Gündəm

“Avtobus və metroda 1 dəfəlik gediş haqqı 15 qəpik ola bilər” - Differensial nəqliyyat

"Azərbaycanda, nəhayət ki, sərnişindaşıma nəqliyyatının, heç olmasa bir növündə dinamik qiymət siyasətinə keçid baş verir – Azərbaycan Dəmir Yolları bilet qiymətlərinə beynəlxalq təcrübədə olan yanaşma tədbiq etməyə başlayır”.

"MUMtv.az" Valyuta.az xəbər verir ki, bu barədə iqtisadçı ekspert Natiq Cəfərli paylaşım edib. Ekspert bildirib ki, rəsmi məlumata görə, şəhərlərarası qatar biletlərində öncədən alanda 15% endirim, bank kartı ilə bilet əldə edəndə əlavə daha 3% "cash back" tədbiq ediləcək. Bundan başqa, qatarlara satılan biletlərin sayı az olanda, gün ərzində əlavə qiymət endirimləri olacaq.

N.Cəfərli deyir ki, uzun illərdir ki, biz nəqliyyat sektorunda məhz belə yanaşma təklif edirdik:

"Avtobus və metroda gediş haqqının çevik və differensianal olması lazımdır. Bizdə, nədənsə, avtobus və metroda gediş haqqı kimi birdəfəlik bilet qiyməti əsas götürülür. Qiymət birdəfəlik istifadə üçün müəyyənləşdirilir. Bu, çox geridəqalmış, mənasız, hətta ziyanlı yanaşmadır”.

Ekspertin sözlərinə görə, dünyanın inkişaf etmiş ölkələrində saatlıq (gün ərzində bir neçə saatlıq da olur), bir neçə günlük, aylıq, 6 aylıq və illik biletlər mövcuddur:

"Birdəfəlik gediş biletləri tədbiq edilmir və nə qədər uzun zamanlı bilet alırsansa, gediş üçün bir o qədər az ödəyirsən. Məsələn, Praqada yerüstü şəhəriçi nəqliyyatın bütün növlərindən istifadə üçün 1 saatlıq bilet qiyməti, təxminən, 1 avrodan bir az çoxdur (təqribən, 1 manat 90 qəpik), yəni 1 saat ərzində sərnişin metro, avtobus, tramvaydan bir neçə dəfə istifadə edə bilər. Amma siz 1 aylıq bütün növ nəqliyyatdan istifadə üçün bilet alsanız 22 avro ödəmiş olacaqsınız (təqribən, 42 manat), əgər 1 illik bilet almaq istəsəniz 145 avro ödəmək lazımdır (təqribən, 275 mant). Yəni, Azərbaycana proyeksiya etsək, gündə 3-4 dəfə nəqliyyatdan istifadə etməyə məcbur olan Bakı sakini, 1 illik bileti günü 75 qəpiyə alacaq ki, bu da bir gedişi 18 qəpik edəcək”.

N.Cəfərli vurğulayıb ki, bu, o demək deyil ki, bizdə də bilet 275 manat olmalıdır, xeyr:

"Praqa sakininin orta aylıq maaşı Bakı sakininin orta aylıq maaşından 2-3 dəfə çoxdur. Bizdə illik bilet 160-170 manat olmalıdır ki, bu da günü 45 qəpiyə, gündə 3 dəfə nəqliyyatdan istifadə etsə, bir gediş haqqı 15 qəpiyə düşəcək. Onu da deyim ki, Praqada 0-6 yaş arası uşaqlara nəqliyyat pulsuzdur, 6-18 yaş arası, tələbələr və təqaüdçülər üçün isə yuxarıda yazdığım qiymətlərə 50% endirim olur”.

"İllərdir dinamik qiymət təklifi ilə çıxış etsək də, metro-avtobus sahəsini idarə edənlər eşitmirlər, görmürlər, tədbiq etmirlər. Ümid edək ki, Dəmir Yollarının tədbiq etdiyi yeni yanaşmadan onlar da dərs çıxarıb geridəqalmış qiymət siyasətlərini dəyişəcəklər”.


Son xəbərlər

İqbal Məmmədovun şirkəti yoxlamaya mane olub?

Azərbaycanda “Zəngəzur” PUA istehsal olunub

Qobu qəsəbəsinin Qəzənfər Xalıqov adına 1saylı tam orta məktəbin direktoru Şərəf Qasımovanın özəl qanunları

Saç ağarmasının səbəbi stressdir?

"Azərbaycandan qaz almağı müzakirə edə bilərik" - Erməni deputat

"Sülh müqaviləsinin bağlanması üçün real imkan var" - Mirzoyan

AYNA-nın yersiz marşrut islahatları... - ETİRAZ VAR...

28 May küçəsindəki taksi dayanacağı ləğv edildi - VİDEO

Azərbaycanda karantin rejiminin müddəti UZADILDI

Polad Bülbüloğlunun yerinə KİMİ GƏTİRİRLƏR?.. - AÇIQLAMA

271 saylı məktəbdə dərs ili başlayar-başlamaz PUL YIĞIRLAR... - "Pul verməyənlər valideyn qruplarında təhqir olunur"

Mehriban Vəliyevanın vəzifəsi uğrunda gərgin rəqabət: İki idarə müdiri iddialıdır

“Səba” yaratdığı şirkətlərdəki paylarını satır - QƏRAR

Tibb Universitetində “mini yubka” qalmaqalı - Müəllim cəzalandırılıb?

İlham Əliyevə JF-17C təyyarələri təqdim olundu

Direktor və 41 milyonluq şirkət qanunsuz işçi çalışdırıb - DETALLAR

Köçərli Həsənov İstanbulda vəfat etdi

"Tost" maliyyə piramidası ilə bağlı kütləvi dələduzluqlar edilib - DİN araşdırmaya başladı

“Uçuş əməliyyatlarına hazırlıq Qaydası” təsdiq edildi

Düşmənə aman verməyən qəhrəman (Nazim Əziz oğlu Qəhrəmanov)

Ərdoğan Zelenskiyə atəşkəs vəd etdi

Belarusun Baş Qərargah rəisi Bakıya gəldi

Bu hadisə Yerdə 80 min ildən sonra ilk dəfə olacaq

BNA rəsmiləri restoranlardan, klinikalardan belə pul qoparırmış - SKANDAL DƏLƏDUZLUQ İŞİ

Əli Həsənovun qohumlarına məxsus milyonluq obyekti alan yoxdur – 10-cu hərrac keçirləcək

İlham Əliyev müraciət ünvanladı

Alimlər pəhriz saxlamadan arıqlamaq üçün üsul kəşf ediblər

3 saylı Uşaq Evi ilə DƏHŞƏTLİ FAKTLAR: - "Uşaqları diz üstündə otuzdurub döyürdülər"

Zəfər Günü ilə bağlı Əfv fərmanı imzalanacaqmı?

Azərbaycanın ilk lazer silahı yaradılıb

Antikorrupsiya həbsləri Ağsudan Bərdəyə çatır - İLGİNC İDDİALAR...

“Avtobus və metroda 1 dəfəlik gediş haqqı 15 qəpik ola bilər” - Differensial nəqliyyat

Bütün xəbərlər