Ərazidə Qarabağ silsiləsi maili və dalğalı İncə düzünə keçir. Yura-Antropogen çöküntüləri yayılıb. Əqiq yatağı var. Çayları Bazarçay, Həkəri və onların qollarıdır (Kiçik Həkəri, Meydandərəsi və s); bunlardan suvarmada istifadə edilir.

Rayonda əsasən, qəhvəyi dağ-meşə torpaqları yayılıb. Əsas bitki örtüyü kollu və seyrək meşəli çəmənlərdir. Dağ meşələri (fıstıq, palıd, vələs və s.) var. Meşələrin sahəsi 13,2 min hektardır. Heyvanları ayı, canavar, vaşaq, tülkü, boz dovşan, süleysin, oxlu kirpi və s-dir. Quşlardan boz kəklik, turac, qırqovul, göyərçin və s. var. Rayonda Qubadlı yasaqlığı təşkil edilib.

Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı sərəncama əsasən, oktyabrın 25-i Qubadlı Şəhəri Günü kimi qeyd edilir.

Son xəbərlər

Rövnəq Abdullayevin kürəkəninə məxsus sığorta şirkəti 213 min manatlıq tenderin qalibi oldu

Azərbaycanda bu həkimlər rüşvətlə "cərrah" olublar? — Tanınmış teleaparıcı SENSASSİON SİYAHI YAYDI

Bu da Malik müəllimin COB29 TƏDARÜKÜ: SƏN AĞACI HARA ƏKƏCƏKSƏN AXI?.. - İcazə verin şübhələnək...

Dövlət büdcəsini "professional" şəkildə dağıdırlar... "Qurumların səhvləri araşdırılmalıdır" - Video

Baş nazir bu nizamnaməni təsdiq etdi

Qarabağ erməniləri vətəndaşlıq almaq üçün Ermənistana müraciət edir

Körpəlikdə oynanan oyunların faydaları nələrdir?

Bakı-Xırdalan-Sumqayıt-Bakı marşrutu üzrə iş günlərində 6 reys LƏĞV OLUNUR

Ölkənin əsas DANA ƏTİ inhisarçısını KİM(LƏR) HİMAYƏ EDİR? - İLGİNC İDDİALAR

Rüfət Quliyev: "İnsanları zibil atmamağa məcbur edirsiniz, amma zibil qabları, xüsusi ayrılmış yerlər yoxdur"

Məşhur iranlı həkimin Azərbaycandan çıxışına qadağa qoyula bilər

“Çingiz Aytmatov” ordeni ilk dəfə İlham Əliyevə təqdim edildi

Aqrar Universitet Türkiyədən olan onlarla müəllimə yüzminlərlə vəsait ödəyir — TAM SİYAHI

“ResŞOK: Səhiyyə nazirinin 8 milyonluq tenderi əlindən çıxdı

Aİ III Dünya müharibəsi ilə bağlı xəbərdarlıq etdi

Ölkədən pul çıxaran “Yük Taksisi.Az” şirkəti ilə bağlı nə qərar veriləcək?–Məhkəmə

“Mining Review Afrika” nəşrində “AzerGold” QSC-nin “Ortakənd” layihəsi ilə bağlı geniş məqalə dərc olunub

Quba İH “xərcə düşüb” – Səbəb

Demarkasiya prosesi Naxçıvan sərhədlərini də əhatə edəcək - AÇIQLAMA

Evlilik depressiya riskini azaldır - Alimlərdən maraqlı araşdırma

İlham Əliyev Qırğızıstana getdi

Azərbaycandan Avropaya qaz ixracatı artıb

İcra başçısının qardaşına yeni vəzifə verildi - FOTO

"İrəvan Bakıya sülh müqaviləsinə görə təkliflər paketi göndərib" - Ermənistan XİN

Azərbaycanda orta sərhədkeçmə müddəti 26 dəqiqəyə endirildi

Xaricdə təhsil alan 540 azərbaycanlının diplomu tanınıb

Qış aylarında immuniteti gücləndirən 6 qida

Qarabağda daha bir yolun inşasına başlanıldı - VİDEO

Xaçmazda "TAXT-TAC OYUNLARI"...

DİN 70 vakansiya elan etdi - VİDEO

Yuxusuzluqla necə mübarizə aparmaq olar?

Bu ərazilərdə qaz OLMAYACAQ

Bütün xəbərlər