Gündəm

AYNA-nın yersiz marşrut islahatları... - ETİRAZ VAR...

"Dünən 3 saylı marşrut avtobusuna mindim. Badamdardan 7-mikrorayona. Arada mənə elə gəlir ki, hələ də yoldayam. Nə zülmlər çəkirmiş sərnişinlər!"

"MUMtv.az" Dia-az.İnfo-a istinadən xəbər verir ki, bunu öz etirazında tanınmış yazıçı Səfər Alışarlı qeyd edib.

S.Alışarlı daha sonra etirazına belə davam edir: "Oturacaqlar çox pisdir, sürücü dəqiqəbaşı tormoz verir, salondakı camaat irəli axışır, oturacadakılar sürüşüb az qalır yerə yıxılsın. Marşrut xətti özünü doğrultmayan hərlənmələrlə süni şəkildə uzadılıb. O boyda maşın Badamdarda, "Elmlər"də, Bakıxanovda və "Gənclik"də darısqal küçələrdə mənasız dolanbac hərlənmələrlə camaatı bezdirir.
Marşrutun aparıcı qayəsi sərnişini lazımi yerə tez çatdırmaq olmalıdır. Bunların qayəsi şəhəri dolandırmaqla adama zülm etməkdir.

AYNA-nın yersiz marşrut islahatları...

Dia-az.İnfo bildirir ki, Səfər Alışarlının bu postu sosial şəbəkələrdə geniş müzakirə olunub. Yazıçının fikirlərini dəstəkləyən tanınmış jurnalist Rəsul Mirhəşimli olayı belə şərh edib:

""Nəqliyatın modernləşdirilməsi" adı altında belə bir üsul seçilib. Avtobus marşrutları mənasız yerə uzadılıb. Məqsəd uzaq gedib, çox pul yığmaqdı. Sərnişinlərin rahatlığı heç bir halda nəzərə alınmır. 3 nömrəli avtobusun 43 dayanacağı var, deyəsən. 199 nömrəli marşrut 28 km məsafəni 31 dayanacaqla gedib, gəlir. Halbuki marşrutlar ya metrolara yaxın yerlərə, ya da şəhərin mərkəzi ərazilərinə sərnişin daşımaqla modernləşə bilərdi".

Qeyd edək ki, Vəli adlı sosial şəbəkə istifadəçisi isə məsələyə daha sərt reaksiya verib:

"Səfər müəllim, iradlarınız yerindədir, qanana şükür. Bu dəqiqə 5 saylı avtobusdayam, zalım oğlu elə bil eşşək arabası sürür, şoferin deyəsən adam apardığından xəbəri yoxdur. Əgər tutacaqdan bərk yapışmasan ora bura çırpılıb belini-boynunu sındırarsan. Şükür bizim kəndin avtobus şoferi Məhərrəm kişiyə, adam bir dəfə də olsun camaatı narazı salmadı, hələ o avtobusda əzilən, sınan görməmişik. Hələ demirəm ki, dərəli-təpəli kənd yoludur. Buranın əksər sürücüləri eşşəkdən birbaşa avtobusa otuzdurulublar..."


Son xəbərlər

İqbal Məmmədovun şirkəti yoxlamaya mane olub?

Azərbaycanda “Zəngəzur” PUA istehsal olunub

Qobu qəsəbəsinin Qəzənfər Xalıqov adına 1saylı tam orta məktəbin direktoru Şərəf Qasımovanın özəl qanunları

Saç ağarmasının səbəbi stressdir?

"Azərbaycandan qaz almağı müzakirə edə bilərik" - Erməni deputat

"Sülh müqaviləsinin bağlanması üçün real imkan var" - Mirzoyan

AYNA-nın yersiz marşrut islahatları... - ETİRAZ VAR...

28 May küçəsindəki taksi dayanacağı ləğv edildi - VİDEO

Azərbaycanda karantin rejiminin müddəti UZADILDI

Polad Bülbüloğlunun yerinə KİMİ GƏTİRİRLƏR?.. - AÇIQLAMA

271 saylı məktəbdə dərs ili başlayar-başlamaz PUL YIĞIRLAR... - "Pul verməyənlər valideyn qruplarında təhqir olunur"

Mehriban Vəliyevanın vəzifəsi uğrunda gərgin rəqabət: İki idarə müdiri iddialıdır

“Səba” yaratdığı şirkətlərdəki paylarını satır - QƏRAR

Tibb Universitetində “mini yubka” qalmaqalı - Müəllim cəzalandırılıb?

İlham Əliyevə JF-17C təyyarələri təqdim olundu

Direktor və 41 milyonluq şirkət qanunsuz işçi çalışdırıb - DETALLAR

Köçərli Həsənov İstanbulda vəfat etdi

"Tost" maliyyə piramidası ilə bağlı kütləvi dələduzluqlar edilib - DİN araşdırmaya başladı

“Uçuş əməliyyatlarına hazırlıq Qaydası” təsdiq edildi

Düşmənə aman verməyən qəhrəman (Nazim Əziz oğlu Qəhrəmanov)

Ərdoğan Zelenskiyə atəşkəs vəd etdi

Belarusun Baş Qərargah rəisi Bakıya gəldi

Bu hadisə Yerdə 80 min ildən sonra ilk dəfə olacaq

BNA rəsmiləri restoranlardan, klinikalardan belə pul qoparırmış - SKANDAL DƏLƏDUZLUQ İŞİ

Əli Həsənovun qohumlarına məxsus milyonluq obyekti alan yoxdur – 10-cu hərrac keçirləcək

İlham Əliyev müraciət ünvanladı

Alimlər pəhriz saxlamadan arıqlamaq üçün üsul kəşf ediblər

3 saylı Uşaq Evi ilə DƏHŞƏTLİ FAKTLAR: - "Uşaqları diz üstündə otuzdurub döyürdülər"

Zəfər Günü ilə bağlı Əfv fərmanı imzalanacaqmı?

Azərbaycanın ilk lazer silahı yaradılıb

Antikorrupsiya həbsləri Ağsudan Bərdəyə çatır - İLGİNC İDDİALAR...

“Avtobus və metroda 1 dəfəlik gediş haqqı 15 qəpik ola bilər” - Differensial nəqliyyat

Bütün xəbərlər